4. Fənnin təsviri və məqsədi:
(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)
“Beton və dəmir-beton məmulatlarının və konstruksiyalarının texnologiyası” fənni 050638 - “Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi” ixtisası üzrəmühəndis texnoloq hazırlığı üçün nəzərdə tutulmuşdur.
Proqramda kursu tam əhatə edən üç fəsil nəzərdə tutulur:
Beton və dəmir-beton məmulatlarının texnoloji istehsal üsulları və prosesləri.
Dəmir-beton məmulatlarının zavod hazırlığının yüksəldilməsi, keyfiyyətə nəzarət və onun yaxşılaşdırılması.
Beton və dəmir-beton konstruksiyaların uzunömürlülüyünün artırılması.
Kursun tədris olunmasında məqsəd tələbələrə beton və dəmir-betonməmulatları və konstruksiyaları istehsal edən müəssisələrdə istehsal proseslərinin səmərəliliyininin yüksəldilməsi üçün tətbiq olunan texnoloji prosesesləri öyrətmək və bu proseslərin təkmilləşdirilməsinə və inkişafına yönəltməkdir.
Proqramın əsas xüsusiyyəti odur ki, baxılan məsələlər müasir elmi-texniki tərəqqinin əsas istiqamətləri nəzərə alınmaqla beton və dəmir-beton məmulatlarının və konstruksiyalarının istehsalı nəzərə alınmaqla yerinə yetirilmişdir.
Dostları ilə paylaş: |