Q.Ə.Mikeladzenin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında jurnalistika və publisistika sahələrinin inkişafında xidmətlərinə görə Qalina Ələkpərovna Mikeladze "Şöhrət" ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2016-cı il.
______________________________________________________________________________________
Ə.Yusif qızının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əminə Yusif qızı “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2016-cı il.
______________________________________________________________________________________
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
-
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Qafarova Zemfira Həsən qızı
Quliyeva Zəhraxanım Teymur qızı.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2016-cı il.
______________________________________________________________________________________
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Şərifov Munis Məmməd İsmayıl oğlu
“Əməkdar incəsənət xadimi”
Kərimova Ülviyyə Oqtay qızı
Lalayev Əliqismət Hümmət oğlu
Səlimxanov Cahangir Talib oğlu
Yablonski Dmitri Albertoviç
“Əməkdar artist”
Abdullayev Nizami Ağabala oğlu
Bağırova Aybəniz Cavad qızı
Cəfərov Vasif Faiq oğlu
Növrəsli Nurlan Növrəs oğlu
“Əməkdar müəllim”
Manafov İkram Atabala oğlu
Orucova Məhin Əli qızı
“Əməkdar mədəniyyət işçisi”
Bədəlov Yanvar Piralı oğlu
Həsənov Zaman Hüseyn oğlu
Hüseynli Rauf Eyyub oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2016-cı il.
______________________________________________________________________________________
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar incəsənət xadimi”
Atayev Fəxrəddin Qəhrəman oğlu
“Əməkdar artist”
Əliyev Telman Adil oğlu
Əsədov Çingiz Eynulla oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Şahmuradova Nigar Oqtay qızı
Şahmuradova Viktoriya Aleksandrovna
Talıbzadə Xuraman Səmədağa qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2016-cı il.
______________________________________________________________________________________
A.A.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Ağaverdi Ağa Əli oğlu Paşayev “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2016-cı il.
______________________________________________________________________________________
Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə aşağıdakı fəxri adlar verilsin:
“Əməkdar mühəndis”
Məmmədov Əhməd İbrahim oğlu
“Əməkdar həkim”
Abbasov Firdovsi Qayıtmaz oğlu
Həsənov Əhmədəli Abduləli oğlu
Həsənova Tacirə Miriş qızı
Quliyev Asif Bayram oğlu
“Əməkdar jurnalist”
Hüseynov Ramiz Fərrux oğlu
Məmmədzadə Rəhman Əbdürəhman oğlu
“Əməkdar müəllim”
Əbişov Camal Məhəmməd oğlu
Qurbanova Tirmə Rza qızı
Süleymanova Adilə Mürsəl qızı
“Əməkdar artist”
Məmmədov Cəlal Qurban oğlu
“Əməkdar mədəniyyət işçisi”
Abbasquluzadə Fazil Qənimət oğlu
Əhmədova Yeganə Əhmədiyyə qızı
Fətullayev Aslan Miri oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2016-cı il.
______________________________________________________________________________________
R.A.Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
-
Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2016-cı il.
______________________________________________________________________________________
N.Ə.Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
-
Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2016-cı il.
______________________________________________________________________________________
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi
Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2016-cı il.
______________________________________________________________________________________
F.Q.Xəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2016-cı il.
______________________________________________________________________________________
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Bayramov Eldost Əlövsət oğlu
Əsgərzadə Həqiqət Eyvaz qızı
Məmmədov Əli Məmməd oğlu
“Əməkdar artist”
Ağayeva Sevda Ağa qızı
Cəlilova Nərgiz Tofik qızı
Kərimova Zemfira Rəhim qızı
Nəzirova Ofelya Sabir qızı
Səlim Dilarə Hamlet qızı
Talıbova Rəna Böyük Ağa qızı
“Əməkdar jurnalist”
Ağamirova Mətanət Mirsadiq qızı
Ağayev Rafiq İmanqulu oğlu
Aslanov Salar Tərlan oğlu
Babayev Ehtibar Adil oğlu
Baxşəliyeva Xoşqədəm Hidayət qızı
Dərziyeva Elnarə Bəxtiyar qızı
Dünyamalıyev Əbülfəz Ağca oğlu
Həsənov Avdı Musa oğlu
Hüseynova Nüşabə Fehruz qızı
Məmmədli Allahverdi Məhərrəm oğlu
Məmmədov Telman Əyyub oğlu
Nəbizadə Nəsimi Yaşar oğlu
Nəsirov Rəşad Barat oğlu
“Əməkdar mədəniyyət işçisi”
Aslanov Əliövsət Mövsüm oğlu
Bağırov Cahangir Hidayət oğlu
Baxşəliyev Zaur Lətif oğlu
Əliyarzadə Rahib Kamal oğlu
Əliyev Elçin Əli oğlu
Gülməmmədov Zaur Kamal oğlu
Mansurov Aydın Bəhrəm oğlu
Məmmədov Sakit Qılıncxan oğlu
Mütəllimova Sevinc Tofiq qızı
Səfərova Adilə Əkbər qızı
Şirinova Səadət Təhmiraz qızı
Yaqubov Hikmət Əlisgəndər oğlu
Zamanbəyov Fəhrad Qılman oğlu
“Əməkdar mühəndis”
Abdullayev Arzu Zahid oğlu
Məmmədov İlham Telman oğlu
Məmmədov İsa Rəhman oğlu
Mürsəlov Nazim Xasay oğlu
Nəcəfov Qafar Ağababa oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.
______________________________________________________________________________________
K.S.İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə Kamran Sultan oğlu İmanov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.
______________________________________________________________________________________
V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Böyük tarixi keçmişə malik Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılıq özünəməxsus yer tutur. Milli həyat tərzimizin mühüm amili olan və çoxəsrlik inkişafı boyunca yüksək bədii-estetik keyfiyyətləri ilə seçilən bu dəyərli sənət xalqımızın zəngin dünyagörüşünün, təfəkkürünün və mənəvi varlığının aydın ifadəçisinə çevrilmişdir.
Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla aparılmaqdadır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanın qədim xalçaçılıq sənəti ənənələrinin qorunub yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədi ilə qərara alıram:
-
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2016-cı il.
______________________________________________________________________________________
Ə.M.Qarayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Əbülfəs Mürsəl oğlu Qarayev “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2016-cı il.
______________________________________________________________________________________
Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi tamam olur.
Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan xalqı qarşısında böyük xidmətlərini nəzərə alaraq görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
-
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2016-cı il.
______________________________________________________________________________________
Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2016-cı il.
______________________________________________________________________________________
Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2016-cı ilin dekabr ayında Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur.
Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan elmi qarşısındakı mühüm xidmətlərini nəzərə alaraq Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
-
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2016-cı il.
______________________________________________________________________________________
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Behbudov Rəşid Ələddin oğlu – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi
İsmayılova Nərminə Zahid qızı – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2016-cı il.
______________________________________________________________________________________
Z.Y.Xanlarovanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Zeynəb Yəhya qızı Xanlarova “Heydər Əliyev” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2016-cı il.
______________________________________________________________________________________
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyat, elm, təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Abdolbari Goozal
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Qasımov Sahil Məmmədyar oğlu
Rəhimov Əlzaman Sabir oğlu
“Tərəqqi” medalı ilə
Ağakişiyev İsmayıl Əlövsət oğlu
Gündoğdu Maisə Faiq qızı
Hüseynov Afil Qurban oğlu
İsayev Çingiz Mikayıl oğlu
Kərimov Qasım Xanbala oğlu
Kiani Leyla Cavid qızı
Qəniyev Etibar Əbdül oğlu
Quliyev Rafail Rəsul oğlu
Qurbanov Elxan Şubay oğlu
Məmmədov Elbrus Fərman oğlu
Mirzəyev Emil Davud oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2016-cı il.
______________________________________________________________________________________
Dostları ilə paylaş: |