23 aprel 2013-cü il tarixli



Yüklə 56,96 Kb.
tarix22.10.2017
ölçüsü56,96 Kb.
#10359

23 aprel 2013-cü il tarixli
Azərbaycanda səmti müəyyən etmə idmanı üzrə birinci beynəlxalq yarışın – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90-illik yubileyinə həsr olunmuş Açıq Kubok Yarışının keçirilməsi haqqında
BÜLLETEN №2

(Səmti müəyyən etmə idmanı üzrə Heydər Əliyev adına Açıq Kubok yarışının keçirilməsi haqqında Əsasnaməyə əlavə)
Azərbaycan, 10-12 may 2013-cü il

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası Sizi 10-12 may 2013-cü ildə Azərbaycanda, Nabran yaşayış məntəqisinin Yalama qəsəbəsində (Bakıdan 180 km şimala, Yarış mərkəzi və idman arenalarının sxemi əlavə olunur) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Birinci Beynəlxalq Açıq Kubok Yarışında iştirak etməyə dəvət edir.




  1. Yarışın təşkilatçıları (əlaqə məlumatları)

Yarış Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, Vergilər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti, eləcə də Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilir.

2.Hakimlər kollegiyası:

Yarışın Baş hakimi – Nizami Mursakulov

(əlaqə nömrəsi: 0503278561; e-mail: nmursakulov@gmail.com)

Baş hakimin texniki təminat, Yarış mərkəzinin həyat fəaliyyəti və iştirakçıların yerləşmə düşərgələrinin təminatı məsələləri üzrə müavini Aleksandr Nəcəfov (tel.: 0503359930)


Yarışın Baş katibi – Yevgeniya Nəcəfova (0124250726, e-mail: azeorienteering@mail.ru)

Baş katibin elektron qeydolunma sisteminin tətbiqi və kompüter təminatının təşkili üzrə müavinləri – Zaur Seyidov (tel.: 0556657520, e-mail: seyidov_zaur@mail.ru); Nizami Ağayev (tel.: 0503219030, e-mail: nizamiagayev@hotmail.com)

e-mail:

Baş katibin yerli hakimiyyət orqanları ilə əlaqə və yarış çərçivəsində mədəni tədbirlərin təşkili üzrə müavini – Hidayət Mursakulov (tel.: 0503637936)



Məsafə xidməti (planlaşdırma, quraşdırma və nəzarət məsələləri) - Mixail Puqaç (Ukrayna), Aleksandr Trempoltsev (Rusiya), Etibar Məmmədov, Aleksandr Minayev (Azərbaycan).

AR Səmti Müəyyən Etmə İdman Federasiyasının mətbuat katibi – Yana Maşkova (Tel.: 0502500393, e-mail: hanaviatu@gmail.com)



Yarışda iştirak məsələləri üzrə əlaqə məlumatları:

Nizami Mursakulov (tel.:+994503278561; nmursakulov@gmail.com);

Zaur Seyidov (tel. 055 665 75 20; seyidov_zaur@mail.ru; azeorienteering@mail.ru)

AR SMEİF-in saytı və e-maili: www.smef.az; azeorienteering@mail.ru



3. Yarışın proqramı
10 may (cümə) 2013-cü il
10.00-21.00 – iştirakçıların gəlişi, yerləşdirilməsi, qeydiyyatı;
15:00 – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Xaçmaz şəhərində yerləşən heykəli önünə güllərin qoyulması (güllər AR SMEİF-in rəhbərliyi, eləcə də xarici idmançılar daxil olmaqla yarış iştirakçılarınının nümayəndələri tərəfindən qoyulur);
18:00 – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubok yarışının (Gənclər və İdman Nazirliyinin, Vergilər Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələrinin, Azərbaycandakı diplomatik korpusların nümayəndələrinin iştirakı ilə) “Atlant” ailəvi istirahət və əyləncə mərkəzində rəsmi açılış mərasimi (açılış mərasimi çərçivəsində kofe-breyk də təşkil olunacaqdır);

Yarış iştirakçıları üçün nəzərdə tutlmuş mədəni proqram.


19:00 – Mandat komissiyasının iclası, püşk atma;
11 may (şənbə) 2013-cü il
11:00 – yarış iştirakçılarının uzun məsafədə startı;
18:30 – komanda nümayəndələrinin iclası;
19:00 – yarış iştirakçıları, eləcə də səmti müəyyən etmə həvəskarlarının “tonqal ətrafında” görüşü, DJ Çinanın iştirakı ilə şən diskoteka;
12 may (bazar günü) 2013-cü il
10:30 – yarış iştirakçılarının qısa məsafədə startı;
15:00 – qalib gələn iştirakçıların mükafatlandırma mərasimi. Yarışın təntənəli bağlanma mərasimi.
4.Yarışın keçirilmə yeri
Xaçmaz rayonu, Nabran. Yalama qəsəbəsindən Xəzər dənizinin kənarında yerləşən, "Xəzər” turist bazası istiqaməti üzrə hərəkət zolağından sağda yerləşən meşə massivində (əlavə edilmiş yarış mərkəzinin sxeminə əsasən).

Cari ilin may ayının 10-u tarixində, yarış iştirakçılarının gəldiyi gün yarışın keçirildiyi ərazi ilə tanışlıq məqsədilə beş nəzarət məntəqəsindən ibarət poliqon təşkil olunacaqdır (poliqon meşədə, birbaşa “Ulduz” turist bazasının çıxışı ilə üzbəüz olan ərazidə yerləşir). Poliqonun xəritəsi komanda nümayəndələrinə hakimlər kollegiyasının katibliyində təqdim ediləcəkdir. Bundan əlavə, Ukrayna və Rusiyadan təşrif buyurmuş mütəxəssislər səmti müəyyən etmə üzrə nəzəriyyə və təcrübədən seminarlar keçirəcəkdir. Bu məşğələlərin dəqiq keçirilmə yeri və vaxtı barədə zəruri məlumatı yarışın Baş hakimindən əldə etmək mümkündür.
5.Yarışın iştirakçıları və keçirilmə şərtləri
Yarış Açıq yarışdır. Nəticələrin yekunlaşdırılması komanda və fərdi hesablar üzrə həyata keçirilir.

Yarışda Azərbaycanın Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və Federasiyaların, şirkətlərin idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri iştirak edə bilər. Komanda 8 (səkkiz) nəfərdən: 6 (altı) idmançı (4 (dörd) kişi və 2 (iki) qadın); 1 (bir) komanda nümayəndəsi, 1 (bir) məşqçidən ibarət olmalıdır.

Qaçış iştirakçılarının startı 1-2 dəqiqə ara verərək (əlavə olaraq müəyyən ediləcəkdir) ayrı-ayrı həyata keçirilir.

Yarış səmti müəyyən etmə idmanı üzrə verilmiş istiqamətdə keçirilir. Komanda hesabı komanda üzvlərinin: 3 kişi və 1 qadının göstərdiyi ən yaxşı nəticələrin yekunu üzrə müəyyən edilir. Fərdi hesabda istirakçıların tutduğu yer verilmiş ardıcıllıqla məsafənin bütün nəzarət məntəqələrini keçmək üçün sərf edilmiş ən qısa vaxt üzrə müəyyən edilir.

Nəzarət məntəqələrində qeyd olunma elektron sistem üzrə həyata keçiriləcəkdir. Elektron çip nömrə ilə birgə startdan öncə idmançılara təqdim ediləcəkdir. Üzərində məsafələr qeyd olunmuş xəritə yalnız startdan sonra təqdim ediləcəkdir. Bütün iştirakçılar hər nəzarət məntəqəsində dəqiqliklə, xəritədə qeyd olunmuş ardıcıllıqla öz çipini qeyd etməlidir.

Səpələnmə prinsipli məsafələr: Yarış iştirakçılarının NM fərdi olaraq qət etməsini qeyd etmək üçün məsafələrin müəyyən Nəzarət məntəqələrində hakim-nəzarətçilərin təyin olunması nəzərdə tutulmuşdur.

Məsafəni keçərkən iştirakçılara nömrəni çıxarmaq, digər şəxslərə onu ötürmək və ya nömrəni gözdən yayındırmaq qanadağandır. İştirakçının nömrəsi məsafəni keçdiyi müddət ərzində aydın görsənməlidir. Yarışda iştirak etməyən şəxslərin, eləcə də üzərində qaçış iştirakçısının döş nömrəsi olmayan şəxslərin məsafədə olması yolverilməzdir.

Yarış zamanı NM quraşdırıldığı ərazidə olan hakimlərə iştirakçının nömrəsini qeyd etmək üçün şərait yaradılmalıdır.
Yarış iştirakçılarına qadağandır:


  • Cari il 23 aprel tarixindən sonra Bülletendə qeyd olunan ərazi və məsafə ilə öncədən tanış olmaq;

  • Yarış zamanı hakimlər kollegiyası tərəfindən təqdim olunmuş xəritədən başqa digər xəritə materialı, eləcə də kompasdan başqa digər naviqasiya avadanlığından yararlanmaq;

  • Mobil rabitə vasitələri və (və ya) digər radioqəbuledici və ötürücü avadanlıqlarla məsafəyə çıxmaq;

  • Məsafəyə mobil telefonla çıxış və onların yerləşdiyi yeri itirdikdə təcili hallarda istifadəsi yalnız yarışın “OPEN” (yeni başlayan) qrupunda çıxış edən idmançılara icazə verilir;

  • Məsafənin yerləşdiyi əraziyə start vaxtından tez çıxmaq;

  • Hər-hansı texniki daşınma vasitəsindən yararlanmaq;

  • Yarışın digər iştirakçıları əvəzinə elektron qeydolunma çip və vərəqələri qeyd etmək;

  • NM qurğusu və avadanlığını dəyişmək;

  • Yarış zamanı hər-hansı siqnallarla (zədə və iştirakçının azdığı zaman verilən siqnallardan başqa) özünə diqqəti cəlb etmək:

  • Hakimlər kollegiyasının işinə müdaxilə etmək;

  • Tibbi yardımdan başqa (zərurət yarandıqda) digər yardım istifadə etmək;

Qeyri-idman davarnışları müşahidə olunarsa və yuxarıda qeyd olunan qaydaların pozulduğu zaman yarışın Baş hakiminin qərarı ilə idmançının nəticələri ləğv edilə bilər, idmançı xəbərdarlıq ala və ya yarışdan kənarlaşdırıla bilər.

İstisna hallarda Hakimlər kollegiyasının qərarı ilə iştirakçı və rəsmi şəxslərin qeyri-idman davranışına görə bütün komanda yarışdan kənarlaşdırıla bilər.

Bir qrup şəxslərin (müəyyən nazirlik, ATM, idarələri, şirkət, klub və sairlərini təmsil edən idmançıların, məşqçilərin, köməkçilərin) öz komandasının və (və ya) onun ayrı üzvlərinin nəticələrinin haqsız şəkildə yaxşılaşdırılmasına istiqamətləndirilmiş vahid hərəkətlər sisteminin təşkili faktları müəyyən edilərsə, həmin komanda yarışdan kənarlaşdırılır və onun bütün iştirakçılarının göstərdiyi nəticələri ləğv edilir.

Bu cür qeyri-idman davranışı faktı haqqında yarışın təşkilatçısı - AR SMEİF həmin komandanın təmsil etdiyi təşkilatın rəhbərliyini, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyini yazılı şəkildə məlumatlandırır. Həmin məlumat AR SMEİF-in saytında da dərc ediləcəkdir.


6. Komanda və fərdi idmançıların yarışda iştirak etməsi üçün sifarişin təqdim edilməsi qaydaları
Yarışda iştirak etmək üçün icazə sifariş əsasında həyata keçirilir. Heydər Əliyev adına Kubok yarışının keçirilməsi haqqında Əsasnamədə qeyd edildiyi kimi sifariş həkim icazəsi ilə birgə, göndərən təşkilatın möhürü ilə təsdiq edilərək cari ilin may ayının 5-dən gec olmayaraq AR SMEİF-ə təqdim edilməlidir (Əlavə № 1).

Yarış iştirakçılarının qeydiyyatı zamanı komandanın nümayəndəsi AR SMEİF – ə aşağıdakı sənədləri təqdim edir:



  • Komanda üzvlərinin yarışa çatdırılmasına görə, eləcə də komandanın yarışda iştirakı ilə bağlı bütün məsələlərin həllinə görə cavabdeh olan komanda nümayəndəsinin təyin olunması haqqında, müəssisənin möhürü ilə təsdiq edilmiş əmrin surəti (Əlavə № 1);

  • İştirak üçün sifariş (Əlavə № 1);

  • Fərdi hesabda iştirak edən idmançılar yarışda iştirakı barədə məlumatı AR SMEİF-ə (hakimlər kollegiyasına) müstəqil şəkildə təqdim edir.


7.Mükafatlandırma
Ümumi komanda hesabında 1-ci yeri tutmuş komanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına Kubokla, eləcə də Gənclər və İdman Nazirliyinin Birinci dərəcəli medal və diplomları ilə, həmçinin dəyərli hədiyyələrlə təltif olunur.

Ümumi komanda hesabında 2-3 yerləri tutmuş komandalar Gənclər və İdman Nazirliyinin müvafiq olaraq İkinci və Üçuncü dərəcəli medal və diplomları ilə təltif edilir.

Hər qrup üzrə fərdi yarışda 1-3 yerləri tutmuş iştirakçılar (kişilər/qadınlar) Gənclər və İdman Nazirliyinin müvafiq medal və diplomları ilə təltif olunur. Yarış qalibləri həmçinin qiymətli hədiyyələrlə mükafatlanır.



OPEN məsafəsində qaçış qalibləri (yeni başlayan kişi və qadınlar) xatirə diplomları və qiymətli hədiyyələrlə ilə təltif olunur.

Qaçış iştirakçıları arasında ən kiçik və ən yaşlı idmançılar üçün ayrıca hədiyyələr nəzərdə tutulmuşdur.

Yarış zamanı xüsusi fərqlənmiş idmançılar Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinin təqdim etdiyi xüsusi dəyərli hədiyyələri ilə təltif olunacaqdır.
8.Yarışın parametrləri və dərəcələri
Yarışın 1-ci günü – uzun məsafə:


  • K-21 qrupu (kişilər) – 10,6 km – 18 NM;

  • Q-21 qrupu (qadınlar) – 7,1 km – 14 NM;

  • OPEN qrupu (yeni başlayan), kişilər – 4,4 km – 8 NM;

  • OPEN qrupu (yeni başlayan), qadınlar – 3,5 km – 8 NM.

Bütün qaçış iştirakçıları üçün nəzarət vaxtı 4 saatdır.


Yarışın 2-ci günü – qısa məsafə:


  • K-21 qrupu (kişilər) – 4,05 km – 13 NM;

  • Q-21 qrupu (qadınlar) – 3,1 km – 10 NM;

  • OPEN qrupu (yeni başlayan), kişilər – 3 km – 11 NM;

  • OPEN qrupu (yeni başlayan), qadınlar – 2,3 km – 10 NM.

Bütün qaçış iştirakçılar üçün nəzarət vaxtı 2 saatdır.



Qaçışın nəzarət vaxtından kənara çıxan iştirakçılar məsafə üzrə hərəkətini dayandırmalı və start yerinə geri qayıtmalıdırlar. Geri döndükdə hakimlər kollegiyası və öz komanda nümayəndələrini bu barədə məlumatlandırmalıdır.


Azərbaycanın İdman ustalığına namizəd adına dair məsafə dərəcəsi.

İUN normativi və səmti müəyyən etmə idmanı üzrə digər idman dərəcələrinin yerinə yetirilməsi yarışın hər günü üzrə ayrıca K-21 və Q-21 qruplarında qaçış iştirakçılarının tərkibindən və məsafəni keçərkən müəyyən idmançı tərəfindən göstərilmiş vaxtdan asılı olacaqdır.


9.Yarışın xəritəsi
Birinci günün məsafəsi iki xəritə üzrə keçiriləcəkdir.

"Tel bulağı – 1”

Miqyas (m) = 1:10 000, h (bölmə boyu) = 2,5 metr.

Xəritə 2011-ci ilin oktyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

"Tel bulağı – 2”

Miqyas (m) = 1:10 000, h (bölmə boyu) = 2,5 metr.

Xəritə 2012-ci ilin noyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

Xəritədə qeyd olunan ərazi məhdudiyyətli, mikrorelyefli düzənlik xüsusiyyətinə malikdir:



  • Şimal-şərqdə - Şimali qəsəbəsi və o tərəfində Xəzər dənizi sahili;

  • Şimal-qərbdə - Yalama qəsəbəsindən “Xəzər” turist bazasına qədər asfalt yol;

  • Cənub-şərqdə - sıldırımlı sahilli Dəliqobu çayı;

  • İki xəritənin poliqonunu asfalt yol ayırır. İdmaçıların onun üzərindən keçidi yarışın hakimlər briqadası tərəfindən təmin ediləcəkdir.

İkinci günün məsafəsi “Xəzər turist bazasının” xəritəsi üzrə keçiriləcəkdir.

Miqyas (m) = 1:7 500; 1:10 000, h (bölmə boyu) = 2,5 metr.

Xəritə 2011-ci ilin oktyabr ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.
Yarışın iki günü üzrə xəritələrin ərazi xüsusiyyətləri: Ümumiyyətlə, meşə yaşıl ağaclardan, bəzi yerləri çətin keçilən, xırda sahələri ilə dolu, bağlı ərazilərindən ibarətdir. Kiçik çuxurlar, təpələr, quru xəndəklər və böyük olmayan vadilərdən ibarət relyefi, meşə yolları və cığırları yüksək inkişaf etmiş; bir sıra əmmalar və kötüklərə də rast gəlinir.

Ərazi bəzi yerlərdə eninə görə keçilməz olan şaxələnmiş çaylar sistemi ilə xarakterizə olunur. Lakin çaylar üzərində əlaltı materiallardan hazırlanmış keçid yerləri vardır (əsasən yıxılmış ağaclar, bəzən düzəldilmiş körpücüklərə rast gəlinir).

İştirakçılar üçün məsləhət görülən geyim - qapalı ( böyürtkən kolları və digər tikanlı kolluqları nəzərə alaraq, hansılardan ki, qorunmaq lazımdır) .
10.Yerləşdirmə
Yarışın mərkəzi “Xəzər” turist bazasında yerləşir. Yarış iştirakçılarının yerləşdirilməsi də həmin ərazidə nəzərdə tutulmuşdur (Əlaqə: Yaşar müəllim, telefon: 0555510711).

Yerləşdirmə üzrə təklif olunan digər variantlar:

- “Atlant” istirahət və əyləncə mərkəzi (tel.: 0124415848; 0125632404; mob.: 050 3764747; 0507506624), İcraçı direktor: Azər müəllim 0557800878)


- “Ulduz” turist bazası (Əlaqə: Atakişi müəllim, telefon: 055-669-83-95);
Yarışın keçirildiyi yer üzrə yerləşən digər turist baza və otellərdə yerləşmək üçün “Improtex” şirkətinə müraciətlər edilə bilər (Baş direktor Aleksandr Quliyev, əlaqə nömrəsi: (+99412) 5981598).
Qidalanma yarış iştirakçıları tərəfindən müstəqil olaraq və ya turbazalar tərəfindən sifarişlə hazırlanır.
Səmti Müəyyən Etmə İdman Federasiyası Azərbaycan tarixində ilk dəfə olaraq keçirilən səmti müəyyən etmə idmanı üzrə Birinci Beynəlxalq yarışda iştirak etmək istəyən hər kəsi bu yarış qatılmağa dəvət edir.
Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!

AR Səmti Müəyyən Etmə İdman

Federasiya Şurası


Yüklə 56,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin