24-cü yer Nikolay Kopernik

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 5.39 Kb.
tarix22.10.2017
ölçüsü5.39 Kb.

(Dünyanın qəbul etdiyi ən böyük 100 insan. Hər gün bir insan haqqında.....
Şübhəsiz ki, ilk yerdə İslamın qurucusu, Allahın peyğəmbəri Hz Mühəmməddir(S.A.V).
24-cü yer Nikolay Kopernik

Nikolay Kopernik (19 fevral, 1473 - 24 may, 1543) - polyak astronom, riyaziyyatçı və iqtisadçı, Günəş sisteminin heliosentrik modelini irəli sürmüşdür. Onun "Səma cisimlərinin hərəkətinə dair" kitabındakı hipotezlər müasir astronomiya elminin əsası kimi qəbul edilir.
Avropa elmi intibahının ən qabaqcıl nümayəndələrindən biri olan Kopernik ondan çox-çox əvvəl yaşamış yunan, hind və İslam astronomlarının irəli sürdükləri heliosentrik nəzəriyyələri diqqətlə öyrənmiş, klassik heliosentrik nəzəriyyələrə bir qədər düzəliş vermiş və Yerin deyil, Günəşin Günəş sisteminin mərkəzi olması ideyasını irəli sürməklə müasir astronomiya elminin istiqamətini müəyyənləşdirmişdir.
Kopernik 30 ildən artıq bir vaxtda ən sadə qurğuların köməyi ilə səma cisimlərini müşahidə etmişdir. Alim mürəkkəb hesablamalar apararaq belə nəticəyə gəlmişdir ki, Yer Günəş ətrafında və eyni zamanda öz oxu ətrafında fırlanır. Özü də Yer planetlərdən ancaq biridir; həmin planetlərin hamısı Günəş ətrafında fırlanır.
Kopernik öz kəşfini uzun illər gizli saxlamışdır. Çünki yeni təlim onu kilsənin təqibinə məruz qoymaqla yanaşı kütləvi məzəmmət obyektinə də çevirə bilərdi.
1543-cü ildə Kopernik "Göy cisimlərinin fırlanması haqqında" əsərini çap etdirmək qərarına gəldi. Dostları çap olunmuş kitabın bir nüsxəsini gətirib onun əllərinin içərisinə qoyanda alim artıq ölüm ayağında idi. Kopernikin kəşfi elmdə çevriliş yaratmış və xurafata sarsıdıcı zərbə vurmuşdur.

 http://www.youtube.com/watch?v=GPBB5thPgQE

http://etherdynamic.ru/uploads/posts/2011-04/1302692864_copernicus2.jpg

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə