25 iyun 1999-cu IL tarixli, 695-iq nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmişdir I fəsil. Ümumi müddəalar


XIV fəsil. Torpaq sahələrinin geri alınması



Yüklə 0,67 Mb.
səhifə60/66
tarix01.01.2022
ölçüsü0,67 Mb.
#102920
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
XIV fəsil. Torpaq sahələrinin geri alınması

Maddə 70. Torpaq sahələrinin geri alınmasının ümumi qaydaları

1. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alına bilər.

2. Torpaq sahələri mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına (satın alına) bilər.

3. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Əvəzsiz istifadədə olan torpaqların məcburi geri alınması müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir.

4. Xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.

5. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirildikdə, onun dəyəri qabaqcadan xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və ya təşkilatın, yaxud müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənilir.

6. İstifadədə və icarədə olan dövlət torpaqlarının dövlət ehtiyacları üçün geri alınması zərurəti yarandıqda, bələdiyyələr bu barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırırlar.

7. Torpağın geri alınması barədə qərarlardan məhkəmə qaydasında şikayət vermək olar.

8. Torpaq sahəsi dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alındıqda, qarşılıqlı razılıq əsasında onun əvəzində mülkiyyətçiyə və ya istifadəçiyə (icarəçiyə) eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsi də verilə bilər.

9. Torpaq sahələrinin geri alınması, dövlət ehtiyacları üçün alınması barədə vəsatətlərin qaldırılması və onlara baxılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. (13, 16, 17)




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin