Maddə 71. Torpaq sahələrinin tikinti altına verilməsi üçün geri alınması şərtləri
1. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə xüsusi mülkiyyətdə, istifadədə və ya icarədə olan torpaq sahəsini tikinti altına vermək üçün onu bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada geri ala bilər. Bu zaman aşağıdakı şərtlərə əməl olunmalıdır:
geri alınması nəzərdə tutulan torpaq sahəsi üçün özgəninkiləşdirilmə zonasının müəyyən edilməsi və həmin zonanın dövlət torpaq kadastrında və digər müvafiq qeydiyyat sənədlərində əks etdirilməsi;
geri alınması nəzərdə tutulan torpaq sahəsi üzərindəki daşınmaz əmlakın, o cümlədən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin satılmasından, yaxud həmin torpaq sahəsini geri alan müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən geri alınmasından sonra onların tikinti altına verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada müsabiqənin (tenderin, hərracın) elan edilməsi.
2. Torpaq sahələrinin özgəninkiləşdirmə zonasına aid edilməsi yalnız dövlət ehtiyaclarının və ya və ictimai ehtiyacların ödənilməsi məqsədilə aparılır və ərazinin planlaşdırılmasına və yaşayış məntəqələrinin baş planına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən həyata keçirilir.
3. Torpaq sahəsinin geri alınması haqqında qərardan iddia bu barədə yazılı bildiriş həmin sahənin mülkiyyətçisinə göndərildiyi gündən bir il ərzində verilə bilər. (3, 13, 16)
Dostları ilə paylaş: |