25 iyun 1999-cu IL tarixli, 695-iq nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmişdir I fəsil. Ümumi müddəalar


Maddə 7. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində Naxçıvan Muxtar Respublikasının səlahiyyətləri



Yüklə 0,67 Mb.
səhifə7/66
tarix01.01.2022
ölçüsü0,67 Mb.
#102920
1   2   3   4   5   6   7   8   9   10   ...   66
Maddə 7. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində Naxçıvan Muxtar Respublikasının səlahiyyətləri

Torpaq münasibətlərinin tənzimlənməsində Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə muxtar respublikanın hüdudları daxilində bu Məcəllənin 6-cı maddəsinin 5-ci—16-cı abzaslarında göstərilənlər aiddir.



Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:



    • qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;

    • qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

    • yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi;

    • bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması;

    • ictimai ehtiyaclar tələb etdikdə, bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması;

    • öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi;

    • bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi;

    • hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;

    • öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi;

    • öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi;

    • qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. (13, 20)


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin