29. Prezident İlham Əliyev-müasir dövrdə Azərbaycan multikulturalizminin siyasi dayağı kimi



Yüklə 18,14 Kb.
tarix01.01.2022
ölçüsü18,14 Kb.
#106936
Belge (137)


29. Prezident İlham Əliyev-müasir  dövrdə Azərbaycan  multikulturalizminin siyasi dayağı kimi
Müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasətinin əsas göstəricisi Azərbaycanda etnik və dini zəmində heç bir qarşıdurmanın olmaması, ölkədə ictimai-siyasi sabitliyin və davamlı milli-mənəvi həmrəyliyin hökm sürməsidir. Məhz belə bir uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 15 noyabr 2013-cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini – Mədəniyyət Mərkəzi açıldı. 


Prezident İlham Əliyevin göstərişi ilə Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı 

Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə 

təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm 

məbədi Heydər məscidi inşa edilmişdir. 


Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan 

edilməsini, yaxud 12-22 may 2017-ci ildə respublikamızın paytaxtında “Bakı2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması 

da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz tohvəsini vermişdir.
İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində ı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq tikilmişdir Bununla yanaşı Bakıda yaşayan yəhudi uşaqlar üçün “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “OrAvner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə həmin mərkəzin təməlqoyma mərasimi 

keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il 

oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, 

eləcə də MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq 

Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak etmişlər. 

Dövlət başçısı İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə 

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da müasir Azərbaycanda 

dövlət-din münasibətlərinin inkişaf tarixində baş vermiş mühüm hadisələrdən 

sayılır. Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini 

təmin etmək məqsədi ilə təsis edilən və Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsinin tabeliyində fəaliyyət göstərən Fond mənəvi dəyərlərin qorunması və 

inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların 

dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyrikommersiya hüquqi şəxsdir. 

Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına 

əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da ölkəmizdə dövlətdin münasibətlərinin tənzimlənməsi sahəsində baş vermiş digər mühüm 

hadisələrdən biridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində 

fəaliyyət göstərən həmin institutun təsis edilməsində əsas məqsəd Azərbaycan 

xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi 

olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, 

dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını 

təmin etməkdir. İnstitutda təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq 

ixtisasları üzrə həyata keçirilir. Habelə institutda bir fakültə (İlahiyyat), üç 

kafedra (İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər) mövcuddur.
2 iyul 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin təmirdən sonrakı 

açılışında Prezident İlham Əliyev bu məsələyə öz münasibətini aşağıdakı kimi 

bildirmişdir: «...çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya 

ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət Azərbaycançılıq ideyası 

uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik ideyası uğrunda və müstəqil 

həyat ideyası uğrunda birləşibdir». 

Yalnız ərazimizdə yaşayan müxt
İnklüziv İnkişaf İndeksi üzrə Azərbaycanın inkişaf etməkdə olan ölkələr 

arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdə olması Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi 

siyasətlə yanaşı inkluzliv cəmiyyətin qurulmasının əsas səbəblərindən biri olan, 

etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin 

qorunmasına səbəb olan multikulturalizm siyasətinin nəticəsidir.

Beləliklə, cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin və onun ə
Multikulturalizmin ölmədiyini sübut edən ən mühüm məqamlardan 

biri də onun yeni demokratiyalarda intişar tapmasıdır. Qeyd olunduğu kimi, 

bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətinin ayrılmaz tərkib 

hissəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi 

kimi, “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir və xalqımızın həyat 

tərzidir”.

10.2
Azərbaycanda multikulturalizm siyasətinin əsasını Ümummilli lider 

Heydər Əliyev qoymuşdur. Yeni tarixi şəraitdə bu siyasət ölkə Prezidenti İlham 

Əliyev tərəfindən uğurla aparılır. Bunun əsas göstəricisi kimi cəmiyyət daxilində 

müxtəlif etnik qrupların və dini icmaların inteqrasiya olmalarıdır. Bu, etnik və 

dini zəmində baş verəcək münaqişələrin qarşısını alır.

Azərbaycan multikulturalizminin meydana gəl


Azərbaycandakı multikultural mühit ölkənin müstəqillik illərində daha 

da yaxşılaşdı. 18 oktyabr 1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyinin 

bərpa olunması, xüsusilə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan 

xalqının istəyi ilə hakimiyyətə gəlişi ölkədə multikultural mühiti əsaslı şəkildə 

yaxşılaşdırdı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının 

nəticəsində ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı 

üçün real şərait yaradıldı, etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində 

mühüm işlər görüldü. Müasir dövrdə də Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev multikulturalizm siyasətini uğurla həyata keçirir.

Azərbaycan multikulturalizminin meydana gəlməsi prosesinin sub


Beləliklə, Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq 

ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkədə multikulturalizm 

siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi 

olmuşdur. Ulu öndərin multikulturalizm sahəsində həyata keçirdiyi bu böyük iş 

müasir dövrdə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin adı ilə bağlıdır. O, multikulturalizm siyasətinə nikbin qütbü 

formalaşdırmışdır. 

Müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb 

formalaşmışdır – bədbin və nikbin. Bədbin qütbü Kameron, nikbin qütbü isə 

Azərbaycan Prezidenti İlham Əliyev formalaşdırmışdır. Prezident İlham Əliyev 

Kameronun bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni 

nümayiş etdirir. O, Azərbaycan xalqının çoxəsrlik multikultural dəyərlərə 

malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: “Bu gün 

multikulturalizmin dünyada alternativi yoxdur.” 

Müasir dövrdə Qərb ölkələrində multikult

Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin 

subyektiv səbəblərinə gəldikdə, ilk növbədə ölkə rəhbərliyinin bu sahədə 

gördüyü böyük işləri göstərmək lazımdır. Prezident İlham Əliyev ölkədəki 

multikultural durumu daha da möhkəmlətmək məqsədilə bir sıra mühüm 

işlər həyata keçirir. O, ölkədəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində 

multikulturalizm siyasətinə böyük önəm verir. Bunun bariz nümunəsi kimi 

ilk növbədə onun 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan 

Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət 

müşavirliyi xidmətinin (hazırda Azərbaycan Respublikasının Prezidenti 

Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini 

məsələlər şöbəsi adlanır), 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq 

Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin Prezidentin 11 yanvar 

2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm 

ili” elan edilməsini və 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin 

Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair 

Tədbirlər Planı”nın təsdiq edilməsini göstərmək olar. Qeyd olunan təsisatların 

və Sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla 

həyata keçirilməsinə yönəlmişdir. 

Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək önəm 

verməsi ölkənin daxili siyasəti ilə yanaşı xarici siyasətində də özünü büruzə verir. 

Mütəmadi olaraq Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası 

dialoqun təşviqinə həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara ev 

sahibliyi edir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycanda 2010-cu 

ilin 26-27 aprel tarixlərində Dünya Dini Liderlərinin Sammiti, 2011-ci, 2013-

cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq 

Forumları, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2016-cı və 2018-ci illərdə Bakı Beynəlxalq Humanitar Forumları, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 

2018-ci və 2019-cu illərdə Qlobal Bakı Forumları, eləcə də 2016-cı ilin 25-

27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 

7-ci Qlobal Forumu keçirilmişdir. Bu tədbirlər “Bakı prosesi” çərçivəsində 

keçirilir11.

“Bakı prose


Bakı prosesi” – mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini 

nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan 

Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona 

qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa 

və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda 

keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam 

ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 

48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət 

təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda 

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun 

təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi. Bununla sivilizasiyalar arasında 

dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam 

etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq 

naminə” layihəsinin əsası qoyuldu.

“Bakı prosesi”nin əsas aktorl
kimi tanınması;

6. Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli 

beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.

“Bakı prosesi” əvvəlcə regional təşəbbüs kimi yaranmışdır. 2010-cu ildə 

BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikası 

Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası 

Dialoq Forumunun keçirilməsini elan etdi. Bu hadisə “Bakı prosesi”nin regional 

təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb oldu. 



Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Bak
Yüklə 18,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin