31
Üzüm yarpaqları seçilib saplaqları kəsilir, soyuq suda təmiz yuyulur və sonra
qaynar suda pörtlədilir. Duza qoyulmuş yarpaqlar suda yuyulur, isti suda bir burum
qaynadılır, hər yarpağa hesabla 25q olmaqla çəkilmiş ət bükülüb qazana yığılır,
üstünə bulyon tökülür, boşqabda sıxılaraq bişirilir. Yarpaq dolması 50-60 dəqiqə zəif
od üzərində damla bişirilir. Xörəyin yanına ayrıca qabda sarımsaqlı qatıq qoyulur.
Hər pors üçün burada 150q qoyun əti, 20q quyruq, yaxud 25q ərinmiş yağ,
20q təzə, yaxud 50q duz qoyulmuş yarpaq, 1 baş soğan, 20q düyü, 50q qatıq, 20q
keşniş və şüyüd, nanə, 0,2q darçın, habelə təm üçün istiot, duz götürülür.
Dostları ilə paylaş: