41
Krem. Kəsmik kreminin hazırlanması üçün kəsmik, kərə yağı, şəkər, duz,
yumurta sarısı və çalınmış yumurta ağı tətbiq edilir. Burada kəsmik ovulur, ona
yumurta sarısı, şəkər və duz ilə birlikdə əzilmiş kərə yağı vurulur.
Yumurtanın ağı tamamilə sarısından ayrılaraq (yumurtanın ağına
az da olsa,
sarısı qatışarsa, çalınması pisləşir) dərin qalaylı qaba tökülür və süpürgəciklə buz
üzərində, qabaqca yavaş, sonra isə tez çalınaraq yumurta ağından davamlı köpük
yaradılır. Az miqdar yumurtanın ağı (2-3 ədəd) çəngəl ilə boşqabda da çalına bilər.
Çalınmış həmin yumurta ağı kəsmik kütləsinə əlavə edilib ciddi qarışdırılır və
soyudulur.
Süfrəyə verilən zaman hazır krem kütləsi salatnikə yaxud krem qabına
qoyulur.
Vanil kreminin tərkibinə çalınmış qaymaq, yumurta, süd, şəkər,
jelatin və
vanil daxil olur.
Burada krem hazırlanmasından qabaq tərkibində ən azı 20-25% yağ olan qatı
qaymaq süpürgəcik vasitəsilə qalaylı qabda buz üzərində çalınır və süpürgəcikdən
axmayan davamlı köpük törədilir (yağı az olan qaymaq çalınanda köpük davamsız
çıxır).
Sonra şəkərlə birlikdə əzilmiş yumurta sarısına qaynadılmış isti süd tökülüb
80-dən yuxarı olmamaq şərtilə qarışdıra-qarışdıra qızdırılır və qatılaşdırılır. Bu
qayda əldə edilmiş süd-yumurta lyezonuna isti vəziyyətdə olaraq qabaqca süddə
isladılmış və şişirdilmiş jelatin vurulur, jelatin əridikdə isə vanil tozu qatılır.
Bundan sonra lyezon süzülüb 16-20 temperatura çatınca soyudulur.
Çalınmış qaymağa arasıkəsilmədən qarışdırmaq
şərtilə soyudulmuş lyezon
əlavə edilir və krem tez qəliblərə tökülür.
Soyumuş krem qəlibdən jele kimi çıxarılır və krem qabında yaxud vazalarda
süfrəyə verilir.
Süfrəyə verilən zaman kremin üstünə meyvə, giləmeyvə şərbəti yaxud üzüm
şərabı ilə birlikdə şərbət tökülür.
1 kq krem üçün burada 500 q qaymaq, 150 q şəkər, 200 q süd, 2 ədəd
yumurta, 20 q jelatin və 0,15 q vanilin götürülür.
42
Şokolad kremi hazırlananda şəkər yumurta sarısı
ilə birlikdə əzilən zaman
onun içinə əzilmiş şokolad yaxud ələnmiş kakao tozu qatılır.
Giləmeyvə kremi hazırlananda bağ çiyələyi, yaxud moruq seçilib yuyulur və
əzilərək ələkdən keçirilir;
həmin giləmeyvə püresinə şəkər, sonra isə əridilmiş
jelatin və çalınmış qaymaq qatılır.
Dostları ilə paylaş: