7
və içinə duz vurulub 5-10 dəqiqə bişirilir. Süfrəyə verməzdən qabaq porsluq
kasalara
diri bişirilmiş düyü, onun da üstünə püre şorbası tökülür və qaynar
vəziyyətə gətirilir. Süfrəyə veriləndə püre şorbasına xama vurulur.
Xama əvəzinə
lyezon və kərə yağı tətbiq edilə bilər. bunun yanında ayrıca qabda qrenka qoyulur.
Hər pors üçün burada 125 q ət sümüyü, 178 q təzə pomidor, 13 q yerkökü, 7 q
cəfəri, 24 q baş soğan, 12 q düyü, 15 q buğda unu, 10 q kərə yağı, 40 q xama, 5 q
duz götürülür.
4. Şəffaf duru xörəklərin hazırlanma texnologiyası.
Şəffaf duru xörəklər ət, toyuq yaxud balıq bulyonunda hazırlanır. Bunların
əsasını qatı şəffaf bulyon təşkil edir. Qatı bulyonun içində adi bulyona nisbətən daha
çox ekstraktiv maddələr vardır, lakin bununla bərabər qatı bulyon (çökə balığı
bulyonundan başqa) bulanıq olmamalı və üzünə yağ gəzməməlidir.
Şəffaf bulyon
əldə edilməsi üçün süzülməsinə baxmayaraq içində gəzən hissəciklər (yağ, zülal) adi
bulyonundan rədd edilməli və bulyon ekstraktiv maddələrlə zənginləşdirilməlidir.
Bunun üçün də bulyonun içərisindən gəzən hissəciklər durulur.
Şəffaf bulyonlar süfrəyə buraxılana qədər ən çox 2-3 saat marmit üzərində
saxlanır, çünki çox qalanda bunun təmi pisləşir və şəffaflığı itir.
Dostları ilə paylaş: