61
keçirmək vasitəsilə ciddi əzilir. Kotlet kütləsindən buxarda məmulat bişirilən
zaman mədənin slikli qişalarını minimal dərəcədə
mexaniki və kimyəvi
qıcıqlandıran xörəklər əmələ gətirilir. Belələrindən, məsələn, buxarda bişirilən ət
yaxud balıq klyotskisi, sufle, püre və bitoçka kimi xörəkləri göstərmək olar.
Tərəvəzin bəzi emal üsulları (məsələn, tərəvəzin 2-3 dəqiqəliyə qaynar suya
salınması), habelə məhsulun uzun vaxt suda saxlanması
nəticəsində mineral
duzların və vitaminlərin çox hissəsi itir. Ona görə də çox miqdar mineral duzlarına
ehtiyacı olan xəstələrə xörək bişirilən zaman həmin metodlar tətbiq edilə bilməz.
Belə hallarda tərəvəzi adi qaydada bişirmə əvəzinə, az suda yaxud buğda
bişirmək lazım gəlir ki, burada həmin su məhsulun içərisinə hopur.
Xəstənin
sutkalıq rasionunda vitamin miqdarını artırmaq lazım gəldiyi hallarda xörək üçün
lazımi vitaminlər cəhətcə nisbətən zəngin məhsullar seçilir və burada elə üsullar
tətbiq edilir ki, kulinar emalında və burada
elə üsullar tətbiq edilir ki, kulinar
emalında vitaminlərin mühafizəsi təmin olsun. Xəstəyə təzə göyərti, meyvə,
giləmeyvə və tərəvəz şirələri verilməlidir. Məhsulların tərkibində mineral duzların
və vitaminlərin miqdarını bilməklə xəstənin ehtiyacına müvafiq mineral duzları
yaxud vitamin cəhətcə zəngin xörək rasionu tərtib etmək çətinlik törətməz.
Xəstələr üçün xörək hazırlanan zaman digər məqsədlər də qarşıya qoyula
bilər. Bəzi hallarda (məsələn, iştah zəifliyində) həcm
etibarilə nisbətən kiçik
xörəkdə xəstəyə çox miqdar qidalı maddələr istemal etdirmək lazım gəlir. Belə
hallarda yüksək kaloriyalı məhsullar seçilir. Digər hallarda (məsələn, həddindən
artıq kökələndə, şəkər xəstəliyində) həcm etibarilə kifayət qədər xörəyə az miqdar
qidalı maddələr, xüsusən karbohidratlar daxil edilməli olur,
belə hallarda çoxlu
nəbatat sellülozuna malik xörək seçilir ki, həmin sellüloz da, orqanizm tərəfindən,
demək olar heç həzm edilmir. Bəzi qəbzlik xəstəliyi hallarında bağırsaqların
peristaltikasını gücləndirən sellüloz cəhətcə zəngin xörək tətbiq edilie. Şəkər
xəstəliyində xörək rasionunda karbohidratların miqdarını məhdudlaşdırmaq
məqsədilə şirin xörəklərdə şəkər saxarinlə əvəz edilə bilər. Qaraciyərin bəzi
xəstəliklərində mal piyi, donuz piyi və s. bu kimi heyvanat yağları
mənfi təsir
göstərir. Ona görə də qaraciyəri xəstə olan adamlar üçün xörək yalnız inək yağında
62
hazırlanmalıdır. Bir sıra xəstəliklərdə (ürək xəstəliyi, böyrək xəstəliyi və s.) xörək
duzsuz hazırlanır. Belə xörəklərin təm xassələrini yaxşılaşdırmaq üçün duz
əvəzində limon turşusu, sirkə yaxud quşüzümü,
habelə suda bişirilib sonra
qızardılmış soğan götürülür.
Beləliklə, müalicə iaşəsində məhsul emalının texnoloji üsulları özünəməxsus
xüsusiyyətlərə malikdir ki, bunlar da xəstələrə xörək bişiriləndə nəzərdə
saxlanmalıdır.
Müalicə iaşəsində ən çox rast gələn xörəklərin hazırlanmasına dair
resepturalar və hər porsun nümunəvi məhsul norması (brutto çəkidə) aşağıda dərc
olunur və bunların tətbiq edildiyi pəhrizlər göstərilir.
4)
Dostları ilə paylaş: