2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2


a) tamamilə qovrulunca (burada ətin içi boz rəngə düşür);  b)



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   62
a-m-hsull.-tex

a) tamamilə qovrulunca (burada ətin içi boz rəngə düşür); 
b) orta dərəcədə qovrulunca (ətin içində mərkəz hissəsi çəhrayı rəngə düşür); 
c) qazmaq tutunca (ətin ortası çiytəhər və qanlı qalır). 
Ət qovrulanda sonra əldə edilən maye buxarlanır, yağı süzülür, qabın içinə isə 
ət bulyonu tökülüb quynadılır və süzülür. Əldə edilən bulyon (ətin şirəsi) 
qovrulmuş natural ət tikələrinin üstünə tökülür. 
Rostbif isidilmiş porsluq buludlarda (hər porsda 2-3 tikə) süfrəyə verilir və 
yanına 3-4 növ bişmiş və yağ vurulmuş tərəvəzdən ibarət (kartof, yerkökü, göy, 
noxud, çiçək kələm və i.a.) qarnir və yonulmuş qıtıqotu qoyulur. Süfrəyə verilən 
zaman bu xörəyin üstünə ət şirəsi tökülür. Rostbif habelə bişmiş kartof və 
yonulmuş qıtıqotu ilə də süfrəyə verilə bilər. 
Hər pors üçün burada 155q ət (can əti, miyantək və bel hissəsi), 5q yağ 
(qovurmaq üçün), 150q hazır qarnir və 50q ət şirəsi götürülür. 
 


25
Qovrulmuş qoyun əti, yaxud dana əti və qarnir. Burada hazırlanmış iri ət 
tikələri tavaya qoyulub üstünə yağ tökülür və plitənin üzərində qovrulduqdan sonra 
qızdırıcı şkafa qoyulub 200-250 dərəcə temperaturda hazır vəziyyətə gətirilir. 
Qovrulan zaman bu əti nçıxan şirəsi vaxtaşarı qaydada öz üstünə tökülür. 
Qovrulandan sonra qalan yağ və şirə, rostbif üçün olduğu kimi emaldan keçirilir. 
Süfrəyə verilən zaman ət porsluq tikələrə (hə porsda 2-3 tikə) doğranıb yanına 
qarnir əlavə edilir; həmin qarnir qoyun əti üçün-qarabaşaq şiləsindən, yağ içində 
yaxud tomat içində lobyadan, bişmiş yaxud qızardılmış kartofdan və nəhayətdana 
əti üçün isə suda bişmiş yaxud qızardılmış kartofdan, süddə bişirilmiş kartofdan
göy noxuddan və habelə 3-4 növ tərəvəzdən hazırlanmış mürəkkəb tərkibdən ibarət 
olur. 
Hər pors üçün burada 165q qoyun əti, yaxud 180q dana əti, 5q yağ(qovurmaq 
üçün), 150q hazır qarnir və 50q ət şirəsi götürülür. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin