2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə19/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   62
a-m-hsull.-tex

 
File və qarnir. Burada hazırlanmış can ətinin tikələri tavada 140-150 dərəcə 
temperaturda qızdırılmış yağın içinə salınıb hər iki tərəfdən lazimi dərəcəyə qədər, 
rostbif kimi qovrulur. 
Həmin xörək isidilmiş buludda süfrəyə verilir və ətin yanına kartof 
qızartmasından yaxud bol yağda qızardılmış kartofdan ibarət qarnir qoyulur. 
Süfrəyə veriləndə bunun üstünə ət şirəsi tökülür. 
Hər pors üçün burada 160q ət (can əti), 5q kərə yağı, 150q hazır qarnir və 5q 
yağ götürülür. 
 
Natural langet. Burada hazırlanmış yarımfabrikatdan hər pors üçün 2 tikə 
əsas üsul üzrə hər iki tərəfdən hazır olunca qovrulur. 
Langet isidilmiş porsluq buludda süfrəyə verilir və ətin yanına kartof qızart-
ması yaxud suda bişirilib qızardılmış kartofdan, yerkökündən, göy noxuddan, çiçək 
kələmindən yaxud brüssel kələmindən, lobyadan və s. ibarət mürəkkəb tərkibli 
qarnir qoyulur. 
Süfrəyə verilən zaman langetin üstünə ət şirəsindən tökülür.


26
Hər pors üçün burada 160q can əti, 10q ərimiş piy, 150q hazır qarnir 
götürülür. 
 
Antrekot və kartof. Burada hazırlanmış yarımfabrikat hər iki tərəfdən əsas 
üsulla qovrulur hazır vəziyyətə gətirilir. 
Süfrəyə verilən zaman antrekot isidilmiş porsluq buluda qoyulub yanına bütün 
növlərdə qızardılmış kartof və yonulmuş qıtıqotu əlavə edilir, üstünə isə ət şirəsi 
tökülür. Antrekotun zərinə həm də bir tikə yaşıl yağ qoyulur. Burada qarnir süddə 
bişirilmiş kartofdan ibarət olduqda ayrıca qabda süfrəyə verilir. 
Hər pors üçün burada 160q birinci növ mal əti, 10q ərinmiş piy, 150q hazır 
qarnir, 15q qıtığotu (kökü) və 15q yaşıl yağ götürülür. 
Pomidorlu qoyun əti qizartmasi. Burada hazırlanmış yarımfabrikat (hər pors 
üçün ik tikə) hazır olunca əsas üsul üzrə qovrulur.
Süfrəyə verilən zaman qoyun əti isidilmiş porsluq buluda qoyulur və yanına 
qoz formasında kartof qızartması düzülür, qoyun ətinin üstünə isə yarı bölünüb 
qızardılmış böyrək tikələri və qarnir yerinə bişmiş düyü süfrəyə verilə bilər. 
Hər pors üçün burada 165q qoyun əti (bel hissəsi), 95q təzə yaxud 53q 
konservləşdirilmiş pomidor, 15q yağ və 150q hazır qarnir götürülür.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin