4
qidanın asan mənimsənilməsinə kömək edir. Buna görə də fizioloqlar qida
rasionunda duru xörəyin hər gün olmasını vacib hesab edirlər.
Ət və ət-sümük bulyonu hazırlamaq
üçün mal cəmdəyinin kürək, çiyin, döş,
qoyun cəmdəyinin yalnız kürək və döş hissələrindən istifadə edilir. Ət tikələrini
1,5-2 kq, döş hissəsini isə 3 kq kütlədə doğrayırlar. Ətin bişməsi müddəti heyvanın
növündən, yaşından və köklük dərəcəsindən asılı olaraq 2-3 saat davam edir.
Sümükləri isə daha çox 3-4 saat, bəzən 5-6 saat bişirmək lazımdır. Sümüklər soyuq
suda yuyulur, xırda doğranır.
Qabaqca qazana doğranmış sümük, onun da üstündən ət tikələri doldurulub
üstünə soyuq su (1 kq sümüyə 1,25 l) tökülür, qapağı örtülüb odun üstünə qoyulur.
30-45 dəqiqədə bunlar qaynadılıb üzünün kəfi alınır və yavaş qaynatmaqda davam
etdirilir. Sonra doğranmış tərəvəz (baş soğan, yerkökü, cəfəri, aromatik göyərti)
əlavə edilir. Bişən müddətdə bulyonun kəfi 5-6 dəfə alınmalıdır, iri kəf bulyona piy
tam və ağımsov rəng verir. Bulyonun üzündən alınmış
yağ tərəvəzin yağda
qızardılması üçün istifadə olunur.
Ətin bişib hazır olması bulyon qaynadıqdan 1½-2½ saat sonra
müəyyənləşdirilir; bunun üçün ətə aşpaz iynəsi batırılır. Ət yaxşı
bişmiş olduqda
iynə asanlıqla ona batır.
Ət bişib hazır olanda bulyondan çıxarılır, sümüklər isə yenə 2-4 saat
qaynadılır. Axıra bir saat qalmış bulyona duz vurulur və bişib hazır olduqdan sonra
bulyon süzülür.
Ət bulyonu şəffaf, rəngi sarımtıl, dadı və qoxusu xoşagələn olmalıdır. Sümük
bulyonu bir o qədər bulanıq ola bilər. Sümük bulyonu bişirilərkən ona qatılan
tərəvəzin ətrini verməlidir.
Ət bulyonu başqa üsulda da bişirilə bilər; burada doğranmış sümüklər qazana
doldurulub üstünə su tökülür və 2-4 saat qaynadıqdan sonra ət tikələri,
tərəvəz
(baş soğan, yerkökü, cəfəri) və göyərti əlavə edilib 1 ½ -2 ½ saat əti hazır olunca
qaynadılır. Burada qaynatmaq prosesi yuxarıda göstərilən qaydada aparılır.
Bulyonu hər porsuna 77 q sümüklü II sort ət, 5 q soğan, 5 q yerkökü və 4 q
cəfəri götürülür.
5
Sümüksüz olaraq təkcə ətdən bulyon çox nadir hallarda bişirilir.
Dostları ilə paylaş: