32
Pomidor dolmasının hazırlanması və süfrəyə verilməsi.
Yumşaq qoyun əti ətçəkən maşından keçirilir, buna istiot, duz vurulub soğanla
birlikdə yağda qızardılır. Soyuqdan sonra doğranmış göyərti qatılıb qarışdırılır.
Orta ölçüdə bərk pomidor seçilib üst tərəfi kəsilir və özəyi çıxarılır. Pomidor
dolması düyü ilə hazırlanırsa, onda düyü yuyulub bişirilməli və sonra qiyməyə
qatılmalıdır. Hazırlanmış pomidora qiymə doldurulub pomidordan kəsilmiş üst
tərəfi qapaq şəklində yerinə qoyulur. Pomidor dolması tavalarda içinə, yaxud
dayaz qazana düzülür. Pomidordan çıxarılmış özək yağda qızardılıb içinə bulyon
qatılır və bundan alınan sous pomidor dolmasının üstünə tökülüb ağzı örtülür və
15-20 dəqiqə ərzində hazır olunca öz buğunda bişirilir.
Süfrəyə verilən zaman pomidor dolmasının üstünə öz sousundan tökülür və
narın doğranmış göyərti səpilir.
Hər pors üçün burada 150q qoyun əti, 300q pomidor, 1 baş soğan, 10q düyü,
15q keşniş və şüyüd, 0,2q darçın, habelə təm üçün istiot, duz götürülür.
Dostları ilə paylaş: