44
Konservləşdirilmiş meyvə kompotu hazırlananda meyvə konservi bankası
açılıb onun içindəki meyvə krem qabına yaxud
vazalara qoyulur və üstünə
bankadan şərbət tökülür. Bankadakı şərbət az olarsa, buna qabaqca hazırlanıb
soyudulmuş və süzülmüş şəkər şərbəti əlavə edilir. Qurudulmuş meyvədən kompot
hazırlananda
quru meyvə seçilir, xarab meyvə rədd edilir,
sonra yuyulub ələkdən
süzülür.
Sonra isti suya şəkər salınıb əridilir və buna quru meyvə əlavə edilir;
burada
meyvənin qabaqca gecbişən (alma, armud), sonra isə tezbişən növləri şərbətə
salınır ki, axırda hamısı bir bərabərlikdə bişib hazır vəziyyətə gəlsin.
Alma və armud qurusu 35-40 dəqiqə, qaysı və ərik 15-20 dəqiqə, kişmiş isə 4-
5 dəqiqədə bişir.
Dostları ilə paylaş: