2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə45/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   62
a-m-hsull.-tex

İlk mayalı xəmirin hazırlanması. Burada hazır ilk mayanın içinə norma üzrə 
suyun yerdə qalan hissəsi və onun içində əridilmiş duz vurulur; su ilk maya ilə 
birləşincə qarışdırılır, sonra isə norma üzrə unun yerdə qalan hissəsi əlavə edilib 
xəmir yoğrulur. 


68
Bu qayda yoğrulmuş xəmir 1-2 saat isti (28-30 dərəcə) yerə qoyulub 
qıcqırdılır və qıcqırma prosesində xəmir 1-2 dəfə övkələnir. Xəmir qabın 
divarlarından qopmağa və yatmağa başladıqda hazır sayılır. 
Hazır xəmir masanın üstünə qoyulub kündələnir. 
 
İlk mayasız xəmir. 
Burada preslənmiş maya 25-35 dərəcə temperaturda suda əzilir, sonra içinə 
duz və un əlavə edilərək xəmir yoğrulur. İlk mayasız xəmir üçün ilk mayasız 
xəmirdəkindən ½ artıq maya götürülür və daha bərk maya yoğrulur. Yoğrulmuş 
xəmir 3-4 saat isti (30-35 dərəcə) isti yerə qoyulub qıcqırdılır. Qıcqırma prosesində 
xəmir iki dəfə övkələnir. İlk mayasız xəmirin mayasını artırmaqla, qıcqırmasını 
sürətləndirib 2 saata çatdırmaq olar. 
Mayalı xəmirdən pirojki, ponçik və sair məmulat hazırlanır. 
1kq yağlı ilk mayalı yaxud ilk mayasız xəmir üçün 650 q un, 34 q yağ, 42 q 
şəkər, 1 ədəd yumurta, 7 q duz, 20 q maya və 270 q su götürülür. 
2) Mayalı xəmir üçün qiymənin hazırlanması. 
Kələm qiyməsi. Bu qiymə təzə yaxud şorabaya qoyulmuş kələmdən 
hazırlanır. 
Təzə kələmdən qiymə hazırlananda kələm doğranıb 3-5 dəqiqəliyə qaynar 
suya salınır və ələkdən keçirilib sıxılır. Sonra kələm qaba qoyulub üstünə bulyon, 
süd yaxud su (kələmin çəkisinə nisbətən 10-15%), yağ və duz əlavə edilərək qabın 
qapağı örtülür və kələm qiyməsi bişirilib hazır vəziyyətə gətirilir. 
Kələm qiyməsi başqa üsulda da hazırlana bilər. Burada narın doğranmış 
kələm pörtlədilmədən 3 santimetrə qədər qalınlıqda olmaqla, tavanın içinə qoyulur, 
üstünə yağ tökülür, duz səpilir və periodik qaydada qarışdırmaqla, ən çox 180 
dərəcəyə qədər olan temperaturda qızdırıcı şkafda bişirilib hazır vəziyyətə gətirilir. 
Şorbaya qoyulmuş kələmdən qiymə hazırlananda, kələm sıxılır və çox 
turşdursa, soyuq suda yuyulub təkrar sıxılır, sonra isə təzə kələm kimi (birinci 
üsulda) bişirilir. 


69
Hazır olduqda kələmin içinə bişmiş yumurta doğranıb qatılır, habelə yağda 
qovrulmuş soğan vurulub hamısı birlikdə ciddi qarışdırılır. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin