8
dərəcə temperatura qədər qızdırılıb süzülmüş bulyona durulaşdırıcı maddə və
habelə çiy kərəvəzi, yağsız olaraq bilavasitə plitə üzərində qızardılmış
baş soğan,
yerkökü və cəfəri qatılıb hamısı birlikdə yaxşı qatışdırılır. Sonra bulyon,
çox zəif
qaynamaq şərtilə 1-1 ½ saat ərzində bişirilir və daim üzünün yağı alınır. Bişdikdən
sonra bulyon, dibinə çökmüş durulaşdırıcı maddə çalxalanmasın deyə, ehmalca
salfetkadan yaxud çox sıx ələkdən süzülür.
Bulyon şəffaflanmadıqda həmin əməliyyat təkrar edilir.
Şəffaf bulyon hazırlanması üçün süzülmüş hazır ət (ağ) bulyonundan da
istifadə oluna bilər.
Bulyonun şəffaflaşmasının
səbəbi olur ki, ətin durulaşdırıcı maddələri ilə
birlikdə bulyona daxil olmuş əriyən zülalları bulyonda qızan zaman pıxtalaşır və
bulyonda gəzən hissəciklər əmələ gəlmiş zülal lopaları
ilə bulyonun dibinə çökür;
burada bulyonun içində gəzən hissəciklərin durulaşma prosesləri gedir. Süzülən
zaman bulyon lopları çöküntüdən azad olur və şəffaflaşır.
Hər pors üçün 150q ətli sümük, durulaşdırma üçün, 40q 3-cü sort ət və 1/8
ədəd yumurta, 5q yerkökü, 4q cəfəri yaxud kərəviz, 5q baş soğan və 4q duz
götürülür.
Toyuq bulyonu. Toyuq bulyonunun bişirilməsi
üçün bütöv şəkildə toyuq
cəmdəyindən və toyuq sümüklərindən istifadə edilir.
Burada toyuq sümükləri və bütöv toyuq cəmdəkcikləri qazana salınıb üstünə
soyuq
su tökülür, qazanın qapağı örtülür, yavaş-yavaş qızdırılır və qaynar
vəziyyətə gətirilərək 30-40 dəqiqə bişirilir. Sonra bunun üzünün kəfi və yağı
diqqətlə alınaraq zəif qaynamaq şərtilə sümüklər 2-3 saat, toyuq isə hazır olanacan
bişirilir. Nəticədə əldə edilən bulyon süzülür
Bulyon kifayət qədər şəffaflaşmadıqda içinə durulaşdırıcı maddə vurulur.
Toyuq bulyonunun durulaşdırma prosesi ət bulyonunun durulaşdırma prosesi kimi
aparılır.
Dostları ilə paylaş: