90
10 kq krem üçün burada 2825 q şəkər pudrası, 1-ci sortdan aşağı
olmamaq
şərtilə 5300 q kərə yağı, 2120 q qatılaşdırılmış süd, 53 q vanil pudrası və 20 q
konyak yaxud şərab götürülür.
Qozlu krem
Kərə yağı və qaymaqlı marqarin-100q, qovrulmuş və xırdalanmış qoz ləpəsi-
2x/q, kakao tozu-2ç/q, şəkər kirşanı- ¾ st., vanil-0,5 ç/q.
Bu kremi qoz əvəzinə fındıq, badam, yerfındığı ilə də hazırlamaq olar.
Yağı qatı xama konsistensiyasına qədər çalıb üzərinə qovrulub narın gözlüklü
süzgəcdən keçirilmiş qoz ləpəsi, şəkər kirşanı, vanilin əlavə edib eyni cinsli kütlə
alınanadək qarışdırmalıdır.
Meyvə və giləmeyvə püresi ilə yağlı krem.
Kərə yağı-100q, meyvə və giləmeyvə püresi (çiy mürəbbə)-4 x/q.
Ev şəraitində qara qarağat, çiyələk, moruq, çay tikanı, albalı, zoğal, feyxoa və
digər meyvə və giləmeyvələrdən püre (çiy mürəbbə hazırlanır) hazırlanır.
Həmin
püreləri xırda gözlükləri olan ələkdən və ya 1 qat tənzifdən keçirib eynicinsli kütlə
(püre) əldə etmək mümkündür. Həmin püredən qatılaşdırılmış
südü əvəz etməklə
yağlı krem əldə etmək olar. Bu zaman hazır kremi
əlavə olaraq ətirləndirmək
lazımdır. Kremin hazırlanması qatılaşdırılmış südlə yağlı kremdə olduğu kimidir.
Dostları ilə paylaş: