2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2


Qidalanmada sousların rolu və əhəmiyyəti



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   62
a-m-hsull.-tex

1. Qidalanmada sousların rolu və əhəmiyyəti. 
Souslar geniş xörək çeşidinin tərkib hissəsini təşkil edir. Bunlarda xeyli 
miqdar cürbəcür tamlı, aromatik və boya maddələri mövcuddur. Souslar xörəyi 
təmini və zahiri görünüşünü yaxşılaşdırır, habelə xörəyə təravət verir. Tərkibində 
kərə yağı, xama və yumurta olan souslar kulinar məmulatının kaloriyasını xeyli 
artırır. 
Sousların aromatik maddələri mədə şirəsini gücləndirir və beləliklə də xörəyin 
insan orqanizmində həzmə getməsinə kömək edir. Xörəklərin bişirilməsində 
sousların əhəmiyyəti böyükdür, souslar əsas məhsulun yaxud qarnirin üzərinə 
tökülür, şorbalar və qarnirlərə vurulur və yaxud da ayrıca qabda (sousnikdə) 
xörəyin yanına qoyulur. 
Souslar iki böyük yarımqrupa bölünür: isti sous və soyuq souslar. 
Sousun maye hissəsi əsas hissə sayılır və bulyondan, tərəvəz həlimimdən, 
süddən, xamadan, yağdan (heyvanat yağı və yaxud bitki yağı) və sirkədən ibarət 
olur. Bir çox sousun tərkibinə yağda qovrulmuş buğda unu daxil edilir, lakin unlu 


11
souslardan yalnız isti halda istifadə olunur. Bu souslar dibi qalın qazanda və qısa 
qazanda hazırlanır. 
Bütün souslar aşağıdakı qruplara bölünür: 
1) bulyonun (ət bulyonu, balıq bulyonu, göbələk bulyonu) souslar; 
2) südlü və xamalı souslar; 
3) kərə yağında hazırlanmış souslar; 
4) bitki yağında hazırlanmış souslar; 
5) sirkəli souslar. 
“Cənub” sousu, tünd tomat sousu, sousu, narşərab (nar şirəsi) sousu və 
mayonez sousu yeyinti sənayesi tərəfindən istehsal edilib hazır şəkildə ictimai iaşə 
müəssisələrinə verilir. 
“Cənub” sousu bir çox müxtəlif xörək və souslar hazırlanan zaman tətbiq 
edilir. 
Tünd tomat sousundan müxtəlif ət xörəkləri üçün istifadə olunur. 
Narşərab sousları ayrıca qabda şişlik, lüləkabab və digər milli xörəklərin 
yanına qoyulur və habelə bəzi xörəklər hazırlanan zaman tətbiq edilir. 
Mayonez sousundan müxtəlif soyuq xörəklər üçün istifadə olunur və həm də 
bu ayrıca sous qabında müxtəlif soyuq və isti xörəklərin yanında süfrəyə verilir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin