2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2


Souslar üçün yağda qovrulmuş tərəvəz və un hazırlanması



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
a-m-hsull.-tex

 
Souslar üçün yağda qovrulmuş tərəvəz və un hazırlanması. 
Tərəvəzin yağda qovrulması. Souslar üçün tərəvəz, şorbalar üçün olduğu 
kimi yağda qovrulur. 
Unun yağda qovrulması. Souslar üçün un ya yağda ya da yağsız (quru 
qovurma) qovrula bilər. Yağda qovrulanda buna ağ, qırmızı və soyuq qovurma 
deyilir. Bu məqsəd üçün ən aşağısı 1-ci sort buğda unu tətbiq edilir. 
Ağ və qırmızı qovurma üçün yağın miqdarına nisbətən 100-150% un 
götürülür. 
Quru qovurma. Burada ələnmiş buğda unu nazik (ən çox 2,5 sm) lay şəklində 
tavanın içinə tökülüb daim qarışdırmaq şərtilə qızdırıcı şkafda 150-160 dərəcə 
temperaturda qovrulur. 


12
Qırmızı souslar üçün un qızılı rəngə çalınca, ağ souslar üçün isə açıq sarıya 
çalınca qovrulur. 
Ağ qovurma. Bunu hazırlamaq üçün dibi qalın qısa qazana kərə yağı yaxud 
ərinmiş yağ qoyulub yüksək temperaturda qızdırılır sonra bunun içinə buğda unu 
töküb periodik qaydada qarışdırmaqla açıq sarı rəng kəsb edincə 120-130 dərəcə 
temperaturda qovrulur.
Ağ qovurmadan ağ və qırmızı souslar üçün istifadə edilir. Ağ qovurma 
bilavasitə bulyona qatılası zaman hazırlanır.
Qırmızı qovurma. Bu qovurma çox vaxt yağsız hazırlanır. Burada yağ tətbiq 
edilən hallarda tavanın içinə yağ (əksəriyyəti mal piyi) qoyulub 40-50 dərəcə 
temperatura qədər qızdırılır sonra üstünə ələnmiş buğda unu tökülüb plitənin 
üzərində yaxud qızdıcı şkafda qırışdırmaq şərtilə və qızılı rəngə çalana kimi 150-
160 dərəcə temperaturda qovrulur. 
Bu qovurma qırmızı souslar üçün tətbiq edilir. Bəzən ələnmiş çiy buğda unu 
kərə yağına qatılır. Buna təcrübədə soyuq qovurma deyilir. Soyuq qovurma tez və 
az miqdar sous hazırlamaq lazım gələn hallarda tətbiq edilir. Burada kərə yağının 
çəkisinə nisbətən 20-50% un tökülür. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin