3 journal of azerbaijani studies in search of 'khazar


Translated from the Azeri By Aygun Isayeva and Afgan A bdullayev



Yüklə 4,05 Mb.
səhifə42/44
tarix11.01.2022
ölçüsü4,05 Mb.
#110937
1   ...   36   37   38   39   40   41   42   43   44
Translated from the Azeri By Aygun Isayeva and Afgan A bdullayev

Xii lasə

"XƏZƏR" İN SORAĞINDA* Hamlet İSAXANLI

(Azərbaycan)
Xəzər Universitəsinin yaradılması inkişafı ilə bağlı gerçdklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmitniyyədə oxuculara çatdırmaq iddiasında-yam. Ümid edirəm ki, "Xəzər" in sorağında keçirdiyim günləri yenidən və sizinlə bərabər yaşayacağıq.
1. Yerlə göy arasında

Uzun illər dünyanın müxtəlif universitələri ilə yaxından tanışlıq və eləcə də öz ölkəm - Azərbaycanda elm və təhsilin vəziyyəti haqqında düşüncələr xəyalımda özəl bir surət - universitə surəti yaratmaqda idi. El-mi-tədqiqat ışİorim, konfranslarda iştirakımla yanaşı Moskva Dövlət Uni-versitəsi, Amerika Birləşmiş Ştatları, Kanada və Avropa universitələrindəki elm və təhsilin təşkili prinsiplərini də öyrənirdim.

Azərbaycan ali təhsil sistemində başlamış böhran 80-ci illərin ikinci yarısında daha da dərinləşməkdə idi. Təhsilin xarici və ölkədaxili vəziyyətinin müqayisəsi sanki yeni bir addımın atılmasını tələb edirdi.

1990-cı ilin yayında Şotlandiyada elmi konfransda iştirak edirdim. "Görəsən kiçik bir universitə yarada bilərəmmmi?" fıkri məni öz təsirindən çıxmağa qoymurdu.


2. Dərin quyu içində

Bakıda Maliyyə-İqtisad İnstitutunun Leninqrad fıliahnda riyaziyyat kafedrasının müdiri vəzifəsinə seçilmişdim. Müəyyən yeniliklər etməyə çalışsam da, islahatlar apanlmasına uyğun mühitin olmaması, daxili çəkişmələr, ölkədəki siyasi qanşıqlıq buna imkan vermirdi.


3. Bir yazının arxasınca

1990-cı ilin yayında fasiləsiz surətdə təhsil problemləri və yeni uni-versitə model ləri ətrafında düşünməkdə davam edirdim və bu barədə bir


' Jumalımızın bu sayında ingiliscə tam mətni çap olunan "Xəzər"in sorağında adlı yazının əsli "Xəzər Xəbəı" (Khazar View) qəzetində məqalələr seriyası kimi azərbaycanca çap olunmuşdur: 10-12,14/1996 və 19-21/1997.

102 Hamlet ISAXANL1 IN!

məqalə hazırladım. Məqalə qısaldılmış şəkildə "EaKHHCKHÜ paöoMHH" və "Kommunist" qəzetlərində uyğun olaraq rus və azərbaycan dillərində çap olundu. Çap olunmazdan əvvəl (məqalə redaksiyalarda uzun zaman saxlan-mışdı) bə'zi ziyalılar bu yazı ilə tanış olmuşdular.
4. "Elm və təhsil sistemi haqqında mülahizələr"

Redaksiyalann qısaltmalarını əlavə edərək "Elm və təhsil sistemi haqqında mülahizələr" məqaləsinin tam mətnini fəqdim edirəm.

1990-cı ilin yayında yazılmış bu məqalə bu günün gözü ilə baxanda sadə görünə bilər. Lakin unutmayaq ki, məqalənin əsas məqsədi oxuculann və ümid edirdim ki, dövlət adamlarının diqqətini təhsil və elmimizdə isla-hatlar aparmaq yoluna yönəltmək idi. Bu yazıda təhsil, elm və mədəniy-yətimizi bürüyən böhran təhlil edilir, mümkün çıxış yolları axtanlır, Qərb təhsil modellərinin bəzi xüsusiyyətləri yada salınır. Yeni tipli kiçik ali məktəblərin yaranmasının vacibliyi, onların mümkün inkişaf yolları araşdı-rılır.
5. Sarayın astanasında

Saleh Məmmədovun təklifı və vasitəçiliyi ilə "Elm və təhsil sistemi haqqında mülahizələr" adlı məqaləmin əlyazmasını Baş nazir Həsən Həsə-nova göndərdim. Onunla yalnız bir dəfə - dostum, menecment üzrə mü-təxəsşiş, azərbaycan əsilli Kanadalı Yaqub Şəfai ilə birlikdə - görüşmüş-düm.


6. Donuş

Baş nazir Həsən Həsənovla görüşdə təhsil sistemimiz haqqında maraqjı müzakirə apanldı. Mənim gözləmədiyim halda yeni ali məktəbin gerçək yaranması ideyası əsas məsələyə çevrildi.

Yeni tipli çevik proqramlar əsasında işləyəcək, tədrisin ingilis dilində apanlmasına çalışacaq, ödənişli əsasla özünə tələbə seçəcək ali məktəbin xüsusiyyətlərindən söhbət açıldı.
7. İşıq və kölgə

Baş nazirin yanında yaradılacaq ali məktəb haqqında, başlanğıc üçün orada hansı ixtisasların olacağı və Nazirlər Soveti nəzdindəki Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun binasmdan istifadə etmək barədə söhbət getdi. "Bina və pul asan məsələ deyil" deyə Baş nazir ali məktəbin qurulmasında ağırlığın mənim üzərimə düşəcəyinə açıq işarə etdi.



8. Üçqat sədd... və hazırlıq sərəncamı

Yaradılması planlaşdırılan yeni ali məktəbin - İngilisdilli Azərbaycan Universitəsinin yerləşməsi və idarə olunmasmda Nazirlər Soveti nəzdində-ki Xalq Təsərrüfatını İdarəetmə İnstitutu və Təhsil Nazirliyi önə çəkildi. Bu və digər məsələlərə aid çoxtərəfli görüşlər keçirildi. 1990-cı il dekabnn 20-də "İngilisdilli Azərbaycan Universitəsinin yaradılmasına hazırlıq işləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı imzalandı.


9. Nizamnamə və yeni görüşlər

ingilisdilli Azərbaycan Universitəsinin nizamnaməsinə yeni, qeyri-standart maddələr daxil edilməsinə çalışdım. Ölkədə siyasi vəziyyət daya-nıqlı deyildi və bu işlərimizə tə'sir edirdi.


10. Bəzi iç işlər

Nizamnamə və digər məsələlər ətraftnda görüşlər keçirirdik. İşə aidiyyəti olan adamlar arasında, təəssüf ki. bə'zi narazılıqlar da baş verirdi.


11. Tarixə daxil olan imza

Siyasi durumun gərginləşdiyi bir zamanda "Azərbaycan Respublikası Nazirlər Kabineti "ingilisdilli Azərbaycan Universitəsi yaradılması haqqın-da" qərar verdi. 18 mart 1991-ci ildə 41 saylı bu Qərar tezliklə "Xəzər" ad-lanacaq ali məktəbə həyata qədəm qoyma izni verdi.


12. Kommunist partiyası və... rektorluq oyunu

Kommunist partiyası sıralarını tərk etdiyim üçün (1990-cı il 20 yanvar günü Sovet Ordusunun Bakıda törətdiyi vəhşiliklə əlaqədar) məsələlər mürəkkəbləşmişdi. O cümlədən, ingilisdilli Azərbaycan Universitəsinə nə şəkildə rəhbərlik edəcəyim barədə müxtəlif süni variantlar meydana çıx-raışdı.


13. Könüllülər

Universitəmizdə işləmək arzusunda olan ilk mütəxəssislərlə müzaki-rələr aparır, hazırlıq işləri görürdük.


14. Hava tutulub açılır...

Universitəmiz ilə maraqlananlann sayı artır, bəzən də qısqanclıq hiss-ləri baş qaldırırdı.




104

Hamlet ISAXANLI


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin