3 journal of azerbaijani studies in search of 'khazar


Zəlzələ Televiziya və mətbuatda gedən materiallar universitəmizə marağı J



Yüklə 4,05 Mb.
səhifə43/44
tarix11.01.2022
ölçüsü4,05 Mb.
#110937
1   ...   36   37   38   39   40   41   42   43   44
15. Zəlzələ

Televiziya və mətbuatda gedən materiallar universitəmizə marağı J artınr, bəzi vəzifə sahiblərində isə qısqanclığı və "haqq-hesab çürütmək" 1 fikrini gücləndirirdi. Xalq Təhsili Nazirliyinin "geri çəkilməsi" haqqında ] söz gəzirdi. İyun ayının 14-də (1991) həmin nazirliyin hazırladığı akt və göndərdiyi nümayəndə heyəti əslində universitənin məhvinə yönəlmişdi. Göz açmaqda olan körpəni yerindəcə məhv etmək əmri gəlmişdi. "Əlvida, xəyalda qurulan universitə". Lakin mən həmin akta qol çəkmədim. Qarışıq fıkir, xəyal və düşüncələrimi dəniz kənarında ipə-sapa düzüb evə döndüm.


16. Üsyan

Akta qol çəkməmək kifayət deyildi. "Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi və Respublika Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun birgə 18 aprel 1991-ci il tarixli 261/25 N°-li əmrinin həyata keçirilməsi haqqında məlumat və bu əmrin həyata keçirilməsi haqqında 14 iyun 1991-ci ildə tərtib olunmuş akta əlavə" adlı əsaslandınlmış sənəd hazırladım. Universitəmizə yönəlmiş aktın əsassız olduğunu sübut etməyə çalışdım. Hər halda mən sərrast bir atəş açmışdım və hər cür cavab gözlənilə bilərdi, o cümlədən toplardan yaylım atəşi də.


17. "Şıltaq adatnın yumşaldılması" və ya "biz yenə yaşadıq torpaq
üstündə"

Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun elmi şurasında müzakirənin bizim xeyrimizə olması və "dövlət aktına" qarşı çıxdığıma görə Baş nazirin yanmda kəskin söhbət getdi. Nəticədə universitənin hazırhq şöbəsinə tələbələr götümıəklə fəaliyyətə başlamağımız tövsiyə edildi. Təbii inkişaf yQİunu bağlasalar da, müəyyən cığırla irəliləmək imkanı tə'min olunmuşdu. Özümü nə qalib, nə də məğlub hesab edirdim. Nə olursa olsun, "biz yenə yaşadıq torpaq üstündə".



18. Türkiyə səfərlərim və ilk hazırlıq tələbələrimiz

Hazırlıq şöbəmizdə dörd istiqamət üzrə 19 tələbə təhsil almağa başladı. Türkiyə ilə, Türkiyə universitələri ilə əlaqəni genişləndirməyə ça-hşdım. Universitənin ilk addımlarının atılmasında fıkir mübadiləsini güc-ləndirmək və kollegial idarəetməni inkişaf etdirmək üçün elmi-inzibati şura yaratdım. Mərmərə universitəsinin rektoru Orxan Oğuz qonağımız oldu və onunla birlikdə Türkiyəyə yola düşdük.




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin