3. Kommersiya banklarının yaradılma qaydası



Yüklə 19,51 Kb.
tarix10.01.2022
ölçüsü19,51 Kb.
#109421

Hazırladı: Yunus Kazımov (AƏSMA)

3. Kommersiya banklarının yaradılma qaydası
Kommersiya bankı konkret fıziki ve hüquqi şoxslerdən vəsaitlərin qaytarmaq və ödemek şerti ile eelb edilmesi və yerləşdirilmesi üçün yaradılmış, hemçinin diger çoxlu bank əməliyyatlanm həyata keçiren universal kredit teşkilatıdır, Müxtəlif ölkələrin bank qanunlarında «bank» v© «krcdit təşkilatı» anlayışlan öz izahlarını hemin ölkəlerdeki bank sistemindən və ölkənin iqtisadi ve hüquqi quruluşunun özünə- məxsus xüsusiyyətlərindən asılı olaraq tapmışdır,j«Az0rbaycan Respublikasmda banklar ve bank fealiyyeti haqqında» Qanunun 1-ci maddəsində bu anlayışlann izahı verilmişdir:

kredit təşkilatı - öz fealiyyətinin esas meqsədi kimı mənfəət götürmək üçün Milli Bankın lisenziyası (xüsusi icazəsi) əsasmda bu qanunda nəzərde tutulmuş bank emeliyyatlarım aparmaq hüququna malik olan hüquqi şəxsdir;

bank - fiziki ve hüquqi şəxslerin pul vesaitini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik ve faizle geri qaytarmaq şərti ilə öz admdan və öz hesabma yerləşdirmək, fıziki və hüquqi şəxslərin hesablannı açmaq və aparmaq əməliyyatlannın məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır.

Bankların təsisçisi kimi müxtəlif firmalar, banklar, şirketler, ayn-ayn fiziki şəxslər, eyni zamanda ölkənin daimi sakinleri və xarici vətəndaşlar da iştirak ede biler.

Kommersiya banklanmn fəaliyyəti ikili seciyye daşıyır. Onlar kommersiya təşkilatı olmaqla yanaşı, hem de cemiyyetin ictimai təsisatlan kimi çıxış edir. Kommersiya təşkilatı kimi onlar maksimal menfəət əlde etmek istiqametinde fealiyyet göstərir. İctimai təsisat kimi onlar maliyye infrastrukturunun əsas qanadı kimi çıxış edir, büdcə sistemi ile yanaşı ölkənin sabit iqtisadi inkişafının təmin edilməsine ve əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmet edir.

Kommersiya banklarının fəaliyyətinin bu iki cəhəti qarşılıqlı vəhdət təşkil edir və daimi olaraq dövlətin və cəmiyyətın nəzarətindədır. Azərbaycan hökuroətı və Milli Bank bankların yaradılnaasımn və fəalıyyət göstərməsinin əsas qaydalarını nizamlayır. Hökumət bankların yaradılması qaydalarını tənzimləməklə yanaşı. nizamlayıcı normativlər sistemindən istifadə edərək onların fəaliyyətinə nəzarət edir.

Azərbaycan Respublikasının mövcud qanunlarının tələbiərinə əsasən kommersiya bankları hüquqi şəxs statusu alaraq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Kommersıya bankları bununla əlaqədar olaraq təsdiqedici sənədlər toplusunu hazırlamalı, bu sənədlər Milli Bankın aidiyyəti departamentləri tərəfindən yoxlanılmalı, qanunvericiliyin tələblərinə uyğunlaşdırlılmalıdır. Sənədlər toplusu «Hüquqı şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respub1ikasının Qanununa uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim edifir.

Kommersiya bankı dövlət qeydiyyatmdan keçərək hüquqi şəxs statusu aİdıqdan sonra bank lisenzivası (bank əməliyyat- lannı aparmaq üçün xüsusı icazə) almaq üçün Milli Banka yazıli vəsatət verilir.

14 ıyun 1996-cı ildə təsdiq edilmiş «Azərbaycan Respublikasmda banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci fəslinin 7-ci maddəsinə əsasən bank lisenziyası almaq üçün Kommersiva bankı Milli Banka aşağıdakı sənədləri və məlumatlan təqdim edir:

- Dövlət qeydiyyatı haqqmda şəhadətnamənin surati;

- Təsis sənədiəri (təsis müqaviləsi. nizamnamənin qəbul olunması, nəzarət və idaraetmə orqanlan rahbərlərinin təyin edilməsi haqqmda protokoi (bir təsisçi tərafindən yaradılan banklar istisna olmaqla), qeydiyyat orqamnda təsdiq olunmuş nizamnamə, xarici bankm filiah üçün əsasnamə);

- Hüquqi şəxs oian təsisçilərin son il üçün maliyye vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zerer barədə hesabatı və buna dair auditor rəyi;

- Təsisçilərin təklif etdiyi rəhbərlərin və baş mühasibin peşə yararlığı və məhkum olunub-olunmadıqlan barədə məlumat, həmin şəxslər tərəfindən doldurulmuş anket. Yeni yaranan kommersiya banklan yuxanda qeyd olunan sənədləri bank lisenziyası almaq üçün Milli Banka təqdim edir. Qanunvericiliyə əsasən Milli Bank bu məsələyə 30 gün müddətində baxmalıdır. Bunun üçün Milli Bankın departamentləri sənədlərin ilkin ekspertizasım keçirir və onun nəticələri barəsində 3 gün müddətində vasatətçiyə (Kommersiya bankına) məlumat verir. Sənədlər tələblərə uyğun oiduqda, Milli Bank yeni kredit təşkiiatı üçün müxbir hesabı açır və həmin dövr üçün müəyyən ediimiş minimal nizamnamə kapitaiının ödənilməsini tələb edir. Tələb oiunan minimai nizamnamə kapitalmm tam məbiəğdə ödəniiməsi haqda sənədlər kredit təşkiiatı tərəfindən təqdim edildikdən sonra Milli Bank 3 gün müddətində kredit təşkilatma bank k əməliyyatiannm apanlması üçün lisenziya verilməsi haqqında H qərar qəbul edir.

Milli Bank tərəfindən yeni kredit təşkilatına bank lisenziyası qeyri-müəyyən müddətə verilir. Lisenziya verilərkən, onun veriiməsi haqqında qərannda Milii Bank kredit təşkiiatma əsasiandınlmış şərtlər və məhdudiyyətlər qoya bilər. Belə şərt və məhdudiyyətlər lisenziya verildikdən sonra kredit təşkilatına yalmz o vaxt aid edilə bilər ki, kredit təşkilatı «Azərbaycan Respublikasmda banklar və bank fəaliyyəti haqqında» Qanuna və ya Milli Bankın hər hansı normativ sənədinə əməl etməmiş olsun. Qeyd olunan bu müddəaiar adı çəkilən Qanunun 2-ci fəsiinin 12 maddəsində öz əksini tapmışdır.

Kredit təşkilatı bank iisenziyası aldıqdan sonra bank statusu alır, bank sisteminə daxil olur və fəaliyyətə başlayır.

Milli Bank qeydiyyatdan keçirdiyi bütün kredit təşkilatlannı, ümumi yoxlama və kütləvi məlumat aimaq üçün lisenziyalann və icazələrin merkəzi reyestrinə əlavə edir. Bu reyestrə kredit təşkilatlannm, onlann filialiannm adlan, ünvanlan, iisenziya və icazələrin qeydiyyat nömrələri və tarixi yazılır.

Kredit təşkilatları adı qeyd olunan Qanunun 10-cu maddəsinə əsasən respublika ərazisində və xaricində Milli Bankm icazəsi ilə öz filiallarını, Milli Banka xəber vermeklə isə nümayəndəliklərini aça bilər. Filial və nümayəndelikler kredit təşkilatının təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaiiyyet göstərirlər. Onlarm daxili quruluşu kredit təşkilatı terəfınden müəyyənləşdirilir, rəhbərləri isə təyin edilir ve müvafıq qaydada verilmiş etibamamə əsasında fəaliyyət göstərirlər.

Adı çəkilən Qanunun 19-cu maddəsinə esasən kredit təşkilatı yenidən təşkil edilə bilər. Bunun üçün Milli Bankın icazəsi lazımdır. Yeni yaranan kredit təşkiiatı1 müvafıq qaydada bank lisenziyası almalıdır. Lisenziyası geri götürülmüş kredit təşkilatı Milli Bankm icazəsi ilə digər bankla birləşə bilər və ya onun filialma çevrilə bilər.

Kredit təşkilatlan fəaliyyətlərini Nizamnamə əsasında qururlar. Nizamnamə dövlət qeydiyyat orqam olan Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Ona dəyişiklikler etmək zərurəti yarandıqda bütün dəyişikliklər dövlet qeydiyyat orqanmıda qeyd olunmalıdır. Həmçinin kredit təşkilatı bu barədə 5 gün müddətində Milli Banka məlumat verməlidir. Kredit təşkilatlarının nizamnaməsi, digər hüquqi sənədləri, icra orqanlannm rəhbərləri haqqmda məlumat, habelə onlann imza nümunələri Milli Bankda saxlanılır.

Kredit təşkilatlan bank lisenziyası almaq üçün yuxanda göstərilən sənədlərdən başqa, onlann etibarlığım qiymətlən- dirməyə və likvidliyini qorumağa imkan yaradan bəzi tələbləri özündə əks etdirən aşağıdakı sənədləri hazırlamalıdır:

- Hər bir təsisçinin tam hüquqi xarakteristikasmı əks etdirən təsis müqaviləsi;

- Əsasmda təsisçilərin maliyyə vəziyyətinin müəyyən edilməsi mümkün olan son 2-3 il üçün tərtib olunmuş balanslar və digər hesabat sənədleri;

- Bankın rəhbər tərkibi haqqında məlumat. Rəhbər ali təhsilə malik olmalı, bank sistemində uyğun vəzifədə üç ildən az olmayaraq təcrübəye və yüksek imicə malik olmalıdır;

Yeni Kommersiya bankınm yaradılmasınm məqsədeuyğunluğu və vacibliyini, səməreliliyini təsdiq edən iqtisadi əsaslandırmam əks etdirən hesabat sənədi. Bu sənəddə müştərileri celb ctmək imkanlan, kredit- hesablanma xidmetinə cəlb olunacaq müştərilerin tərkibi, kredit qoyulaşlannın quruluşu, gözlenilen, əldo oluna biiəcək mənfeət öz əksini tapmalıdır. Bununla yanaşı bankın fəaliyyətinin ilk ili üçün gözlənilən hesabat balansı tertib olunmaiıdır.

Mövcud qanunvcriciliye göre Azərbaycan Respublikasmın ərazisində kredit təşkilatını siyasi partiyalar, ictimai fondlar (o cümlədən xeyriyyə cemiyyetleri) istisna edilməklə, bir və ya bir neçə hüquqi ve ya fıziki şəxs qanunvericilikdə nezərdə tutulan bütün təşkilati-hüquqi formalarda yarada bilərlər.

Bundan əlavə olaraq, Azerbaycan Respublikasınm ərazisində xarici kapitaiın iştirakı ilə bankların yaradılmasına icazə verilir. Ölkə ərazisində açılan xarici bankların flliaiları, bütövlükdə xarici investisiyalı və hemçinin birgə, müştərək kredit təşkilatları bank lisenziyası almaq üçün Milli Banka miili kredit təşkilatian üçün müəyyenləşmiş sənədlərdən əlavə olaraq aşağıdakı sənədləri təqdim ediriər:

Xarici hüquqi şəxslər tərəfindən; Azərbaycan Respublikasının ərazisində kredit təşkilatı yaratması və ya filial açması haqqında xarici hüquqi şəxsin müvafiq orqamnın qəran; nizamnamə və ya hüquqi şəxsin statusunu təsdiq edən başqa sənəd, onun son üç ilə aid dərc olunmuş balansian; Azərbaycan Respubiikasınm ərazisində kredit təşkiiatı yaratması və ya filial açması üçün xarici təsisçinin yerləşdiyi ölkənin müvafiq dövlət orqanınm yazılı razılığı (həmin dövlotin qanunvericiliyində bu cür razıiığm almması nəzərdə tutulursa).

Xarici fiziki şəxsler tərəfındən; «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun oiaraq fıziki şəxslərdən təiəb edilən sənədlər.

Qanunvericiiiyə əsasən Milli Bank respublikanın bank sistemində xarici kapitalın iştirak iimitini müeyyən edir. Hai - hazırda bu limit iimıımi knpitalın 30%-i həcmindədir. Bu limitə çatdıqda, yaxud müvafıq xarici dövlətdə Azərbaycan Respub- ikasmın kredit təşkiiatı üçün məhdudiyyət qoyulduqda Milli Bank xarici kapitalın iştirak etdiyi kredit təşkilatlanna və xarici bank fiiiallanna bank lisenziyalarmm verilməsini dayandınr. Xarici kapitalın ıştirakı ile yaradılan bank Milli Bank sisteminə daxil olduğuna görə həmin kredit təşkilatmda və onun füiahnda müdir və ya müavinlərden biri Azərbaycan Respublikasının vətəndaşı olmalı və bütün rehbərliyin terkibi Milli Bankla razılaşdınlmalıdır.

Azərbaycan Respublikasının Milli Bankı xarici investisiyalı kredit təşkilatlarına, xarici bank fıliallanna mecburi normativler və hesabatlann təqdim edilməsinin müddet ve formalanm müəyyənleşdire biler. Bununla yanaşı rehberliyin terkibi, apanlan bank əməliyyatlan ve s. əlave telebler irəli süre biler.

Xarici banklar fıliallar yaratmaq, onların vasitesi ile fealiyyet göstərmək üçün Milli Bankdan müvafıq qaydada lisenziya almalıdrlar. Azərbaycanın Milli Bankı, xarici bankın qeydə alındığı ölkəde ona verilmiş lisenziyada nezərde tutulmayan bank əməliyyatlannm aparılmasına, nə özünə, nə də fıliallanna icazə vermir.

Bəs hansı hallarda Milli Bank kredit təşkilatına lisenziya verməkdən imtina edə bilər. «Azərbaycan Respubiikasında banklar və bank fəaliyyəti haqqında» Qanunun 9-cu maddeində əsasən iisenziya verilməsindən imtina aşağıdakı hallarda mümkündür:

- İdarə heyətinin sedri, onun müavinleri ve baş mühasib onlann qarşısmda qoyulan ixtisas tələblərinə uyğun olmadıqda. Uyğunsuzluq dedikdə aşağıdakılar başa düşülür; qeyd olunan şəxslərin ali iqtisadi və hüquqi təhsilinin ve bank emeliyyat- annm apanlması ilə əlaqədar kredit təşkiiatının bölməsinə rəhbərlik təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq belə bölməyə rəhbərlik sahəsində azı iki illik tecrübəsinin olmaması; mülkiyyətə qarşı cinayətlər, təserrüfat və vezifə cinayətləri törədilməsinə görə məhkumluğun olması; son iki ildə pul və ya əmtəə sərvətlərinə xidmətiə əiaqədar təqsirli hərəkətlərinə görə (etimadın itirilməsi hallarında) gösterilen şexslerlə əmək müqaviləsinin müdiriyyətin teşebbüsü ilə pozulması faktlannın olması;

- təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaetbexş olduqda;



- kredit təşkilatlarmın lisenziya almaq üçün təqdim etdiyi sənədlər adı çəkilən Qanunun və Milli Bankın normativ aktlarının tələblərinə uyğun olmadıqda.

Qeyd olunan hallar mövcud olarsa lisenziya verilməsindən imtina edilməsi barədə qərar rəsmiləşdirilir və yazılı şəkildə vəsatətçiyə nt kredit təşkilatma verilir.
Yüklə 19,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin