3.1.Metalların dartılmaya sınanılması
Metalların dartılmaya sınanılması möhkəmlik, elastiklik və plastiklik kimi vacib mexaniki xassələri təyin etməyə imkan vеrir.
Möhkəmlik - yükün təsiri altında metalların dağılmaya qarşı müqavimətlik qabiliyyətidir.
Elastikilik - yükün təsiri götürüldükdən sonra metalların öz ilkin forma və ölçülərini bərpa etmə qabiliyyətidir.
Plastiklik - metalların dağılmadan yeni forma və ölçü əldə etmə qabiliyyətidir. Plastikliyin əksi olan xassəyə kövrəklik deyilir.
Məlumdur ki, metallik çubuğa tətbiq olunan yük onda dartıcı gərginlik yaradır. Gərginlik - yükün (qüvvənin) təsir etdiyi sahəyə nisbəti olub, MPa ilə ölçülür:
burada - gərginlik, Mpa; P - yük, kq; FQ - nümunənin en kəsiyinin sahəsidir, mm2.
Metalların möhkəmliyini və elastikliyini gərginlik həddinin qiyməti ilə müqayisə edirlər.
Nümunəni sındıran ən böyük qüvvəyə (yükə) uyğуn gərginliyə materialın müvəqqəti müqaviməti və yaxud möhkəmlik həddi deyilir:
(1)
burada Pmax - maksimal yükdür, kq; FГ - nümunənin ilkin en kəsiyinin sahəsidir, mm2.
Möhkəmlik həddi - vacib xüsusiyyətdir. Əgər konstruksiyadakı, məmulatdakı və ya alətdəki gərginlik möhkəmlik həddini aşarsa, onda dağılma baş verəcək.
Materialın elastikliyi, qalıq deformasiya yaratmayan ən böyük yüкün ilkin en kəsiyin sahəsinə olan nisbəti ilə təyin edilən elastiklik həddi ilə müəyyən edilir:
(2)
burada Pel - qalıq deformasiya yaratmayan, ən böyük yükdür.
Əgər detallardakı gərginlik elastiklik həddini aşarsa, onda onların forma və ölçüləri dəyişəcək, bu da qəzanın yaranmasına səbəb olacaq.
Metalların plastikliyini xarakterizə etmək üçün nisbi uzanma () və nisbi daralmadan () istifadə edirlər. Nisbi uzanma (faizlərlə) aşağıdaki düsturla təyin edilir:
, (3)
burada l0 - ilkin uzunluqdur, mm; l1 - nümunənin qırılmadan sonrakı uzunluğudur, mm.
Dostları ilə paylaş: |