3. Metalların mexaniki xass



Yüklə 1,1 Mb.
səhifə3/5
tarix05.10.2022
ölçüsü1,1 Mb.
#118116
1   2   3   4   5
Muh 3

Nisbi daralma (faizlərlə) aşağıdakı düstur ilə təyin edilir:


(4)

burada F0 - nümunənin ilkin en kəsiyinin sahəsidir, mm2; F1 - qırılmış nümunənin qırılma yerindəki en kəsiyinin sahəsidir, mm2.


Şərti olaraq metal o zaman etibarlı sayılır ki, >15, > 45% olsun.
Nisbi uzanmanın və nisbi daralmanın qiyməti nə qədər yüksək olarsa, metal bir o qədər plastik olar. Kövrək metallarda bu göstəricilər sıfıra yaxın­dır. Metallar üçün kövrəklik mənfi, plastiklik isə müsbət xassədir.
Metalların dartılmaya sınanılması, nümunələrə statik, yəni sabit və ya tədricən artan qüvvə ilə təsir edə bilən univеrsal qırıcı maşınlarda aparılır.
Statik sınaqda en kəsiyi dairəvi və düzbucaqlı olan nümunələr tətbiq olunur. Sınaqların dəqiqliyi nümunələrin formasından və hazırlanma üsulundan asılıdır.
Adətən dartılmaya sınağı aşağıdakı ardıcıllıqla yerinə yetirirlər. Sınaq nümunəsinin üzərinə hesabı uzunluğu məhdudlaşdıran iki nöqtə qeyd edilir. Nümunənin qalınlığıны, enini və ya diametrini, hesabi uzunluğunu xətkeşin və ştangenpərgаrыn və ya mikrometrin köməyi ilə ölçərək qeyd edilir. Qırıcı maşının tutqaclarından nümunə bərkidilərək yük веrilir.
Qırıcı maşının şkalasından nümunənin qırılmasınadək tətbiq olunan ən yüksək yükün Pмах qiyməti təyin edilir.
Nümunənin ilkin en kəsiyinin sahəsini bilərək (1) düsturuna əsasən möhkəmlik həddi hesablanılır.
Plastikliyi təyin etmək üçün, nümunə qırıldıqdan sonra hər iki hissəni birləşdirərək xətkeşin və ya ştangenpərgаrыn vasitəsi ilə hesabi uzunluq və (3) düsturunun köməyi ilə nisbi uzanma () təyin edilir.
Nisbi daralmaны () təyin etmək üçün nümunənin qırılmış hissəsində ştangenpərgаrlа və ya mikrometrlə diametri, eni və ya qalınlığı ölçürlər. Bun­dan sonra qınlmadan əввəlki en kəsik sahəsini Fo və qırılmadan sonrakı en kəsik sahəsini, Fı hesablayaraq (4) düstuрı ilə nisbi daralmanı müəyyən edirlər.
Təcrübədə adətən plastikliyi nisbi uzanmaya görə müəyyən edirlər.
Kövrək metalları (çuqun, tablandırılmış polad və s.) həm dartılmaya həm də əyilməyə sınayırlar.
Metalların dartılmaya sınanmasının dəqiqliyini təmin etmək üçün, sınaqlar dartılma diaqramını millimetrlik kağız üzərində özüyazan qırıcı ma­şın­lar­da aparılır. Bunlar nümunənin uzanmasının dartıcı yükün qiymətindən asılılığını göstərir.
Diaqramdan (şəkil 2) göründüyü kimi, öncə tətbiq olunmuş yükə uyğun nümunədə uzanma baş веrir (OA kəsiyi). A nöqtəsi mütənasiblik həddinin (Pp) və elastiklik həddinin (P) yükünə uyğundur. Yükün sonrakı artımı mütənasiblik qanununu pozur və diaqramda əyri xətli sahə alınır, yəni qalıq deformasiyası yaranır.



Şəkil 2. Dartılma diaqrammı:
a - plastik metalların; b - kövrək metalların

Diaqramdakı üfцqi sahə, nümunənin yük artmadan uzandığını - axdığını göstərir (şəkil 2, a-da BC kəsiyi).


Yükü azacıq artırdıqda nümunənin deformasiyasına səbəb olan ən kiçik gərginliyə axıcıq həddi deyilir.



Axıcılıq həddi yalnız azlegirli poladlar, bürunc və tuncun bəzi markaları üçün səciyyəvidir. Digər metal və ərintilər axıcılıq həddinə malik deyillər. Belə, metal və ərintilər üçün şərti axıcılıq həddi ( ) təyin edilir.


- elə gərginlikdir ki, bu gərginlikdə nümunədə qalıq uzanmanın qiyməti onun ilkin (hesabi) uzunluğunun 0,2%-nə bərabər olur:



və qiymətləri materialların möhkəmliyinin əsas göstəricisidir. Əgər detallarda gərginlik və qiymətini əldə etmişsə, onda yükün kənar edilməsindən sonra belə detal öz forma və ölçüsünü bərpa etməyəcəkdir.
Pах yükündən yuxarıda nümunənin uzunluğu intensiv artır (şəkil 2,a-da CD kəsiyi). D-nöqtəsi maksimum yükə uyğundur - Pmax. Plastik metallarda Pmax yükündən sonra «boyuncuq» əmələ gəlir, bu da nümunənin en kəsiyini kiçildir. Bununla əlaqədar olaraq təsir edən qüvvənin qiyməti azalır, bu azalma Pk qiymətinə çatanda nümunə qırılır.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin