3. Metalların mexaniki xass


Metalların bərkliyinin təyini



Yüklə 1,1 Mb.
səhifə4/5
tarix05.10.2022
ölçüsü1,1 Mb.
#118116
1   2   3   4   5
Muh 3

3.2. Metalların bərkliyinin təyini


Bərklik metalın səth qatlarına (içərisinə) ondan bərk olan başqa bir cismin basılmasına göstərdiyi müqavimət göstərmək qabiliyyətidir.
Hazırda metalların bərkliyinin təyin edilməsinin müxtəlif üsulları mövcuddur. Statik yükün təsiri ilə xüsusi ucluqlarla (kürə, konus və ya piramida) metalın səthinə basma metodları daha geniş yayılmışdır. Bu metodlar adətən müəlliflərin adı ilə (Brinel, Rokvell və Vikkers) adlandırılır.
Bərklik həmçinin elastik sıçrama (Şor metodu) və zərbə ilə daxilolma (Poldi metodu) metodları ilə də təyin edilir.
Bərkliyin təqribi təyini cızma (zubil, kəsici alətlər və s.) üsulu ilə də mümkündür. Bərkliyin qiyməti, cızan alətin buraxdığı izin dərinliyi ilə müəyyən edilir. İzin dərinliyi nə qədər böyükdürsə, bərklik bir o qədər kiçikdir və ya əksinə.
Bərkliyin sınanılması az vaxt aparır və mürəkkəb nümunələr tələb etmir. Bundan başqa, bərklik və möhkəmlik arasında müəyyən əlaqə olduğundan bəzi hallarda bərkliyi təyin etməklə, digər mexaniki xassələri də müəyyən etmək olur.
Konstruksiyalarının, alətlərin və detalların hazırlanması üçün metallar bərkliklərindən asılı olaraq seçilirlər. Metalların mexanik emalı bərkliklərin­dən asılıdır. Onların bərkliyi nə qədər yüksəkdirsə emal olunmaları da bir o qədər çətindir.
Brinel üsulunda diametri D-yə bərabər olan tablandırılmış polad kürə P - qüvvəsinin təsiri altında sınanılan cismə basılır. Nəticədə sınanılan metalın səthində diametri d- bərabər kürə seqmenti alınır.
Brinel üsulunda ucluq- kürənin diametri sınanılacaq metalın qalınlığından asılı olaraq 2,5; 5 və ya 10 mm götürülür. Кürənin diametri, yük və sınаq müddəti xüsusi cədvəldən götürülür.
Zərbə özlülüyü (dinamik möhkəmlik) - metalların dinamik zərbələrə qarşı müqavimətlilik qabiliyyətidir.
Konstruksiyalar, alətlər və bir çox maşının hissələri istismar zamanı zərbəli yüklərə məruz qalırlar. Buna görə də onların hazırlanması zamanı bu vacib xassə nəzərə alınmalıdır.
Dinamik (zərbə) yüklərin təsirindən dağılan metallar, kövrək metallardır. Bunlar zərbəli yüklərin təsiri şəraitində istismar üçün yararlı deyildirlər.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin