3. Müəllim səhnəsi Elektron avtomatlar haqqında



Yüklə 40,99 Kb.
tarix20.01.2017
ölçüsü40,99 Kb.
#770
1.Himn

2.Aparıcı

3.Müəllim səhnəsi

4.Elektron avtomatlar haqqında

5.Labaratoriyada

6.ENİAC haqqında

7.Keçmişdə

8.Lütfi Zadə haqqında

9.İndiki zamana qayıdış

10.Wi-fi lı lampalar haqqında

11.Gələcəkdə

12.Komputer haqqında maraqlı məlumatlar

13.İndiki zamana qayıdış

14.Azərbaycan haqqında mahnı

2.Aparıcı səhnədəkilərlə salamlaşır,səhnəcik başlayır.

3.Müəllim sinifə daxil olur,uşaqlarla salamlaşır və dərsə başlayır.əvvəlcə uşaqlarla informatika haqqında sual cavab edir.sonra yeni dərsi izah edir.dərsdən sonra onları labaratoriyaya aparıb,orada bir alimlə və onun ixtiralarıyla tanış edəcəyini deyir.

4.İki aparıcı elektron avtomatika haqqında danışırlar

5.Uşaqlar toplaşıb müəlliməni gözləyirlər.Müəllimə gəlir.uşaqlarla birlikdə labaratoriyaya gedirlər.Labaratoriyada alimin asistantı gəlib,uşaqlarla görüşüb labaratoriyada olan cihazlar haqqında məlumat verir.Və dərsi burda davam edirlər.Uşaqlarsa orada üstüörtülü iri bir nəisə gördülər və onun nə olduğunu maraqla soruşdular.

Şagird: Müəllimə bu nədir belə?Bizə çox maraqlıdır.Bunun nə olduğunu bizə deyə bilərsiniz?

Asistent: Bu professorun yeni ixtirasıdır.siz hələbelə bir şey görməmisiniz.Darıxmayın,indi professor özü bu haqda sizə məlumat verəcək.

Elə bu an alim gəlir.Uşaqlar alimlə salamlaşdılar.

Müəllim: Buda bizim məşhur alim,Pafessor Araz Şıxalıyev

Uşaqlar alimlə tanış olub,onun nə olduğunu soruşdular.Alim maşının üstünü açdı.Hamı maraqla ona baxırdı.

Alim: Bu mənim yeni ixtiramdır.

Şagird:Buki adi maşındır.

Alim: Yox bu adi maşın deyil.Bu ZAMAN MAŞINIDIR.

Şagird:Professor,bu maşın nəyə qadirdir?

Asestant:Bu maşınla zamanı gəzmək olur.

Şagird:Necə?

Alim:Bu maşınla keçmişə və gələcəyə getmək olur.

Şagird:Yəni bu maşınla keçmışə və gələcəyə gedib orada onların necə olduğunu görə bilərik?

Alim:Bəli.

Şagird:Çox maraqlıdır.Keçmışdə insanların informasiyadan və hesablamalardan necə istifadə etməsini öz gözlərimizlə görmək çox maraqlı olardı.

Şagird:Hə,çox maraqlı olardı gələcəkdədə komputerlərin daha müasir formalarını görmək.necə inkişaf etdiyini görmək.

Alim:Əlbəttə,daha ətraflı bilmək və öz gözlərinizlə görmək istəyirsinizsə mənimlə gedək.

Şagird:Professor,bu maşınla neçənci əsirə gedə bilərik?

Alim:Siz hansı əsrə getmək istəyirsinizsə gedə bilərik.biz zamanı vaxtı qururuq,maşında bizi həmin zamana aparacaq.

Şagir:Çox maraqlı olardı Blez Paskalın yaşadığı dövrə gedib,onu yaxından görmək.

Şagird:Hə.Biz oxumuşuqki,Blez Paskal 4 yaşında artıq oxumağı,yazmağı bilirdi.

10 yaşında anlamaq istəmişdiki,nə üçün zərbə zamanı saxsı boşqab səs verir və nəticə özünün elmi işini “SƏS HAQDA TRAKTAT”ını yazmışdır.

İki ildən sonra bu oğlan uşağı müstəqil olaraq üçbucağın daxili bucaqlarının cəmi haqda teoremi isbat etdi.daha bir il sonra isə onu Parisin ən böyük riyaziyyatçıları cərgəsinə bərabərhüquqlu üzv kimi qəbul etdilər.

1640cı ilin sonlarında Blez gələcək maşının əsas ideyasını,mərtəbələrin avtomatik sürüşdürülməsi ideyasını formalaşdırdı.

Alim: Sizki bu qədər Paskal haqqında bilirsiniz,bizdə Paskalın yaşadığı zamana 1642 ci ilə gedək və qalan ixtiralarını özündən soruşaq.İndi aranızda iki nəfər ürəkli olanını özünüz seçin.

Uşaqlar seçim etdilər.

Şagird:Professor,olar özümüzlə nootbookda götürək,Bir aparatda götürək,orada şəkillər videolar çəkərik.

Professor:Əlbəttə olar.

Alim və uşaqlar maşına minib keçmişə yola düşdülər.

6.Aparıcılar ENİAC haqqında danışırlar.(slaytlar göstərilir.)

1647 ci il

7. KEÇMİŞDƏ

Maşın artıq keçmişdədir.Uşaqlar maşından düşdülər.Onlara çox maraqlı gəlirdi.Keçmişi görmək.(Burda keçmiş Fransaya aid slaytlar yerləşdirilmişdir.Və keçmiş Fransız geyimlərindən istifadə etmişik.)Alim bir nəfərə yaxınlaşıb ondan Paskalı soruşdu.

Alim:Biz Blez Paskalı necə görə bilərik?

Həmin adam qəribə baxışlarla bunları Paskalın yanına apardı.Paskal tələbələriylə məşğul idi.Paskal bunları görüb təəccüblə baxıb soruşdu.

Paskal:Siz kimsiniz?haradan gəlmisiniz?

Alim:Bİz gələcəkdən gəlmişik.21 ciəsrdən.

Paskal bir anlıq susdu.yanındakı tələbələridə bunlara təəccüblə baxırdılar.

Paskal:Gələcək?-21 ci əsr? Anlamadım sizi? Siz dəli olmusunuz? Bu necə ola bilər axı?

Alim: Yox biz dəli deyilik. Biz 21 ci əsrdən gəlmişik.

Şagird:Professorun ixtira etdiyi maşınla gəlmişik.

Paskal:Biz sizi başa düşə bilmirik,bu necə olur axı?

Alim:Bizim dövrdə artıq hər şey tamam başqadır.Bütün texnalogiya çox inkişaf edib.

Şagird:İndi bizdə daha müasir komputerlər var.Komputerlərin sayəsində hansısa texnalogiyanı sistemləşdiririk,proqramlaşdırırıq.

Bizim dövrdə alimlər komputerlərdən istifadə edib robotlarda düzəldirlər.

Paskalın tələbəsi:Komputer?Robot?Onlar nədir elə?

Alim: Komputer sizin dildə desək hesablama maşını.

Paskal: İlk hesablama maşınını mən ixtira etmişəm.

Paskalın tələbəsi:Hər bir təkərcik on hesabi rəqəm qədər hərəkət edərək,özündən sonrakı təkərciyi bir rəqəm sürüşməyə vadar edir.

Sonra Paskal 2 ci modeli ixtira etdi.

BU çarxların üzərində yazılan rəqəmləri ifadə edən bölgülərdən yazıb hesablamaq olar.

Şagir: Biz bu haqda bilirik.biz bunu indi dərsliklərimizdə keçirik.və Paskalın necə dahi olduğunu bilirik və buna görədə bu dövrə Paskalı görməyə sizinlə tanış olmağa gəlmişik.

Sizin ixtiralarınızdan sonra bir çox ixtiralar mövcuddur.

1694 cü ildə Qotfrid Vilhelm Leybnis yeni hesablama maşınını ixtira etdi.Bu maşın riyaziyyatın 4 əməlini yerinə yetirən ilk arifmometr idi.

Daha sonra Çarlz Bebbic,sonra Baron de Proni.Henri Provost. Bunlar bir birindən güclü,daha çox əməliyyat yerinə yetirən maşınlar ixtira ediblər.

Paskalın tələbəsi: Sizin əlinizdəki nədir?

Şagird: Bu? Hə yadımızdan çıxmışdı deyək,bu dediyimiz komputerin bir növüdür.buna nootbook deyirik.

Paskal: siz onunla necə hesablama aparırsınız?

Alim: Biz bununla təkcə hesablama deyil.bir çoxişləri,əməliyyatları yerinə yetiririk.

Paskal tələbəsi: Necə?

Şagird: Biz bununla müəyyən informasiyalar əldə edirik.

Şəkillər çəkirik,yazılar yazırıq,sənədlər qeyd edirik.hesablamalar aparırıq.

Alim6 Biz bununla bütün dünyadan xəbər alırıq.Başqa ölkələrlə yaşayan kəslərlə canlı canlı əlaqə saxlaya bilirik.görüntülü danışırıq.

Paskal: Bu bizə çox maraqlı gəldi.Bunu bizə verə bilərsinizmi?

Şagird: Əlbəttə.buyurun götürün.bunlardan bizdə çox var.

Alim:Vaxtımız,zamanımız azdır.Biz artıq getməliyik.Vaxtında getməsək bir dəfəlik burda qalmalı olarıq.

Alim və şagirdlər sağollaşıb,maşına oturdular və yenidən 21 ci əsrə qayıtdılar.Uşaqlar maraqla bunları qarşıladılar və sorğu suala tutdular.

8.Aparıcılar Lutfi Zadə haqqında məlumat verirlər.(slaytar göstərilir.)

9.2013 cü ildə

Ora necəydi?Sizinlə necə idilər?Paskalı gördünüzmü?Onunla nə söhbət etdiniz?Şagirdlər orda olan söhbəti danişdılar.

Biz Paskalla və onun ixtiraıarıyla yaxından tanış olduq.Bizim komputerlərlə maraqlandılar.Bizdə,bizim dövrdə necə komputerlər olduğunu onlara danışdıq və onlara nootbooku hədiyyə etdik.

Şagirdlər Alimdən soruşdular.

Siz demişdinizki biz gələcəyədə gedə bilərik.İndi isə biz gələcəyə gedə bilərikmi?

Alim: Əlbəttə.deyin görüm neçənci əsrə gedək?bəlkə 3013 cü ilə gedək?

Uşaqlar razılaşdılar.

Alim: kim gedəcəksə buyurun.

Alim və uşaqlar maşına oturub gələcəyə getdilər.

10.Wi-li lampalar haqqında

11. 3013 cü il



GƏLƏCƏKDƏ

Hər tərəf tamamən dəyişikdi.Uşaqlar çox maraqla Bakımızı seyr edirdilər.Parklar,saraylar,küçələr tamamən dəyişikdi.Alim və uşaqlar kənardan kiminsə mahnı oxuduğunu eşidib,həmin tərəfə gedirlər.Gələcəyin şagirdləri bunlara yaxınlaşıb,salamlaşərlar və hansı muzeydən gəldiyini soruşurlar.Uşaqlar bunlara necə deyəcəklərini düşünürlər ki,gələcəyin şagirdlərindən biri deyir:

Başa düşə bilmirəm,bu kompyuterə nə olub belə?Nə olub?-deyə soruşurlar.

Məndə olan məlumata görə qonaqlar keçmişdən 21 ci əsirdən gəliblər.

Alim cavab verir:Hə düzdür biz keçmişdən 21 əsirdən gəlmişik.

Şagirdlər təəccüblə soruşdular:-Hardan bildiniz?Bizki sizə heç bir şey deməmişik.

Gələcəyin şagirdi: Bunu bizə komputer dedi.

Şagird: Necə?

Gəlc. tələbəsi: Bizim komputerlər fikirləri oxuyur. Bizimlə danışa bilir.

Şagirdlərə çox maraqlı gəldi:-Bu necə olur axı?

Professor:Bu bizə çox maraqlı gəldi.Bu haqda bizə geniş məlumat verə bilərsinizmi?

Gəlc.şagirdi:-Əlbəttə.Bizim dövrdə komputerlər düşüncəylə işləyir.

Bu komputerlər insanın nə düşündüyünü oxuyub,lazım olan informasiyanı bizə ötürürlər.

Gəlc. tələbəsi:-Bu komputerlərə toxunmaq lazım deyil.Bu komputerlər sahibini üz cizgilərindən tanıyır.Bəziləri sahibinin səsi ilə açılır.Onun səsini tanıyır.Mətnlər insanın səsi ilə yazılır.Bəzi komputerlər insanlarla hətta danışada bilir.Biz onlardan nəyisə soruşduqda isə komputer bizə danışaraq cavab verir.

İndi bizim dövrdə hər kəs artıq komputerlə işləməyi bacarır.bu bizə adi gəlir.

Glc.şagirdi: Baxın bu balaca oğlanı görürsüz,o,nəinki komputeri əzbər bilir. O hətta proqramlaşdırmanıda bacarır.(onlar gələcəkdə olan kompyuterlər haqqında slaytlar vasitəsilə məlumat verirlər)

Alim və şagirdlər çox maraqla gələcəyin alimini və tələbələrini dinləyirdilər.Zamanın az olduğunu belə unutmuşdular.Vaxta çox az qalıb.

Alim saata baxıb,vatın az olduğunu gördü və tələsərək şagirdlərə dedi:- Vaxtımız azdır,biz Azərbaycanı da gəzməliyik.

Gələcəyin şagirdləri:İstəyirsiz biz sizi görmək istədiyiniz yerləri gəzdirək

Alim:Əlbəttə çox yaxşı olardı.

Onlar Qarabağa gedirlər.2013 cü ilin şagirdləri:Bura necə gözəl yerlərdi...Gələcəyin şagirdi:Bura Qarabağdır.

Qarabağ?deməli artıq Qarabağ alınıb?(Qarabağa aid slaytlar göstərilir)

Onlar gələcəyin alimi və tələbələriylə sağollaşıb maşına oturdular.Maşına oturub 21 ci əsrə qayıtdılar.2013 cü ilə.

12.Kompyuter haqqında 10 maralı məlumat və atalar sözləri.

13.Şagirdlər və müəllim onların gələcəyini səbirsizliklə gözləyirdilər.Onlar sinifə daxil oldular.Müəllimə və uşaqlarla görüşdülər və gələcəyin daha maraqlı olduğunu dedilər.Oradan gətirdikləri videolar,şəkilləri görsədib,onlar haqqında danışdılar və Qarabağ haqqında slaytlar göstərilərək mahnı oxunur.Sonda xorla Azərbaycan haqqında mahnı oxunulur.

MÜƏLLİM-SİNİF

Müəllim sinifə daxil olur və uşaqlar ayağa qalxırlar.

Müəllim:-Salam uşaqlar.Əyləşin.Bu gün biz dərsimizdə EHMlər və onların yaranma tarixi haqqında keçəcəyik.Əvvəlcə gəlin keçirilən mövzulara nəzər salaq.Kim deyər,İnformatika nədir,

Şagird:- İnformatika informasiyanın toplanması,saxlanılması,emal edilməsi,təqdim olunması və ötürülməsi texnalogiyalarını öyrənir.

İnformatika sözünün hərfi mənası “informasiya” və “avtomatika” sözlərinin ixtisar edilərək birləşdirilməsindən əmələ gəlmişdir.

Müəllim:-İnformasiya nədir?

Şagird:-İnformasiya termini latınca “informatio” sözündən götürülmüş və obyekt,hadisə,fakt haqqında məlimat,xəbər verilməsi,nəyinsə izah edilməsi deməkdir.

İnformasiya bizə yaşadığımız aləmdə oriyentir seçməyə kömək edən məlumatdır və deməli o,insana hava.su kimi gərəkdir.

İnformasiya televiziyanın,radionun,qəzetlərin,kitabların bizə verdiyi bilikdir.

İnformasiya xəritələrdir.rəssamların rəsmləridir.İnformasiya mövcud sivilizasiyanın əsasını təşkil edən minlərlə elmi əsərdir.

Müəllim:-deməli,informasiya sizin dərsliklərinizdə olanlardır.Başqa?

Şagird:-İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur.İnformasiya təsvir edilmiş məlumatdır.

Başqa sözlə məlumatın informasiya olması üçün edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı yada mövcud təsəvvürləri genişləndirməlidir.

Müəllim:-Bəs avtomatika nədir?

Şagird:-Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən,özü-özünə yerinə yetirilən”mənasını verir.

İnformatika termini daxilində avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür.

Müəllim:-İnformatika termini nə vaxt ədəbiyyata daxil edilmişdir?

Şagird:- İnformatika termini ilk dəfə 20 ci əsrin 60cı illərində bir anlayış kimi fransız mütəxəsisləri tərəfindən elmi ədəbiyyata daxil edilmişdir.

70 ci illərə qədərki dövrdə xarici ölkələrdə bu elm “computer science” yəni komputer vəya hesablama texnikası vasitələri haqqında elm adlandırılmışdır.

Müəllim:-İnformatikanın neçə əsas tərkib hissəsi var və hansılardır?

Şagird:-İnformatikanın 3 əsas tərkib hissəsi var.

1.Texniki təminat –EHMlər və qurğular.(Hardware)

2.Proqram təminatı.(Software)

Müəllim:-Bunların hər birinin nəyə aid olduğunu kim deyər?

Şagird:Texniki təminat-EHM və qurğular (Hardware)

İnformasiyanın toplanması,saxlanılması,emalı və ötürülməsi üçün istifadə edilən EHMlər,digər qurğular,onların iş prinsipi quruluşu və s.öyrənilir.

2.Proqram təminatı.(Software) İstifadə edilən qurğuların idarə olunması,əlaqələndirilməsi,infotmasiya emalı ilə əlaqədar proseslərin yerinə yetirilməsi və qoyulmuş məsələlərin həlli proqramları öyrənilir.

3.Brainware-Alqoritmlər və məsələnin EHM-də həlli üçün nəzəri üsullar öyrənilir.



Müəllim:-Beləliklə biz informatika haqqında öyrəndiklərimizi bir daha nəzərdən keçirdik.İndisə EHM-lər haqqında.EHM_lər və onların yaranma tarixi haqqında məlumat verim.İlk hesablama cihazı nə vaxt kim tərəfindən yaradılmışdır?

3.Brainware

Yüklə 40,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin