31. İnsan alveri qurbanlarının fiziki zorakılığa məruz qalması


İnsan alverinə qarşı Azərbaycan Respublikasında təşkilati tədbirlərin həyata keçirilməsi



Yüklə 243,96 Kb.
səhifə15/16
tarix09.01.2023
ölçüsü243,96 Kb.
#122093
1   ...   8   9   10   11   12   13   14   15   16
insan alveri 31-60

59. İnsan alverinə qarşı Azərbaycan Respublikasında təşkilati tədbirlərin həyata keçirilməsi
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilatı xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə əsaslanır. “ İnsan alveri” ilə bağlı olaraq Azərbaycan Respublikasında bir çox təşkilat tədbirlər görülmüşdür. BMT-nin “Transmilli mütəşəkkil cinayətkatlığa qarşı Konvensiyasının” və “İnsan alverinin, Xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında Protokolunun, həmçinin “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin prinsipləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Milli Fəaliyyət Planı” təsdiq edilmiş, Azərbaycan Respublikası Dxili İşlər Nazirliyinin 19 may 2004-cü il tarixli əmri ilə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs-Milli Koordinator daxili işlər nazirinin müavini polis general-leytenatı Vilayət Eyvazov təyin edilmişdir. 2019-cu ilin noyabr ayının 5-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə polis general-mayoru Aslanov Həzi Arif oğlu təyin edilmişdir. 2015-ci ilin yanvar ayının 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə polis polkovniki Zeynalov Samir Məmmədhəsən oğlu təyin edilib. Milli Fəaliyyət Planının insan alverinə qarşı mübarizədə müəyyən etdiyi əsas tədbirlər qanunvericilik bazasının təkmilləşdirilməsi, Milli Əlaqələndiricinin təyin edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərkibində İnsan alverinə qarşı xüsusi polis qurumunun yaradılmasından və insan alveri cinayəti qurbanları və ehtimal olunan qurbanların müdafiəsinin təmin edilməsindən ibarət olmuşdur. Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə beynəlxalq təcrübədən istifadə edilməsini, bu sahədə fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr nəzərdə tutulmuş, cinayətin potensial hədəfi ola bilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. İnsan alveri əməlinin cinayət kimi tanınması üçün 30 sentyabr 2005-ci il tarixində AR Cinayət Məcəlləsinə 141-1 (İnsan alveri), 144-2 (Məcburi əmək) və 316-1 (insan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) maddələri əlavə edilmişdir. Milli Fəaliyyət Panına uyğun olaraq, insan alveri cinayətlərinin qarşısının alınması və onunla mübarizə məqsədilə “Qaynar xətt” xidməti (tel: 152) istifadəyə verilmişdir.

Yüklə 243,96 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin