31. İnsan alveri qurbanlarının fiziki zorakılığa məruz qalması


Miqrasiya, emiqrasiya, imiqrasiya anlayışları və onların mənası



Yüklə 243,96 Kb.
səhifə5/16
tarix09.01.2023
ölçüsü243,96 Kb.
#122093
1   2   3   4   5   6   7   8   9   ...   16
insan alveri 31-60

41. Miqrasiya, emiqrasiya, imiqrasiya anlayışları və onların mənası
Miqrasiya – insanların beynəlxalq sərhəddən keçərək və ya ölkə daxilində yerləşməsi prosesidir. Miqrasiya edən şəxslər miqrant adlanır. Adətən miqrasiya – emiqrasiya və immiqrasiyaya bölünür. Emiqrasiya – insanların hər hansı səbəbdən yerləşmək məqsədi ilə bir dövlətdən başqa bir dövlətə köçməsi deməkdir (Məsələn, Azərbaycan Respublikasının vətəndaşı Almaniyaya işləmək və yaşamaq üçün köçür). İmmiqrasiya – başqa ölkə vətəndaşlarının hər hansı səbəbdən müvafiq ölkəyə yerləşmək üçün gəlməsi deməkdir (Məsələn, Türkiyə vətəndaşı Azərbaycan Respublikasına yaşamaq və işləmək üçün köçür).
42,43, 44. Müasir dövrdə insanların miqrasiya etməsinin müxtəlif səbəbləri vardır. Bunlardan aşağıdakı səbəbləri göstərmək olar:
1)İqtisadi səbəblər – iş yerlərinin az olması, əmək haqqının az olması.
2)Siyasi səbəblər – siyasi səbəblərə görə təqib olunma, korrupsiya, dövlət çevrilişi, ölkədə avtoritar rejimin olması.

3)Sosial şəbəkələr – sosial və tibbi xidmətlərin aşağı səviyyədə olması.


4)Şəxsi və ailə problemləri.
5)Ölkədə təbii fəlakətlərin baş verməsi.
İnsanların müasir dövrdə miqrasiyaya maraq göstərmə səbəbləri vardır onlar aşağıdakılardan ibarətdir:

  1. İqtisadi səbəb - iş tapmaq imkanı, stabil və yüksək maaş əldə etmə imkanı və s.

  2. Siyasi səbəb – siyasi azadlıq, təhlükəsizlik.

  3. Sosial səbəblər – sosial və tibbi xidmətlərin yüksək səviyyədə olması, sosial sığorta təminatı, yaxşı təhsil.

  4. Şəxsi səbəblər – ailəyə bağlılığı,qohumluq əlaqələri

Qeyd etmək lazımdır ki, baş verən miqrasiyanın növləri son zamanlar çoxlamışdır.
Müasir miqrasiyanın əlamətlərinə görə onu bir neçə növə bölmək olar.

  1. Keçilən sərhədlərin xüsusiyyətlərinə görə.

  2. Müvəqqəti xüsusiyyətlərinə görə.

  3. Miqrasiyanın səbəblərinə görə.

  4. Həyata keçirilmə vasitələrinə görə.

  5. Miqrasiya haqqında qərarın qəbul edilməsinə görə.

Əhalinin daxili və xarici miqrasiya etməsini keçilən sər-hədlərin xüsusiyyətlərini təyin etməsidir. Xairici miqrasiya dövlət sərhədlırinin kəsişməsi zamanı baş verir. Daxili miqrasiya isə ölkə yaşayış məntəqələri, inzibati və başqa əraziləri arasında baş verir.
Müvəqqəti xüsusiyyətləri olan miqrasiyanı daimi (geri dönməyən), müvəqqəti, illik və fasilələrlə bağlı, davamlı miqrasiya başqa bir ölkədə yaşayış yerini əldə etmək olar. Daimi miqrasiya başqa bir ölkədə yaşayış yerini əldə etmək məqsədi daşıyır. Müvəqqəti miqrasiya xarici ölkədə əvvəlcədən müddəti təyin olunmuş təhsil və ya işlə bağlı uzun miqrasiyalardır.
Miqrasiyanın başqa bir növü illik və ya mövsümlə bağlı miqrasiya-insanların ilin müəyyən fəsillərində məhsul yığımı və ya kənd təsərrüfatı sahəsində, tikintidə, bazarlarda çalışmaq, müalocə məqsədi daşıyır və s.

Davamlı miqrasiya davamlı olaraq işləmək və təhsil almaq məqsədilə öz yaşadığə məkanı dəyişir.


Miqrasiyanın səbəbləri bunlardır: Miqrasiya əsasən iqtisadi və sosial xarakter daşıyır.
Miqrasiyanın iqtisadi və sosial səbəbləri şəxsin yeni iş yeri axtarışından, həyat tərzinin dəyişməsindən, sosial status əldə etməsindən irəli gəlməsidir. İqtisadi miqrasiyanın əsas və geniş yayılmış forması əmək miqrasiyasıdır.
Siyasi miqrasiya, əsasən, siyasi, dini, irqi mənsubiyyət növləri ilə müşayət olunur. Hərbi münaqişələrin kütləvi miqrasiyanın axınına səbəb olmasıdır.
Evakuasiya (təxliyə) – təhlükəsizliyi təmin etmək məqsədilə əhalinin bir yerdən başqa bir yerə mütəşəkkil qaydada köçürülməsi və reevakuasiya olunmuş əhalinin ilkin yaşayış yerinə qaytarılmasıdır.
Müasir miqrasiyanın ailə, milli, dini, etnik formalarını göstərmək olar.
Miqrasiyaların həyata keçirilmə metodları vardır.
Miqrasiya hökümətin və ictimai təşkilatların iqtisadi dəstəyi ilə icitmai təşkilatlar və pərakəndə qaydada, yəni hansı bir təşkilatı olmadan, miqrantların güc və imkanı sayəsində həyata keçirilməsidir. Miqrasiya haqqında qərarların insanlar tərəfindən məcburi və könüllü qəbul edilməsidir.
Məcburi miqrasiya-dövlətin qəbul etdiyi qərarlara əsaslanaraq, ölkə vətəndaşlarının və ya əcnəbilərin köçürülməsi deməkdir. Məcburi miqrasiyanın birbaşa və ya bilavəsitə həyata keçirilməsidir. Əgər söhbət birbaşa məcburiyyətdən gedirsə, o zaman bu məcburi və ya deportasiya (latın sözü olub “deportaito” – qovulma sürgün olunma mənasını daşıyır) miqrasiyasıdır.


Yüklə 243,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin