35. Azərbaycan tarixi Qiyabi 2017 2206, 2326a, 2486a, 2884a, 2806a



Yüklə 204,71 Kb.
tarix11.06.2018
ölçüsü204,71 Kb.
#53370


35.Azərbaycan tarixi Qiyabi 2017

2206, 2326a, 2486a, 2884a, 2806a.

1. Azərbaycan ərazisində ibtidai insanların məskən salmasına şərait yaradan amillər hansılardır:

1- Şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi;

2- Təbii qalaların və istehkamların mövcud olması;

3- Odun təbii şəkildə mövcud olması;

4- Təbii mağaraların olması;

5- Əkinçiliyin və maldarlığın inkişaf etməsi;

A) 1,4


B) 4,5

C) 1,2


D) 2,4

E) 1,5


2. 371-ci ilə aiddir:

A) Dizrav döyüşü

B) Albaniyanın 2 hissəyə bölünməsi;

C) Amid döyüşü;

D) Xalxal döyüşü;

E) Maku döyüşü;



3. Natural təsərrüfat hansı təsərrüfata deyilir?

A) Bazarla əlaqəsi olmayan, zəruri tələbat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfata;

B) Bazarla əlaqəsi olan, zəruri tələbat mallarının müəyyən hissəsinin malikanə daxilində istehsal olunduğu təsərrüfata;

C) Bazarla əlaqəsi olmayan, zəruri təsərrüfat mallarının malikanədən kənarda istehsal olunduğu təsərrüfata;

D) Bazarla əlaqəsi olan, zəruri tələbat mallarının malikanədən kənarda istehsal olunduğu təsərrüfata;

E) Bazarla əlaqəsi olmayan, ayrı-ayrı malikanələr arasında mübadilə nəticəsində meydana gələn təsərrüfata;



4. Ərəb ağalığı dövründə yerli feodalların irsi mülkiyyətində olan torpaqlar adlanırdı:

A) Mülk;

B) Vəqf;

C) Divan;

D) İcma;

E) İqta;



5. Xronoloji ardıcıllığı göstərin:

1-Xürrəmilər hərəkatı; 2-Məzdəkilər hərəkatı; 3-Ərəblərin Albaniya dövlətini ləğv etməsi; 4-Müsafirin başçılığı ilə Ərəblərə qarşı üsyan;

A) 2,3,4,1;

B) 2,3,1,4;

C) 1,3,2,4;

D) 4,3,1,2;

E) 1,3,4,2;



6. IX-XI əsrlərdə Azərbaycanda mövcud olan kəndli təbəqələri:

A) Ulaclar, azad kəndlilər;

B) Azadlar, məliklər;

C) Ulaclar, patriklər;

D) Təhkimlilər,azad kəndlilər;

E) Azad kəndlilər, patriklər;



7. Mənşəcə türk olmayan sülalələr:

1-Sasanilər; 2-Sacilər; 3-Teymurilər; 4-Qaraqoyunlular; 5-Əhəmənilər;

A) 1,5;

B) 1,3;

C) 2,3;

D) 3,4;

E) 4,5;



8. Təbriz orta əsr dövlətlərindən hansılarının paytaxtı olmuşdur?

1-Salarilər; 2-Sacilər; 3-Şəddadilər; 4-Rəvvadilər; 5-Eldənizlər;

A) 4,5;

B) 1,2;

C) 1,5;

D) 2,4;

E) 3,4;



9. Qoyluhizar döyüşü hansı dövlətlər arasında baş vermişdir?

A) Ağqoyunlu- Osmanlı;

B) Ağqoyunlu-Qaraqoyunlu;

C) Şirvanşahlar-Osmanlı;

D) Osmanlı-Qaraqoyunlu;

E) Ağqoyunlu- Şirvanşahlar;



10. 1578-ci ildə Çıldır döyüşündə qızılbaş qoşunlarının məğlubiyyətinin səbəbləri

1-Qızılbaş əmirlərinin döyüşdə xəyanəti;

2-Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması;

3-Səfəvi əmirlərinin özlərinə həddindən artıq arxayın olması;

4-Şirvan və Dərbənd əhalisinin səfəvilərə qarşı üsyanı;

5-Osmanlıların qızılbaşlara nisbətən qüvvə üstünlüyü;

A) 2,3,5;

B) 2,3,4;

C) 1.3,5;

D) 3,4,5;

E) 1,3,4;



11. Fətəli xan Əfşarın Qarabağa 1759-cu il yürüşünün nəticəsi

A) Qarabağ xanı siyasi asılılığı qəbul etdi;

B) Fətəli xan məğlub edildi və Qarabağ xanlığının asılılığını qəbul etdt;

C) Fətəli xan məğlub olaraq geri çəkilməli oldu;

D) Hər iki tərəf üçün nəticəsiz oldu;

E) Pənahəli xan Fətəli xanı məğlub etdi və onu əsir tutaraq öldürdü;



12. Şimali Azərbaycanda şeyxülislam vəzifəsi təsis edildikdən neçə il sonra Alban katalikosluğu ləğv edildi?

A) 7;


B) 13;

C) 23;


D) 24;

E) 21;


13. Babilik hərəkatı kimlərə qarşı çevrilmişdir?

1-İri tacirlərə; 2-Feodallara; 3-Ali ruhanilərə; 4-Sənətkarlara; 5-Xarici kapitala;

A) 2,3,5;

B) 1,2.4;

C) 1,2,3;

D) 2,3,4;

E) 3,4,5;



14. Azərbaycan SSR-in tərkibində DQMV-nın təşkilindən neçə il sonra Azərbaycan Respublikası tərəfindən onun statusu ləğv edilmişdir?

A) 68;


B) 82;

C) 90;


D) 65;

E) 71;


15. Albaniya dövləti nə vaxt yaranmışdır?

A) Eramızdan əvvəl IV əsrin axırı, III əsrin əvvəlində

B) Eramızdan əvvəl IV əsrin əvvəlində

C) Eramızdan əvvəl III əsrdə

D) Eramızdan əvvəl IX əsrdə

E) Eramızdan əvvəl V əsrin axırı, IV əsrin əvvəllərində



16. Mərkəzi Bərdə olan yarımmüstəqil əmirlik yaratmışdılar:

A) Məzyədilər;

B) Şəddadilər;

C) Kəsranilər;

D) Rəvvadilər;

E) Sacilər;



17. Xudafərin körpüsü nə vaxt və hansı sülalənin dövründə salınmışdır?

A) 1027-ci ildə Şəddadilər dövründə

B) 957-ci ildə Salarilər dövründə

C) 912-ci ildə Sacilər dövründə

D) 1028-ci ildə Rəvvadilər dövründə

E) 1017-ci ildə Şirvanşahlar dövründə



18. IX- XI əsrlərdə camaat torpaqları:

1-Dövlətin mülkiyyətində idi

2-Dini müəssisələrə aid idi

3-Əhalinin ümumi istifadəsində idi

4-Hökmdar sülaləsinin şəxsi istifadəsində idi

5-Mülkədarların şəxsi torpağı idi

A) 1,3;

B) 4,5;

C) 2,4;

D) 1,4;

E) 3,5


19. Səlcuq dövlətinin yaranmasından neçə il sonra Eldənizlər dövləti meydana gəldi?

A) 98;


B) 86;

C) 200;

D) 65;

E) 74;


20. İntibah mədəniyyətinin ən mühüm nailiyyəti idi:

A) Azərbaycanda türk dilinin bütün ölkə ərazisində vahid ünsiyyət vasitəsinə çevrilməsi

B) Azərbaycan dilində ilk poeziya nümunələrinin meydana gəlməsi

C) Şəhərsalma mədəniyyətinin yüksəlməsi

D) Yüksək astronomik biliklərin meydana gəlməsi

E) Təbriz miniatür məktəbinin yaradılması



21. Qazan xanın islahatları nəticəsində daha inkişaf etmiş Azərbaycan şəhərləri:

A) Təbriz, Marağa,Sultaniyyə

B) Gəncə, Ərdəbil, Təbriz

C) Təbriz, Marağa, Gəncə

D) Mahmudabad,Təbriz, Dərbənd

E) Sultaniyyə, Bərdə, Beyləqan



22. Xronoloji ardıcıllığı müəyyən edin:

1-Qazan xanın islahatları

2-Gəncədə sənətkar Bəndərin başçılığı ilə üsyan

3-Cəlaləddinin Azərbaycana yürüşü

4-Marağa rəsədxanasının əsasının qoyulması

A) 3,2,4.1;

B) 2,3,4.1;

C) 3,4,2,1;

D) 1,2,3,4;

E) 2,1.4,3;



23. Qaraqoyunlu dövlətinə aid deyil:

A) Həst - behişt sarayı

B) Çapaqçur döyüşü

C) Teymurilərlə mübarizə

D) Göy məscid

E) Ağqoyunlu dövləti ilə mübarizə



24. XVI əsr – XVII əsrin əvvəllərində memarlıq abidələri:

1-Şirvanşahlar saray kompleksi;

2-Təbrizdə Ərk qalası;

3-Qusar rayonunun Həzrə kəndində Şeyx Cüneyd məqbərəsi;

4-Təbrizdə «Qeysəriyyə» bazarı;

5-İrəvanda «Göy» məscid;

6-Naxçıvanda Əlincəçay körpüsü;

7-Bakının Şərq darvazaları;

A) 3,6,7;

B) 4,5,6;

C) 1,2,3;

D) 2,3,5;

E) 3,4,6;



25. Ağa Məhəmməd Şah Qacarın Qarabağa ikinci yürüşündən neçə il sonra I Rus-İran müharibəsi başladı?

A) 7;


B) 13;

C) 5;


D) 21;

E) 16;


26. Azərbaycanda məhkəmə islahatının tətbiq olunmasına başlandı:

A) 1866-cı il;

B) 1847-ci il;

C) 1846-cı il;

D) 1870-ci il;

E) 1914-cü il;



27. 1830,1831,1837 və 1838 –ci illərə müvafiq üsyanları göstərin:

A) Car-Balakən, Talış, Quba, Şəki;

B) Şəki, Quba, Talış, Car-Balakən;

C) Quba, Car-Balakən, Talış, Şəki;

D) Talış, Şəki, Quba, Car-Balakən;

E) Car-Balakən, Quba, Şəki, Talış;



28. Azərbaycanda milli teatrın yaradılmasından neçə il sonra H.Z.Tağıyev teatr binası tikdirdi?

A) 10;


B) 15;

C) 16;


D) 17;

E) 20;


29. Azərbaycan Respublikası Konstitusiyasına görə dövlətin siyasi quruluşu:

A) Demokratik, hüquqi, dünyəvi, unitar respublikadır:

B) Aristokratik, dünyəvi, federativ respublikadır:

C) Demokratik, hüquqi, dünyəvi, konfedrativ respublikadır:

D) Teokratik, aristokratik, hüquqi, konfedrativ respublikadır:

E) Demokratik, dünyəvi, federativ respublikadır:



30. Xronoloji ardıcıllığı müəyyən edin:

1-«Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı»nın qəbul edilməsi;

2-H.Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilməsi;

3-H.Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi;

4-Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq təşkilatına üzv qəbul edilməsi;

A) 1,4.2,3;

B) 3,1,2,4;

C) 1,3,2,4;

D) 2,3,4,1;

E) 4,1,3.2;



31. Hansı Azıx mağarasında tapılmamışdır?

A) Divar rəsmləri;

B) Tikili qalıqları;

C) İbtidai insana aid alt çənə sümüyü;

D) Nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri;

E) Adi çay daşlarından hazırlanmış əmək alətləri;



32. Aratta dövlət qurumu:

1-Urmiya gölünün cənub-şərqində yerləşirdi;

2-Çati tərəfindən idarə olunurdu;

3-Bütün Azərbaycan torpaqlarını əhatə edirdi;

4-En, yaxud Ensi rütbəli hökmdar tərəfindən idarə olunurdu;

5-Mesopotomiyada yerləşirldi;

6-Şumer şəhər dövlətlərilə siyasi və mədəni əlaqə saxlayırdı;

A) 1,4,6;

B) 3.4.6;

C) 1,2,6;

D) 3,2,6;

E) 4,5,6;



33. Atropatena ərazisində tapılmış ən qədim pullar hansı hökmdarın adına kəsilmişdir?

A) Makedoniyalı İsgəndərin;

B) Atropatın;

C) Astiaqın;

D) Selevkin;

E) Kiaksarın;



34. İslam dini Azərbaycanın hansı ərazisində nisbətən sürətlə yayıldı?

A) Azərbaycanın cənubunda, Muğanda, Mildə, Xəzər sahilində, Araz və Kür boyunda;

B) Zəngəzur, Naxçıvan, Muğan, Mildə;

C) Azərbaycanın cənubunda, Xəzər sahilində, Dağlıq Qarabağda;

D) Azərbaycanın cənubunda, Xəzər sahilində, Zəngəzurda,Kür çayı boyunda;

E) Kür və Araz boyunda, Xəzər sahilində, Dağlıq Qarabağda, Naxçıvanda;



35. XII əsrin görkəmli memarlıq abidəsi:

A) Mömünə xatun türbəsi;

B) Dərbənd səddi;

C) Şirvanşahlar sarayı;

D) Əlincə qalası;

E) Atəşgah;



36. XV əsrə aid deyil:

A) Ağqoyunlu bəyliyinin qurulması;

B) Muş döyüşü;

C) Malatiya döyüşü;

D) Qoyluhisar döyüşü;

E) Otluqbeli döyüşü;



37. Təbriz Miniatür məktəbinin ən görkəmli nümayəndəsi:

A) Kəmaləddin Behzad, Sultan Məhəmməd;

B) Ramazan Lənkərani, Sadıq bəy Əfşar;

C) Sultan Məhəmməd, Ramazan Lənkərani;

D) Sultan Məhəmməd,Əli Feyzi;

E) Əli Feyzi, Kəmaləddin Behzad;



38. Göstərilən tədbirlər hansı hökmdarın dövründə həyata keçirilmişdir?

1-Tamğa vergisi ləğv edildi;

2-Rəiyyətdən əvvəlki 10-15 il ərzində yığılan vergi borcu ləğv edildi;

A) I Təhmasib;

B) Uzun Həsən;

C) I Şah İsmayıl;

D) I Şah Abbas;

E) I İbrahim;



39. Çaldıran döyüşündən neçə il sonra Şəki Səfəvilər dövlətinə birləşdirildi?

A) 37;


B) 41;

C) 18;


D) 22;

E) 29;


40. Şimali azərbaycanın ən güclü xanlıqları:

1-Bakı; 2-Quba; 3-Qarabağ; 4-Gəncə; 5-Şəki; 6-Şirvan;

A) 2.3,5;

B) 1,2,6;

C) 2,3,4;

D) 2,4,5;

E) 3,4,5;



41. Xronoloji ardıcıllığı müəyyən edin:

1-Süni boya –alizarinin kəşfi;

2-Yelizavetpetrol quberniyasının yaradılması;

3-Qafqaz canişinliyinin ləğv edilməsi;

4-«Nobel qardaşları» şirkətinin əsasının qoyulması;

5-Komendant idarə üsulunun ləğv edilməsi;

A) 5,2,1,4,3;

B) 1,4.2,5,3;

C) 4,2,1,3,5;

D) 5,1,2,3,4;

E) 5,4,1,2,3;



42. Neft istehsalının inkişafına 1872-ci ilə qədər mane olurdu:

A) İltizam sistemi;

B) Çar hökumətinin burjuaziyaya inanmaması;

C) Millətlərarası ədavət;

D) Kəndli üsyanları;

E) Bakının Rusiyanın mərkəzindən uzaqlığı;



43. İkinci Dünya müharibəsi illərində Qafqazdan Berlinədək döyüş yolu keçmiş Azərbaycan diviziyası:

A) 416;

B) 223;

C) 402;

D) 307;

E) 77;


44. Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə tanıyan 3 ölkə:

A) Türkiyə, Rumıniya, Pakistan;

B) Türkiyə, İran, ABŞ;

C) Türkiyə, Əfqanıstan, Pakistan;

D) Pakistan, Türkıyə, Polşa;

E) Türkiyyə, Pakistan, İran;



45. Ərəblərə qarşı mübarizə aparmaq üçün Cavançir hansı dövlətlə ittifaq bagladı?

A) Bizansla;

B) Xəzərlərlə;

C) Alanlarla;

D) Sasanilərlə;

E) Parfiya ilə.



46. Azərbaycan Eldənizlər dövlətinin paytaxtı olmuş şəhərlər:

1-Gəncə 2-Bərdə 3-Şamaxı 4-Bakı 5-Təbriz 6-Naxçıvan

A) 5,6


B) 1,2

C) 3,4


D) 2,5

E) 2,6


47. Xronoloji ardıcillıgı müəyyən edin:

1-Elxanilər dövlətinin yaradılması; 2-Teymurun Azərbaycana hücumu;

3-Monqolların Azərbaycana kəşfiyyat yürüşü; 4-Bəndərin üsyanı.

A) 3,4,1,2

B) 1,3,4,2

C) 4,2,1,3

D) 3,1,2,4

E) 2,4,3,1



48. Azərbaycanın 1386-cı il tarixinə aiddir:

A) Teymurun hücumuna məruz qalması

B) Təbrizdə üsyan

C) I İbrahimin taxta çıxması

D) Kəsranilər sülaləsinin hakimiyyətdən salınması

E) Dərbəndlilər sülaləsinin hakimiyyətinə son qoyulması.



49. Qaraqoyunlu və Agqoyunlu dövlətlərinə aid olan abidələr:

1-Ramana qalası; 2-Gülüstan qalası; 3-Göy məscid;

4-Xudafərin körpüsü 5-”Həşt behişt” saray kompleksi

A) 3,5


B) 1,3

C) 4,5


D) 2,3

E) 2,5


50. Nadir şah Azərbaycana kimi hakim təyin etdi?

A) İbrahim xanı

B) Fətəli xanı

C) Məhəmməd Həsən Qacarı

D) Məlik Nəcəfi

E) Kərim xan Zəndi



51. Cənubi Qafqazda komendant üsul-idarəsinin ləğv edilməsindən neçə il sonra canişinlik vəzifəsi təsis edilmişdir?

A) 4


B) 6

C) 10


D) 5

E) 8


52. Şimali Azərbaycanda rəsmi olaraq orta məktəbin əsası qoyuldu:

A) 1865-ci ildə Bakıda realnı gimanziyanın təşkil edilməsi ilə.

B) 1830-cu ildə Şuşada qəza məktəbinin açılması ilə.

C) 1854-cü ildə Quba və Ordubadda birsinifli ibtidai məktəbin açılması ilə

D) 1847-1849-cu illərdə Tiflisdə şiə və sünni məktəblərinin açılması ilə.

E) XIX əsrin 80-cı illərinin ortalarında rus-Azərbaycan məktəblərinin yaradılması ilə



53. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəniyyətində həlledici dəyişikliklər dövrü başlandı:

A) Kapitalizmin coşqun inkişafi nəticəsində.

B) Azərbaycanlıların kütləvi şəkildə Rusiyada təhsil almasından sonra.

C) Rusiyanın müstəmləkəçi siyasəti nəticəsində.

D) Cənubi Azərbaycanla əlaqələrin genişlənməsinə görə

E) Rusların və almanların Azərbaycanda məskunlaşması ilə.



54. Birinci Dünya müharibəsinin qurtarmasından neçə il sonra ikinci Dünya müharibəsi baş vermişdir?

A) 21


B) 25

C) 19


D) 24

E) 35


55. 1945-ci ildə Cənubi Azərbaycanda yaranmış Milli Hökümətin ən böyük nailiyyəti:

A) Milli mədəniyyətin inkişafının əsaslarını yaratmaga nail olmaq.

B) ”İran məsələsi”nin BMT-də müzakirəsinə yol verməməsi.

C) Cənubi Azərbaycanın iqtisadi müstəqilliyinə nail olunması.

D) Aqrar məsələni tamamilə kəndlilərin xeyrinə həll etməsi,yerli idarəetmə orqanlarını yaratması.

E) Cənubi Azərbaycanın Sovet işgal qoşunlarından azad olunması.



56. 1949-cu ildə Azərbaycanda:

A) Bakı metropoliteninin tikintisinə başlandı.

B) Elmlər Akademiyası təşkil edildi;

C) İlk neft quyusu fontan vurdu.

D) Televiziya fəaliyyətə başladı.

E) Xəzər dənizində dünyada ilk olararaq neft-mədən estakadaları quruldu.



57. Azərbaycan SSR-in sonuncu Konstitusiyasının qəbul edilməsindən neçə il sonra Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilmişdir?

A) 17


B) 50

C) 58


D) 35

E) 21


58. Sənətkar – tacirlər qrupu sənətkarlardan ayrılmışdır:

A) İlk dəmir dövründə;

B) Erkən tünc dövründə;

C) Mezolit dövründə;

D) Eneolit dövründə;

E) Orta tunc dövründə



59. VIII əsrdə Albaniyanın müstəqilliyinə son qoydu:

A) ərəblər;

B) sasanilər;

C) xəzərlər;

D) alanlar;

E) bizanslılar



60. Tiflis müsəlman əmirliyinin ləğvi bağlıdır:

A) Didqori döyüşündə səlcuqların məğlubiyyəti ilə;

B) Səlcuqların Qəznəvilər üzərində qələbəsi ilə;

C) Monqolların Cənubi Qafqaza I yürüşü ilə;

D) Səlcuqların Cənubi Qafqaza I yürüşü ilə;

E) Elxanilər dövlətinin yaranması ilə



61. Səlcuqların Azərbaycanda varlığına son qoyduğu dövlətlər:

1-Sacilər; 2-Rəvvadilər; 3-Eldənizlər; 4-Salarilər; 5-Şaddadilər

A) 2,5


B) 1,4

C) 3,4


D) 3,5

E) 1,2


62. Təbrizdə «Göy məscid» inşa edilmişdir:

A) Qaraqoyunlular dövründə

B) Səfəvilər dövründə;

C) Şəddadilər dövründə;

D) Rəvvadilər dövründə;

E) Eldənizlər dövründə;



63. Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Təbrizdə inşa edilmişdir:

A) «Nəşt Behişt» sarayı;

B) «Göy Məsçid»

C) Gülüstan sarayı;

D) Ərk qalası;

E) Şəhriyar qalası



64. Çaldıran döyüşü ərəfəsində I Şah İsmayılın nəzərdə tutduğu hərbi-strateji tədbir:

A) Döyüşü qışa qədər uzatmaq;

B) Qəti döyüşə girmək;

C) Osmanlı ordusuna gecə ikən hücum etmək;

D) Odlu silahdan istifadə etmək;

E) Süvari qoşunundan istifadə etməmək



65. Tiyul topraq sahiblərinə aiddir:

1-Şah tərəfindən ruhanilərə verilirdi;

2-Hərbi və digər xidmətlərə görə verilirdi;

3-İrsən keçə bilməzdi;

4-Şah nəslinin şəxsi torpağı idi;

5-Kəndlilərin şəxsi torpağı idi

A) 2,3


B) 1,2

C) 4,5


D) 1,5

E) 3,4


66. XVIII əsrə aid olan hadisəni seçin:

A) Şəki xan sarayının inşası;

B) Türkmənçay müqaviləsi;

C) Otluqbeli vuruşması;

D) İncu torpaq sahibliyinin yaranması;

E) Şamaxının Kələxana kəndində məqbərə və Nardaran kəndində məscid inşa edilməsi



67. Rusiya Gəncə xanlığının işğalından neçə il sonra Naxçıvan xanlığını işğal etdi?:

A) 23


B) 28

C) 21


D) 17

E) 32


68. Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalının ardıcıllığı:

1-Qarabağ; 2-Şəki; 3-Gəncə; 4-Quba; 5-Naxçıvan; 6-Talış

A) 3,1,2,4,6,5

B) 6,4,5,1,3,2

C) 1,2,3,5,6,4

D) 3,4,5,1,6,2

E) 1,3,4,6,5,2



69. Əvrəz:

A) Mükəlləfiyyət idi;

B) Natural vergi idi;

C) Gömrük rüsumu idi;

D) Maldar kəndlilərin otlaqlardan istifadə əvəzində ödədiyi vergi idi;

E) Məscidlərin və dini idarələrin xeyrinə verilən vergi idi



70. XIX əsrdə baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin:

1-Qafqaz canişinliyinin yranması;

2-Quberniya mərkəzinin Şamaxıdan Bakıya köçürülməsi;

3-Yelizavetpol quberniyasının yaradılması

A) 1,2,3

B) 3,1,2

C) 2,1,3

D) 1,3,2

E) 3,2,1



71. Şimali Azərbaycanda baş vermiş yeniliklərin xronoloji ardıcıllığını müəyyən edin:

1-Milli mətbuatın meydana gəlməsi;

2-İlk ali məktəbin meydana gəlməsi;

3-Milli teatrın meydana gəlməsi

A) 3,1,2

B) 1,2,3

C) 1,3,2

D) 3,2,1

E) 2,1,3



72. 1918- ci ilin mart soyqırımından ən çox ziyan çəkən qəza:

A) Şamaxı;

B) Gəncə;

C) Salyan;

D) Lənkəran;

E) Yevlax



73. 1941-1946-cı illər Cənubi Azərbaycan milli – azadlıq hərəkatına aiddir:

1-Ş.M.Xiyabani başda olmaqla ADP-nın yaranması;

2-«Təcəddüd» qazetinin nəşr olunması;

3-S.C.Pişəvəri başda olmaqla ADP-nin yaradılması;

4-«Azərbaycan» qazetinin ana dilində nəşr edilməsi

A) 3,4


B) 1,3

C) 2,4


D) 1,2

E) 2,3


74. 1912-ci idə Təbrizdə «İran xalça şirkətini»ni təsis etdilər:

A) Alman kapitalistləri;

B) Fransız kapitalistləri;

C) Rus kapitalistləri;

D) Şimali Azərbaycan kapitalistləri;

E) İngilis kapitalistləri



75. 1992-ci il martın 2-də Azərbaycan üzv qəbul olundu:

A) BMT-yə

B) Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatına;

C) İslam Konfransı təşkilatına;

D) Avropa Şürasına;

E) ATƏT-ə;



76. İkinci ictimai əmək bölgüsü adlanır.

A) Maldarlığın sənətkarlıqdan ayrılması;

B) Ticarətin meydana çıxması;

C) Ticarətin əkinçilikdən ayrılması;

D) Sənətkarlığın əkinçilikdən ayrılması;

E) Əkinçiliyin maldarlıqdan ayrılması



77. Akkad dövlətini süquta uğratmışlar:

A) Kutilər;

B) Arattalılar;

C) Sular;

D) Gərgərlər;

E) Turukkilər



78. E.ə.550-ci ildə:

A) Midiya dövləti süqut etdi;

B) Kiaksar Lidiyanı ələ keçirdi;

C) Skiflər Midiyadan qovuldu;

D) Kiaksar Midiyada hakimiyyəti ələ aldı;

E) Sasanilər Midiyanı ələ keçirdilər



79. Qanunauyğunluq gözlənilmişdir:

A) Mehranilər sülaləsi- Girdman dövlətinin əsasını qoymuşdur;

B) Məzyədilər sülaləsi-Rəvvadilər sülaləsinin əsasını qoymuşdur;

qoymuşdur;

C) Kəsranilər sülaləsi – Şəddadilər dövlətinin əsasını qoymuşdur;

D) Yusif ibn Sac – Salarilər dövlətinin banişidir;

E) Cavanşir – Dərbəndlilər dövlətinin banisidir

80. V əsrə aiddir:

A) Aquan kilsə məclisi;

B) Albaniyanın Sasanilərin təsiri altına düşməsi;

C) Ərdəbil üsyanı;

D) Girdman üsyanı;

E) Sanatürkün Ermənistana yürüşü



81. 681-ci ildə:

A) Cavanşir Sui – qəsd nəticəsində öldürüldü;

B) Cavanşir Xəzər xaqanlığı ilə ittifaq bağladı;

C) Kadusiyyə döyüşü baş verdi;

D) Cavanşir əpəb xilafətinin himayəsinə girdi;

E) Cavanşir Bizans dövləti ilə ərəblərə qarşı ittifaq bağladı



82. Ərəb ağalığı dövründə Azərbaycanda əmirlərin səlahiyyətlərinə daxil idi:

A) Bütün mülki və hərbi hakimiyyət;

B) Başqa dövlətlərlə sülh müqavilələri bağlamaq;

C) Başqa dövlətlərə müharibə elan etmək;

D) Qanunlar qəbul etmək və öz adına pul kəsmək;

E) Sasanilərin dövlət idarəçiliyi qaydalarını qəti olaraq ləğv etmək



83. Hansı feodal dövlətinin mövcudluğu dövründə bütün Azərrbaycan torpaqları vahid şəkildə birlləşdirilmişdir:

A) Sacilər, Salarilər;

B) Şirvanşahlar,Səddadilər;

C) Rəvvadilər,Sacilər;

D) Salarilər,Məzyədilər;

E) Səfəvilər, Şəddadilər



84. XI-XII əsr Şirvan memarlığına aiddir:

1-Gülüstan qalası; 2-Qoşaminarə; 3-Qız qalası;

4-Darülmülk; 5-Qəleybuğurd; 6-Mərdəkan qalası

A) 1,3,5,6;

B) 1,2,3,4;

C) 1,4,5,6;

D) 3,4,5,6;

E) 1,2,3,6



85. Hülakülər dövlətinə aiddir:

1-Hökmdarların Elxan titulunu daşıması;

2-Dördüncü Monqol Ulusu olması;

3-Azərbaycan ərazisində meydana gəlməsi;

4-XV əsrin ortalarında meydana gəlməsi;

5-Monqolların II yürüşü nəticəsində meydana gəlməsi

A) 1,3;

B) 4,5;

C) 2,4;

D) 1,5;

E) 1,2


86. XV əsrə aiddir:

A) Malatya vuruşması

B) Çıldır vuruşması;

C) Kosovo döyüşü;

D) Almaqulağı döyüşü;

E) Amasiya sülhü;



87. Ağqoyunlu Sultan Yaquba aiddir:

1-Şirvanşahlarla dostluq münasibətləri;

2-Teymurilərə qarşı mübarizə;

3-Ərdəbil hakimlərinə qarşı mübarizə;

4-Qanunnamə»nin qəbul edilməsi;

5-Venesiya ilə dostluq münasibətlərinin bərpa edilməsi

A) 1,5;

B) 1,3;

C) 4,5;

D) 2,4;

E) 2,3


88. Şeyx Heydərin yürüşlərinə qarşı birləşmiş dövələtlər:

1-Qaraqoyunlu; 2-Şirvanşahlar; 3-Ağqoyunlu; 4-Osmanlı; 5-Teymurilər

A) 2,3;

B) 4,5;

C) 1,3;

D) 2,5;

E) 1,4;



89. Məşəl döyüşünün nəticəsi;

A) Osmanlılar qalib gəldi;

B) Krım xanlığı Şirvan ordusunu məğlub etdi;

C) Səfəvi ordusu qalib gəldi;

D) Şirvan üsyançıları qələbə qazandı;

E) Əlqas Mirzə qələbə qazandı



90. Şirvanşahlar dövlətinn şüqutundan neçə il sonra Şəki hakimliyinə son qoyuldu?

A) 13;


B) 12;

C) 15;


D) 18;

E) 20


91. 1724-cü il İstanbul müqaviləsinin şərtləri:

A) Xəzərsahili vilayətlər istisna olmaqla,Azərbaycanın bütün ərazisi Türkiyənin hakimiyyəti altına keçdi;

B) Xəzərsahili vilayətlər Türkiyəyə verildi;

C) Dərbənddən Astaraya qədər olan ərazilər Türkiyəyə verildi;

D) Xəzərin qərb və cənub sahilləri Türkiyəyə verildi;

E) Türk qoşunları xəzərsahili vilayətlərdən çıxarıldı



92. 1805-ci ildə Rusiyaya birləşdirilmiş xanlıqlar:

A) Qarabağ, Şəki, Şirvan;

B) Gəncə, Bakı, Quba;

C) Gəncə, Qarabağ, Bakı;

D) Bakı, Şirvan, İrəvan;

E) Şəki, Naxçıvan, Şirvan



93. Azərbaycanda 1848,1873-cü illərə uyğun gələn mühüm tarixi hadisələr:

A) Dünyada ilk dəfə buruq üsulu ilə neft quyusunun qazılması, milli teatrın əsasının qoyulması;

B) Milli teatrın əsasının qoyulması, ilk manufakturanın tikilməsi;

C) Milli teatrın əsasının qoyulması, ilk telefon xəttinin çəkilməsi;

D) İlk dəmir yolunun çəkilməsi, milli teatrın əsasının qoyulması;

E) İlk əczaxanaların açılması, «Əkinçi» qəzetinin nəşri



94. XIX əsrin I yarısında yaşamış hansı azərbaycan şairinin şerləri alman,rus və s.dillərə tərcümə olunmuşdur:

A) M.Ş.Vazeh

B) S.Ə.Şirvani;

C) M.Ə.Sabir;

D) M.P.Vaqif;

E) Qasım bəy Zakir;



95. XIX əsrin 60-cı illərində Zaqatalada şəxsi və torpaq hüquqlarının müəyyən edilməsi ilə əlaqədar islahatların keçirilməsini istəmirdilər:

A) Keşkəl sahibləri;

B) Muğallar;

C) Yengiloylar;

D) Rəncbərlər;

E) Elatlar



96. XX əsrin əvvəllərində Şimali Azərbaycanda xüsusi rəssamlıq təhsili almış peşəkar rəssam:

A) Bəhruz Kəngərli;

B) Əzim Əzimzadə;

C) Səttar Bəhlulzadə;

D) Maral Rəhmanzadə;

E) Toğrul Nəpimanbəyov



97. «Muğan Sovet Respublikası» yaranmışdır:

A) Azərbaycan Cümhuriyyətinə qarşı;

B) Osmanlı ordusuna qarşı;

C) Bakı Sovetinə qarşı;

D) Sentrokaspi diktaturası ilə yerli bolşeviklərə qarşı;

E) İngilis hakimiyyətinə qarşı



98. S.C.Pişəvəli başda olmaqla Cənubi Azərbaycanda Milli hökümət yaradılmışdır:

A) 12 dekabr 1945-ci ildə;

B) 6 yanvar 1946-cı ildə;

C) 16 fevral 1946-cı ildə;

D) 27 noyabr 1945-ci ildə;

E) 24 iyun 1946-cı ildə



99. Xronoloji ardıcıllığı müəyyən edin:

1-H.Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi;

2-«Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı»nın qəbbul edilməsi;

3-Azərbaycanın BMT-yə üzv qəbul olunması;

4-Xocalı faciəsi

A) 2,4,3,1;

B) 1,2,3,4;

C) 1,3,4,2;

D) 4,1,3,2;

E) 4,3,1,2



100. Xronoloji ardıcıllığı müəyyənləşdirin:

1-Azərbacan Xalq Cəbhəsinin təşkil olunması;

2-«Azərbaycan SSR-in suverenliyi haqqında» Konstitusiya qanununun qəbul edilməsi;

3-Naxcıvan MSSR-də Araz çayı boyu Sovet –İran şərhəd qurğularının dağıdılması;

4-Xalq hərəkatının ən yüksək dövrünün başlanması

A) 4,1,3,2

B) 1,2,3,4;

C) 4,2,1,3;

D) 3,2,4,1;

E) 1,2,4,3; E



101. Üst Paleolit dövründə Azərbaycanda:

-----1. Ulu icma mövcud olmuşdur.

-----2. Anaxaqanlıq mövcud olmuşdur.

-----3. “Azıx adamı” mövcud olmuşdur.

-----4. Qəbilə içması yaranmışdır

-----5. Ox və kaman ixtira edilmişdir.

A) 2,4


B) 1,3

C) 2,3


D) 1,4

E) 4,5


102. Kür –Araz mədəniyyətinə aiddir:

-----1. I ictimai əmək bölğüsü.

-----2. Toxa əkinçiliyinin yaranması

-----3. Köçmə (yaylaq) maldarlığının meydana gəlməsi.

-----4. İlk şəhər mərkəzlərinin yaranması

A) 1,3


B) 3,4

C) 2,3


D) 1,4

E) 1,2


103. Erkən tunc dövründə yaşayan əhalinin dini inamları və mərasimlərində baş vermiş dəyişikliklər:

-----1. Ölülərin evlərin içində dəfn edilməsi.

-----2. Ölüyandırma və kollektiv dəfnetmə adətinin meydana gəlməsi

-----3. Bəzi qəbirlərin üzərində kurqanların qurulması

-----4. Ölülərin sərdabələrdə dəfn edilməsi.

A) 2,3


B) 1,4

C) 3,4


D) 1,2

E) 1,3


104. Kiaksar Egey dənizi sahillərininə çıxmaq üçün müharibə aparmışdır.

A) Lidiya dövləti ilə

B) Assuriya dövləti ilə

C) Əhəmənilər dövləti ilə

D) Sasanilər dövləti ilə

E) Het dövləti ilə



105. E.ə.III əsrdə Atropatena asılı hala düşdü:

A) Selevkilərdən

B) Əhəmənilərdən

C) Assurlardan

D) Alanlardan

E) Romadan



106. E.ə. və eramızın I əsrində Albaniyaya hücum etmiş qüvvələr:

-----1. Alanlar 2.Hunlar 3.Romalılar

-----4.Massaketlər 5.Xəzərlər 6.Sabirlər

A) 1,3


B) 2,4

C) 1,5


D) 3,6

E) 3,5


107. Xəzər dənizində ticarət gəmilərinə mənsub olan feodal dövləti

A) Salarilər

B) Sacilər

C) Rəvvadilər

D) Şəddadilər

E) Dəbil əmirliyi



108. Məzdəkilər hərəkatının səbəbi:

A) Feodal istismarı, sasanilərin zülm və özbaşınalıqları

B) Yadellilərin özbaşınalığı, can vergisi, ərəblərin torpaqları siyahıya alması

C) İcma torpağının kəndlilərin əlindən alınması, uzun müddət davam edən quraqlıqdan sonra baş verən aclıq.

D) Feodal istismarının güclənməsi, islam dininin qəbul etdirilməsi

E) Feodal torpaq mülkiyyətinin möhkəmlənməsi, kəndlilərin vəziyyətinin ağırlaşması, monqol zülmü.



109. Ərəblərə qarşı mübarizə aparmaq üçün Cavanşir hansı dövlətlə ittifaq bağladı?

A) Bizansla

B) Xəzərlərlə

C) Alanlarla

D) Sasanilərlə

E) Parfiya ilə



110. 988-ci ildə Şirvanşahlara birləşdirilmiş mühüm ərazi:

A) Dərbənd

B) Gəncə

C) Şamaxı

D) Bakı

E) Qəbələ



111. 1028-ci ilə aiddir:

A) Qəznəvilərin təsiri ilə 2 min Oğuz ailsinin Azərbaycanda məskən salması

B) Xudafərin körpüsünün salınması

C) Şəddadilər dövlətinin yaranması

D) Kəsranilər sülaləsinin hakimiyyətə gəlməsi

E) Rəvvadilərin Şirvanı ələ keçirilməsi



112. İlk Səlcuq dövləti yaranmışdır:

A) 1038-ci ildə Nişapurda

B) 1040-cı ildə Mərvdə

C) 961-ci ildə Bağdadda

D) 1050-ci ildə İsfahanda

E) 1045-ci ildə Həmədanda



113. Səlcuqların Bizans hərbi qüvvələrini məğlub etməsinin əhəmiyyəti:

A) Azərbaycanın qərb torpaqları erməni, bizans və gürcü hücumlarından xilas oldu.

B) Azərbaycanda müstəqil feodal dövləti yarandı.

C) Şəddadilər dövləti müstəqil oldu.

D) Azərbaycan torpaqları Bizans əsarətindən çıxararaq müstəqil oldu.

E) Şirvanşahlar dövləti qüvvətləndi.



114. XI-XII əsrlərdə ucaldılmış müdafiə tikilisi:

A) Bakıda Qız qalası, Gülüstan qalası

B) Qaleybuğrud qalası, Govurqala

C) Mərdəkan qalaları, Cavanşir qalası

D) Əlincə qalası, Əsgəran qalası

E) Gülüstan qalası, Bayat qalası



115. XI –XIII əsrlərin görkəmli Azərbaycan şairləri:

A) Əbül-üla Gəncəvi, Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xəqani Şirvani, Nizami Gəncəvi

B) Qətran Təbrizi,Nəimi, Fəlaki Şirvani, Məhsəti Gəncəvi, Xəqani Şirvani

C) Həsənoğlu, Cahanşah Həqiqi, Əbül-üla Gəncəvi, Nizami Gəncəvi

D) Xəqani,Əcəmi, Rəşidəddin, Məhəmməd Naxçıvani, Nizami Gəncəvi

E) Fələki Şirvani, Mücürəddin Beyləqani, Nizami Gəncəvi, Səfiəddin Ürməvi, Əvhədi



116. Hökmdarlar hansı dövlətlərə məxsusdur?

-----1. Fərrux Yassar 2. Qara Yusif

-----3. Uzun Həsən 4. I Təhmasib

A) Şirvanşahar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər.

B) Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər

C) Girdman, Sacilər, Rəvvadilər,Səfəvilər

D) Şirvanşahar, Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu

E) Elxanilər, Rəvvadilər, Ağqoyunlu, Səfəvilər



117. 1410-cu ilə aiddir:

-----1. Qaraqoyunlu dövlətinin yaranması

-----2. Sərdrud döyüşü

-----3. II Şənbi Qazan döyüşü

-----4. Şirvanşahlar dövlətinin süqutu

-----5. Çapaqçür döyüşü

A) 1,3


B) 1,2

C) 3,4


D) 1,5

E) 2,4


118. Səfəvilər hansı dövlətlə qohumluq münasibətlərində idilər?

A) Ağqoyunlu

B) Qaraqoyunlu

C) Şirvanşahlar

D) Osmanlı

E) Teymurilərlə



119. I İsmayılın qələbə qazandığı döyüşlər:

-----1. Caldıran 2. Şərur 3.Çobani

-----4.Mus 5.Almaqulağı 6.İsfahan

A) 2,3,5

B) 4,5,6

C) 2,3,4

D) 3,4,6

E) 1,2,3



120. Səfəvilər dövlətində baş komandan adlanırdı:

A) Əmir-ül-ümara

B) Kələntər

C) Darğa

D) Vəzir

E) Sədr



121. I Şah Abbasın “Böyük sürgün” siyasətinə aiddir:

-----1. Naxçıvan, İrəvan və Culfa əhalisinin mərkəzi İrana köçürülməsi

-----2. Erməni və gürcü əhalisinin Dərbənddə yerləşdirilməsi

-----3. İranın məhsuldar qüvvələrini inkişaf etdirmək

-----4. Dünya tranzit ticarətinin əsas yolunu Səfəvilər dövlətinin cənubuna, İran körfəzi limanlarına köçürmək.

-----5. Şərqi Anadolu əhalisinin Qarabağa köçürülməsi.

-----6. Ərdəbil əhalisinin Təbrizə köçürülməsi

A) 1,3,4

B) 2,3,4

C) 4,5,6

D) 3,4,5

E) 1,4,5



122. XVII əsrdə bağlanmış Osmanlı –Səfəvi müqavilələri:

A) Mərənd,Qəsri-Şirin

B) Amasiya, Mərənd

C) Sərab, İstanbul

D) Qəsri-Şirin, Amasiya

E) Təbriz, İstanbul



123. “Şərəfnamə” əsərinin müəllifi:

A) Şərəfxan Bitlisi

B) İsgəndər bəy Münşi

C) Həsən bəy Ordubadi

D) Abdulla xan Ustaclı

E) İbn Xandəmir



124. Səfəvi dövlətində bəylərbəyilər:

-----1. Şah tərəfindən təyin olunurdular

-----2. Çərik ordusuna rəhbərlik edirdilər

-----3. Ali məclisi idarə edirdilər

-----4. Bəylərbəylikləri idarə edirdilər

-----5. Vergi toplayır, hərbi qüvvə saxlayır və hərbi yürüşlərdə iştirak edirdilər

-----6. Dini idarələrə başçılıq edirdilər

A) 1,4,5

B) 1,2,4

C) 2,4,5

D) 1,2,5

E) 2,3,6



125. Səfəvilər dövlətində mövcud olmamış torpaq mülkiyyəti:

A) soyurqal

B) xass

C) tiyul

D) vəqf

E) divan



126. Xronoloji ardıcıllığı tapın:

-----1. Qəsri - Şirin müqaviləsinin bağlanması

-----2. Sərab müqaviləsinin bağlanması

-----3. Mərənd müqaviləsinin bağlanması

-----4. “Şeyx Səfi” xalçasının toxunması

A) 4,2,3,1

B) 1,2,4,3

C) 2,1,3,4

D) 4,3,1,2

E) 3,4,1,2



127. 1677-ci ildə Qacar və Bayat tayfalarının qiyamı üçün səciyyəvidir:

A) Səfəvilərə qarşı yönəlməsi

B) Osmanlıya qarşı yönəlməsi

C) Əfqanlara qarşı yönəlməsi

D) Hacı Davuda qarşı yönəlməsi

E) Nadir şah Əfşara qarşı yönəlməsi



128. 1724-cü ildə Cənubi Qafqaz Rusiya ilə ... arasında bölüşdürüldü.

A) Osmanlı

B) İran

C) Gürcüstan

D) Əfqanıstan

E) Kaxetya



129. Rəst müqaviləsində nəzərdə tutulurdu.

-----1. Kürdən cənubdakı torpaqların Səfəvilərə qaytarılması

-----2. Təngi qalasının Rusiyaya verilməsi

-----3. Şirvanın Osmanliya qaytarılması

-----4. Rus tacirlərinə güzəştlərin verilməsi

-----5. Osmanlı dövlətinin Xəzərsahili bölgələrə buraxılmaması

-----6. Şirvanın yarimmüstəqil dövlətə çevrilməsi

A) 1,4,5

B) 1,2,3

C) 4,5,6

D) 2,3,4

E) 2,3,6



130. XVIII əsrin 30-cu illərinə aid deyil:

A) Şəkidə Hacı Çələbi üsyanının baş verməsi

B) Gəncə müqaviləsinin bağlanması

C) Suqovuşan qurultayının keçirilməsi

D) Rəşt müqaviləsinin bağlanması

E) Suqovuşan qurultayının keçirilməsi



131. Fətəli xan Əfşara aid deyil:

A) Kərim xan Zəndin öldürülməsi

B) Qarabağ xanlığına yürüş təşkil edilməsi

C) Qəmşə döyüçündə qələbə qazanması

D) Qaraçəmən döyüşündə Zəndlərlə toqquşması

E) Urmiya xanlığının əsasının qoyulması



132. Şamaxı xanlığına aid deyil:

A) “Şiraz qonaqlığı”nda iştirak etməsi

B) Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi

C) İkihakimiyyətliyin mövcud olması

D) M.Səid və Ağası xanın hakimiyyətinin mövcud olması

E) 1790-cı ildə yenidən müstəqil olması



133. Fətəli xanın köçürmə siyasətinin məqsədləri:

-----1. Quba xanlığının əhalisini artırmaq

-----2. Rus işğalının qarşısını almaq

-----3. Xanlığın sərhədlərini möhkəmləndirmək

-----4. Şirvanda özünə dayaq yaratmaq

-----5. Ara müharibələrinə son qoymaq

-----6. Daxili çəkişmələrə son qoymaq

A) 1,3,4

B) 1,3,5

C) 3,5,6

D) 2,3,5

E) 3,4,5



134. “Xatın arxı” döyüşündə məğlub edildi:

A) Məhəmmədhəsən xan Qacar

B) Ağa Məhəmməd xan Qacar

C) Kərim xan Zənd

D) Fətəli xan Əfşar

E) Qubalı Fətəli xan



135. Şimali Azərbaycan xanlıqlarında maaflar:

-----1. İmtiyazlı təbəqə hesab olunurdular.

-----2. Sənətkarlıqla məşğul olurdular

-----3. Rütbələri xan tərəfindən verilirdi

-----4. Asayiş qoruyucuları olmaqla bərabər qoşunun əsasını təşkil edirdilər

-----5. Rəiyyət, rəncbər, elatlara bölünürdülər

-----6. Mahalları idarə edirdilər

A) 1,3,4

B) 2,5,6

C) 1,2,3

D) 4,5,6

E) 2,4,5



136. 1847-ci il “Kənli əsasnamələri” nə əsasən kəndlilər:

-----1. İki gün hamılıqla əvzərə çıxmalı idilər.

-----2. Bütün vergi və mükəlləfiyyətlərdən azad edilirdilər

-----3. 10 desyatin torpaq payına malik olmalı idilər

-----4. Malcəhət və çöpçaşı vergisi ödəməli idilər

A) 1,4


B) 1,3

C) 2,4


D) 2,3

E) 1,2


137. İlk dəfə nota alınmış Azərbaycan xalq mahnısı

A) “Dərbəndli Fətəlinin İran mahnısı”

B) “Sarı gəlin”

C) “Qalanın dibində”

D) “Xarı bülbüllər”

E) “Qarabağ şikəstəsi”



138. Rusiyanın IV dövlət Dumasına Deputat seçilmişdir:

A) M.Cəfərov

B) Ə.Topçubaşov

C) F.X.Xoyski

D) M.Əliyev

E) X.Xasməmmədov



139. 1905-1911-ci illər İran inqilabı dövründə ilk silahlı üsyan baş vermişdir:

A) Təbrizdə

B) Tehranda

C) Marağada

D) Xoyda

E) Ərdəbildə



140. Xronoloji ardıcıllığı tapın:

-----1. AXC-nin yaranması

-----2. Ərzincan müqaviləsinin bağlanması

-----3. Zaqafqaziya Kommisarlığının yaradılması

-----4. Trabzon konfransının işə başlanması

-----5. Bakı XKC- nin yaranması

A) 3,2,4,5,1

B) 4,5,3,2,1

C) 2,3,4,5,1

D) 2,3,1,4,5

E) 1,5,4,3,2



141. 1920-ci ildə Azərbaycan kəndlilərinin vəziyyətini daha da ağırlaşdırdı.

A) Ərzaq sapalağının tətbiq edilməsi

B) Sənayeləşdirmə

C) Yeni iqtisadi siyasətin tətbiq edilməsi

D) Kollektivləşdirmə

E) İdarəçilikdə sərt mərkəzləşmə prinsipinə keçilməsi



142. 1929-cu il Sovet Azərbaycanına aiddir:

-----1. Latın qrafikasına keçidin başa çatması

-----2. Bəstəkarlar İttifaqının yaradılması

-----3. SSRİ EA-nın Azərbaycan filialının yaradılması

-----4. “Koroğlu” operasının səhnəyə qoyulması

-----5. Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun yaradılması

A) 1,5


B) 2,3

C) 1,4


D) 3,5

E) 2,5


143. Güney Azərbaycanda 1945-ci ildə qurulmuş Milli hökümətin fəaliyyətinə aid deyil:

A) “Təcəddüd” qəzetinin nəşr edilməsi

B) “Əmək haqqında qanun”un qəbul edilməsi

C) “Dil haqqında” qanunun qəbul edilməsi

D) Təbriz Universitetinin təsis edilməsi

E) “Xalisə” torpaqalarının kəndlilər arasında bölüşdürülməsi



144. M.C.Bağırov Azərbaycan KP MK-nın birinci katibi olmuşdur:

A) 19 il

B) 18 il

C) 17 il

D) 20 il

E) 21 il



145. Rəssam deyil:

A) Mustafa Mərdanov

B) Tahir Salahov

C) Səttar Bəhlulzadə

D) Mikayıl Abdullayev

E) Vəcihə Səmədova



146. Marağa rəsədxanasının tikilməsindən neçə il sonra Azərbaycan SSR EA təsis olunmudur?

A) 686


B) 450

C) 702


D) 730

E) 738


147. 1990-cı ilin 19 mayında Azərbaycanda təsis edildi:

A) Prezident vəzifəsi

B) Dövlət katibi vəzifəsi

C) Milli Məclis

D) Dövlət Müdafiə Şurası

E) Milli Elmlər Akademiyası



148. 1991-ci il 14 sentyabrda:

A) Azərbaycan Kommunist partiyası buraxıldı

B) H.Əliyev Naxçıvan MR Ali məclisinin sədri seçildi

C) H.Əliyev Moskvada öz vəzifəsindən istefa verdi

D) Gəncənin tarixi adı bərpa edildi

E) Azərbaycanlıların Ermənistandan deportasiyası başladı



149. 2001-ci il 18 iyul fərmanına əsasən:

A) Latın əlifbasına keçildi

B) Senzura ləğv edildi

C) “H.Əliyev” ordeni təsis edildi

D) “Bilik günü” təsis edildi

E) Ombustman təsis edildi



150. 2003-cü ilə aid deyil:

A) Dünya Azərbaycanlılarının II qurultayı

B) İ.Əliyevin baş nazir təyin edilməsi

C) İ.Əliyevin Prezident seçilməsi



D) H.Əliyevin vəfat etməsi

E) İ.Əliyevin AŞ PA-nın vitse-prezidenti və büro üzvü seçilməsi
Yüklə 204,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin