4. İSA UĞURLU SİYASƏTÇİ İLƏ GÖRÜŞÜR (Mark 10:17-27) ƏTRAFLI MƏLUMAT: İsanın başqa tərcümeyi-halları bizə bildirir ki, burada haqqında danışılan şəxs cavan olsa da artıq parlamentin (böyük şura adlanırdı) üzvü idi. (Matta 10:22 və Luka 18:18). Həmin insan Müqəddəs Kitabdan bilirdi ki, ölümündən sonra o ya əbədi həyatı, ya da əbədi cəhənnəmi miras alacaq. Diqqət yetirin ki, həmin mədəniyyətdə kişilər nə qaçırdılar, nə də başqa bir insan qarşısında diz çökürdülər.
1. Siz necə fikirləşirsiniz: insan öz ölümündən sonra başına nə gələcəyini bilmədən xoşbəxt ola bilərmi?
Şuranın bu cavan üzvünün belə qeyri-adi hərəkət etməsinə, qaçaraq İsanın qarşısında diz çökməsinə onu nə vadar etdi (17)?
Bu insan İsanı Allah, yoxsa sadəcə qeyri-adi müdrik bir adam hesab edirdi (17b-18)?
2. Bu insan bütün həyatı boyu Allahın əmrlərinə əməl etsə də nəyə görə xilasına əmin deyildi?
Nəyə görə biz ölümdən sonra cənnətə gedəcəyimizə həmişə əmin deyilik?
Sizcə kimsə öz ölümündən sonra cənnətə gedəcəyinə əmin ola bilər? Səbəblərinizi göstərin.
3. İsanın burada qeyd etdiyi əmrlərdən hansı birinə əməl etmək ən çətindir (19)?
Bir çox siyasətçilər pul və cinsi əlaqə məsələlərində korlanmağa sövq olunurlar. Bu insan bütün bu sövq olunmaların içərisində necə təmiz qala bilmişdi (20)?
Diqqət yetirin ki, İsanın fikrincə əmrlər təkcə əməldə deyil, həm də sözdə və fikirdə olmalıdır. Sizcə bu cavan insan artıq belə edirdimi (19-20)?
Bu cavan insanın 20-ci ayədə dediyi kimi sizə də səmimi tərzdə həmin sözləri deyə bilərsinizmi?
4. Cavan siyasətçinin bir şeyi çatışmırdı. 21-ci ayəni yekunlaşdırın və deyin, onun nəyi çatışmırdı? 5. İsa 21-ci ayədə göydə xəzinə barədə danışır. İnsan göydə xəzinəni necə yığa bilər?
Yerdəki xəzinə ilə göydəki xəzinə arasında nə fərq var?
İndiki dövrdə adətən cavanların ən çox qiymətləndirdikləri “xəzinələr” nələrdir?
Sənin ən qiymətli xəzinən kimdir və ya nədir? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)
6. Bu cavan oğlanın yəqin ki, qayğısına qalmalı olduğu ailəsi və yaşlı valideynləri var idi. Əgər o İsanın 21-ci ayədəki dəvətinə cavab versəydi, onların başına nə gələrdi?
Təsəvvür edin ki, siz bu cavan siyasətçinin yerindəsiniz. Siz inanardınızmı ki, siz evinizdən və bütün var-dövlətinizdən imtina etsəydiniz, Allah ailənizin qayğısına qalar?
Sizcə yer üzündə xəzinənizdən imtina etsəydiniz, xəzinəniz göylərə göndərilərdimi? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)
7. 21-ci ayəyə əsasən İsa cavan siyasətçini sevirdi? Onda nəyə görə İsa ona belə çətin sözlər dedi ki, o çıxıb getdi? 8. Cavan oğlan İsanın tələbini həyata keçirə bilmədiyini aşkar edəndə o İsanı tərk etməkdən başqa nə etdi? (22)?
Əgər bu oğlan İsaya desəydi: “Məni bağışla ki, mən pulu Səndən çox sevirəm”, İsa ona nə cavab verərdi?
9. Bu söhbətdən sonra cavan oğlanın həyatını təsəvvür edin: O şad idi? O, ölüm barədə nə fikirləşirdi?
İsanın bu cavan siyasətçiyə verdiyi cavabı Onun Peterə verdiyi cavab ilə müqayisə edin (21 və 27-ci ayə). Onun cavabı əsasən eyni idi, yoxsa fərqli idi?
Ölümdən sonra kim cənnətə gedə bilər?
10. XOŞ XƏBƏR SUALLARI: “Allah üçün hər şey mümkündür” bu deməkdir: İsa göylərdə xəzinəsindən imtina edərək, əzab çəkib ölmək üçün bu dünyaya gəldi ki, sən cənnətə giriş bileti əldə edəsən. Bu cavan oğlanın səhvi bu idi ki, O İsanı tərk etdi. Sən nə edəcəksən? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)
(Hər bir kəs cavab versin): Bu dəfə sizin mətndən öyrəndiyiniz ən vacib şey nə idi?