4. İSa uğurlu siyasəTÇİ İLƏ GÖRÜŞÜR (Mark 10: 17-27) Ətrafli məlumat



Yüklə 10,15 Kb.
tarix22.10.2017
ölçüsü10,15 Kb.
#10689

4. İSA UĞURLU SİYASƏTÇİ İLƏ GÖRÜŞÜR (Mark 10:17-27)
ƏTRAFLI MƏLUMAT: İsanın başqa tərcümeyi-halları bizə bildirir ki, burada haqqında danışılan şəxs cavan olsa da artıq parlamentin (böyük şura adlanırdı) üzvü idi. (Matta 10:22 və Luka 18:18). Həmin insan Müqəddəs Kitabdan bilirdi ki, ölümündən sonra o ya əbədi həyatı, ya da əbədi cəhənnəmi miras alacaq. Diqqət yetirin ki, həmin mədəniyyətdə kişilər nə qaçırdılar, nə də başqa bir insan qarşısında diz çökürdülər.
1. Siz necə fikirləşirsiniz: insan öz ölümündən sonra başına nə gələcəyini bilmədən xoşbəxt ola bilərmi?

  • Şuranın bu cavan üzvünün belə qeyri-adi hərəkət etməsinə, qaçaraq İsanın qarşısında diz çökməsinə onu nə vadar etdi (17)?

  • Bu insan İsanı Allah, yoxsa sadəcə qeyri-adi müdrik bir adam hesab edirdi (17b-18)?


2. Bu insan bütün həyatı boyu Allahın əmrlərinə əməl etsə də nəyə görə xilasına əmin deyildi?

  • Nəyə görə biz ölümdən sonra cənnətə gedəcəyimizə həmişə əmin deyilik?

  • Sizcə kimsə öz ölümündən sonra cənnətə gedəcəyinə əmin ola bilər? Səbəblərinizi göstərin.


3. İsanın burada qeyd etdiyi əmrlərdən hansı birinə əməl etmək ən çətindir (19)?

  • Bir çox siyasətçilər pul və cinsi əlaqə məsələlərində korlanmağa sövq olunurlar. Bu insan bütün bu sövq olunmaların içərisində necə təmiz qala bilmişdi (20)?

  • Diqqət yetirin ki, İsanın fikrincə əmrlər təkcə əməldə deyil, həm də sözdə və fikirdə olmalıdır. Sizcə bu cavan insan artıq belə edirdimi (19-20)?

  • Bu cavan insanın 20-ci ayədə dediyi kimi sizə də səmimi tərzdə həmin sözləri deyə bilərsinizmi?


4. Cavan siyasətçinin bir şeyi çatışmırdı. 21-ci ayəni yekunlaşdırın və deyin, onun nəyi çatışmırdı?
5. İsa 21-ci ayədə göydə xəzinə barədə danışır. İnsan göydə xəzinəni necə yığa bilər?

  • Yerdəki xəzinə ilə göydəki xəzinə arasında nə fərq var?

  • İndiki dövrdə adətən cavanların ən çox qiymətləndirdikləri “xəzinələr” nələrdir?

  • Sənin ən qiymətli xəzinən kimdir və ya nədir? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)


6. Bu cavan oğlanın yəqin ki, qayğısına qalmalı olduğu ailəsi və yaşlı valideynləri var idi. Əgər o İsanın 21-ci ayədəki dəvətinə cavab versəydi, onların başına nə gələrdi?

  • Təsəvvür edin ki, siz bu cavan siyasətçinin yerindəsiniz. Siz inanardınızmı ki, siz evinizdən və bütün var-dövlətinizdən imtina etsəydiniz, Allah ailənizin qayğısına qalar?

  • Sizcə yer üzündə xəzinənizdən imtina etsəydiniz, xəzinəniz göylərə göndərilərdimi? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)


7. 21-ci ayəyə əsasən İsa cavan siyasətçini sevirdi? Onda nəyə görə İsa ona belə çətin sözlər dedi ki, o çıxıb getdi?
8. Cavan oğlan İsanın tələbini həyata keçirə bilmədiyini aşkar edəndə o İsanı tərk etməkdən başqa nə etdi? (22)?

  • Əgər bu oğlan İsaya desəydi: “Məni bağışla ki, mən pulu Səndən çox sevirəm”, İsa ona nə cavab verərdi?


9. Bu söhbətdən sonra cavan oğlanın həyatını təsəvvür edin: O şad idi? O, ölüm barədə nə fikirləşirdi?

  • İsanın bu cavan siyasətçiyə verdiyi cavabı Onun Peterə verdiyi cavab ilə müqayisə edin (21 və 27-ci ayə). Onun cavabı əsasən eyni idi, yoxsa fərqli idi?

  • Ölümdən sonra kim cənnətə gedə bilər?


10. XOŞ XƏBƏR SUALLARI: “Allah üçün hər şey mümkündür” bu deməkdir: İsa göylərdə xəzinəsindən imtina edərək, əzab çəkib ölmək üçün bu dünyaya gəldi ki, sən cənnətə giriş bileti əldə edəsən. Bu cavan oğlanın səhvi bu idi ki, O İsanı tərk etdi. Sən nə edəcəksən? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)

  • (Hər bir kəs cavab versin): Bu dəfə sizin mətndən öyrəndiyiniz ən vacib şey nə idi?

Yüklə 10,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin