4. ms excel-də işçi vərəqlər və xanalar



Yüklə 23,28 Kb.
tarix15.11.2023
ölçüsü23,28 Kb.
#132525
növüYazı
3(1)(3)

    Bu səhifədəki naviqasiya:
  • F o nt


4. MS Excel-də işçi vərəqlər və xanalar

Hücrәyә verilәni daxil etmәk üçün mausun oxunu onun üzәrinә gәtirib sol düymәni sıxmaq kifayәtdir. Daxil olma әmәliyyatını tamamladıqdan sonra digәr hücrәyә (hücәrәdn aşağıda yerlәşәn hücrә nәzәrdә tutulur) keçmәk üçün [Enter] düymәsi sıxılmalıdır. Sağ tәrәfdә yerlәşәn hücrәyә keçmәk üçün [Tab] düymәsini sıxmaq lazımdır.


Bir iş vәrәqindә bir neçә cәdvәl hazırlamaq olar. Cәdvәldә müәyyәn yazılar yazmaq üçün Font (Шрифт-Yazı tipi)ni seçmәk lazımdır. Şrifti seçmәk üçün Home (Главная-Әsas) qoşmasındakı ( ) qutudan istifadә etmәk olar. Әsas dörd standart şriftdәn istifadә emәk mәslәhәtdir: Times New Roman, Calibri, Arial, Courier New.
Hazırlanmış materialın istifadә üçün daha da әlverişli olmasından ötrü bәzәn yazılmış sözü vә ya әdәdi qalın, kursiv vә altıxәtli etmәk lazım gәlir. Bunun üçün lent üzәrindәki Bold (Жирный-Qalın), Italic (Курсив- Kursiv) vә Underline (Подчеркнутой-Altıxәtli) düymәlәrindәn istifadә edilә bilәr.
Bir çox hallarda hazırlanmış materiala rәng vermәk tәlәb olunur. Bunun üçün Font (Шрифт-Şrift) qrupuna daxil olan Color (Цвет-Rәng) düymәsindәn istifadә mümkündür. Mausun oxunu düymәnin sağ tәrәfindәki aşağı istiqamәtlәnmiş ox üzәrinә gәtirin vә sol düymәni sıxın. Ekrana rәnglәr palitrası açılacaq. Lazım olan rәngi rәnglәr palitrasından seçә bilәrsiniz. Hücrәyә daxil edilmiş verilәn üzәrindәәyyәn әmәliyyatları yerinә yetirmәk olar. Әgәr hücrә daxilindәki material istifadәçiyә lazım deyilsә, o, mausun oxunu lazım olmayan material üzәrinә gәtirib sol düymәnin xılmış vәziyyәtindә onu seçmәli, sonra isә [Del] vә ya [Backspace] düymәsini sıxmalıdır. Әmәliyyatı sonlandırmaq üçün [Enter] düymәsini sıxın. Bir çox hallarda hücrәyә yazılmış verilәnlәri redaktә etmәk lazım gәlir. Bunun üçün mausun oxunu hücrә üzәrinә gәtirin vә sol düymәni sıxın, daha doğrusu hücrәni qeyd edin. Redaktә iki üsulla aparıla bilәr: mausun oxunu düstur sәtiri üzәrinә gәtirmәklә vә ya funksional düymәlәr dәstindәki [F2] düymәsini sıxmaqla. Hәr iki halda әmәliyyatın tamamlanması [Enter] düymәsinin sıxılması ilә başa çatır.


Yüklə 23,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin