Hücrәyә verilәni daxil etmәk üçün mausun oxunu onun üzәrinә gәtirib sol düymәni sıxmaq kifayәtdir. Daxil olma әmәliyyatını tamamladıqdan sonra digәr hücrәyә (hücәrәdn aşağıda yerlәşәn hücrә nәzәrdә tutulur) keçmәk üçün [Enter] düymәsi sıxılmalıdır. Sağ tәrәfdә yerlәşәn hücrәyә keçmәk üçün [Tab] düymәsini sıxmaq lazımdır.
Bir iş vәrәqindә bir neçә cәdvәl hazırlamaq olar. Cәdvәldә müәyyәn yazılar yazmaq üçün Font (Шрифт-Yazı tipi)ni seçmәk lazımdır. Şrifti seçmәk üçün Home(Главная-Әsas) qoşmasındakı ( ) qutudan istifadә etmәk olar. Әsas dörd standart şriftdәn istifadә emәk mәslәhәtdir: Times New Roman, Calibri, Arial, Courier New.
Hazırlanmış materialın istifadә üçün daha da әlverişli olmasından ötrü bәzәn yazılmış sözü vә ya әdәdi qalın, kursiv vәaltıxәtli etmәk lazım gәlir. Bunun üçün lent üzәrindәki Bold (Жирный-Qalın), Italic (Курсив- Kursiv) vә Underline (Подчеркнутой-Altıxәtli) düymәlәrindәnistifadә edilәbilәr. Bir çox hallarda hazırlanmış materiala rәng vermәk tәlәb olunur. Bunun üçün Font (Шрифт-Şrift) qrupuna daxil olan Color (Цвет-Rәng) düymәsindәn istifadәmümkündür.Mausunoxunudüymәninsağtәrәfindәkiaşağı istiqamәtlәnmiş ox üzәrinә gәtirin vә sol düymәni sıxın. Ekrana rәnglәr palitrası açılacaq. Lazım olan rәngi rәnglәr palitrasından seçә bilәrsiniz. Hücrәyәdaxil edilmiş verilәn üzәrindә müәyyәn әmәliyyatları yerinә yetirmәk olar. Әgәr hücrә daxilindәki material istifadәçiyә lazım deyilsә, o, mausun oxunu lazım olmayan material üzәrinәgәtirib sol düymәnin sıxılmış vәziyyәtindәonuseçmәli,sonraisә[Del]vәya[Backspace] düymәsini sıxmalıdır. Әmәliyyatı sonlandırmaq üçün [Enter] düymәsini sıxın. Bir çox hallarda hücrәyә yazılmış verilәnlәri redaktә etmәklazımgәlir.Bununüçünmausunoxunuhücrәüzәrinәgәtirin vә sol düymәni sıxın, daha doğrusu hücrәni qeyd edin. Redaktәikiüsullaaparılabilәr:mausunoxunudüstur sәtiri üzәrinә gәtirmәklә vә ya funksional düymәlәr dәstindәki [F2] düymәsini sıxmaqla. Hәr iki halda әmәliyyatın tamamlanması [Enter] düymәsinin sıxılması ilә başa çatır.