4-Təbii fəlajət,istehsalat qəzaları və hücum zamanı yaranan zədələnmə ocaqlarında əhalinin davranış və fəaliyyət qaydaları.
Nüvə hücumu zamanı əhalinin davranış və fəaliyyət qaydaları.
Əhalinin nüvə zədələnmə ocağındakı fəaliyyəti və davranışı nüvə hücumu zamanı harada olmasından (Sığınacaqlarda (daldalanacaqlarda) və ya onlardan kənarda) asılıdır.
Sığınacaqlarda olarkən yalnız rəhbər şəxslərin tələblərini yerinə yetirmək kifayətdir. Tənəffüs orqanlarını qoruyan fərdi mühafizə vasitələrini (FMV) daim hazır vəziyyətdə saxlamaq lazımdır. Sığınacaqlardan çıxarkən isə bu FMV-ləri geymək lazımdır.
Nüvə hücumu zamanı sığınacaqlardan kənarda, açıq sahələrdə və ya küçələrdə olarkən ən yaxın təbii daldanacaqlardan istifadə etmək lazımdır. Belə daldalanacaqlar yoxdursa, partlayışdan əks tərəfə çevrilərək, üzü aşağı yerə uzanmaq, əlləri bədənin altında gizlətmək vacibdir; partlayışdan 15 - 20 san sonra, zərbə dalğası bitən kimi qalxmaq və radioaktiv maddələrin insanın daxilinə keçməsinin qarşısını almaq məqsədilə əleyhqaz, respirator və ya tənəffüz orqanlarını qorumaq üçün ağzı, burnu örtmək üçün dəsmal, şərf və ya qalın parçadan istifadə etmək lazımdır. Bundan sonra paltar və ayaqqabının üzərinə yayılan tozu çırpmaq, əldə olan dərini qoruyan mühafizə vasitələrini geymək (əgər varsa), zədələnmə ocağından uzaqlaşmaq vacibdir.
Dostları ilə paylaş: |