Kimyəvi silahın tətbiqi zamanı əhalinin davranış və fəaliyyət qaydaları.
Düşmən tərəfindən kimyəvi silahının tətbiqi aşkar edildikdə (“Kimyəvi həyəcan” siqnalı ilə) dərhal əleyhqaz, ehtiyac duyulduqda dəri mühafizə vasitələrini geymək, əgər yaxınlıqda sığınacaq və ya daldalanacaq varsa ora sığınmaq lazımdır. İçəri daxil olmazdan öncə dəri mühafizə vasitələrini və üst paltarı çıxarmaq və girişdəki tamburda yerləşdirmək gərəkdir (əleyhqaz içəri daxil olduqdan sonra çıxarılır). Kimyəvi zədələnmə ocağından çıxarkən xüsusi yol nişanları və ya Mülki müdafiə postları istiqamətində hərəkət etmək lazımdır, əgər nişanlar yoxdursa, həmin ərazidən küləyə perpendikulyar istiqamətdə çıxmaq vacibdir. Belə ərazidə tez hərəkət etmək, lakin qaçmamaq və toz qaldırmamaq, binalara və ətrafdakı əşyalara toxunmamaq, görünən ZM-lərə ayaq basmamaq lazımdır.
Zəhərlənmiş ərazidə əleyhaqzları çıxarmaq qadağandır (əgər zəhərli olub olmamasına dair hər hansı bir şübhə varsa, həmin yerdə zəhərli ərazidəki kimi davranmaq lazımdır).
Bağlar, bostanlar, əkin sahələri, parklar olan ərazidə xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki budaq və yarpaqlarda ZM ola bilər və onlara toxunduqda ZM-in paltara və ya ayaqqabıya keçmək ehtimalı mövcuddur.
Dostları ilə paylaş: |