4-Təbii fəlajət,istehsalat qəzaları və hücum zamanı yaranan zədələnmə ocaqlarında əhalinin davranış və fəaliyyət qaydaları


Subasmalar zamanı əhalinin davranış qaydaları



Yüklə 29,7 Kb.
səhifə5/8
tarix17.04.2022
ölçüsü29,7 Kb.
#115339
növüQaydalar
1   2   3   4   5   6   7   8
MM-midt

Subasmalar zamanı əhalinin davranış qaydaları
Kifayət qədər vaxt olduqda, təhlükəli rayonlarda yaşayan əhali öz əmlakı ilə birlikdə yaxındakı təhlükəsiz əraziyə köçürülür.
Bu zaman sənədlər, qiymətli və lazımlı əşyalar, tez xarab olmayan qidalardan ibarət ərzaq ehtiyatı götürülür. Sonuncu təxliyə məntəqəsində qeydiyyatdan keçmək lazımdır.
Evdən çıxmazdan əvvəl elektriki və qazı, istilik sobalarındakı odu söndürmək, çöldəki bütün üzə bilən əşyaları yerinə bərkitmək, yaxud da onları bir dalana yığmaq gərəkdir. Əgər vaxt imkan verirsə, qiymətli ev əşyaları yuxarı mərtəbələrdə, yaxud çardağa yerləşdirilir. Qapı və pəncərələr bağlanılır, vaxt varsa, birinci mərtəbənin qapı və pəncərələri lövhələr ilə bərkidilir.
Müəssisə və təşkilatlarda subasma təhlükəsi yaranarsa iş rejimi dəyişdirilir, bəzi hallarda isə ümumiyyətlə dayandırılır.
Subasma təhlükəsi olan ərazidə tədris müəssisələri işlərini dayandırır. Şagird və tələbələr təhlükəsiz rayonlarda yerləşən tədris müəssisələrinə köçürülürlər.
Subasma dərhal baş verirsə, təxliyə təşkil olunmayıbsa, yardım gələnə, yaxud su çəkilənədək evin, binanın yuxarı mərtəbələrinə (və ya damlarına) qalxmaq yaxud digər hündür əşyaların üstündə qalmaq lazımdır. İş yerlərində və ya açıq sahədə olarkən hündür əşyaların üstünə çıxmaq, müxtəlif növ üzən əşyalardan (təkər kamerası və s.) istifadə etmək gərəkdir. Bu zaman daimi olaraq fəlakət haqqında siqnal vermək: gündüz vaxtı – yaxşı seçilə bilən parçanı ağaca keçirib yelləmək, gecə vaxtı isə bunun üçün fənərin işığından istifadə etmək gərəkdir, müxtəlif səslər çıxarmaqla olduğunuz yer haqqında məlumat vermək olar.
Su basmış ərazidən əhalinin axtarışı dərhal başlanır.
Suya düşdükdən sonra, üzərində olan ağır əşyaları atmaq, sudan çıxmış hündür əşyalara, ağaclara tərəf üzmək, onlardan tutub, kömək gələnədək gözləmək lazımdır.
Xilasedicilər gələn kimi təşvişə düşmədən, ehtiyatla, göstərişlərə uyğun olaraq xilasedici vasitələrə (qayıqlara) minilir. Hərəkət zamanı göstərilən yer tərk edilmir, ekipajın tələblərinə ciddi əməl edilir. Su basmış rayondan müstəqil şəkildə çıxmaq yalnız zərərçəkənlərə tibbi yardım göstərilməsi, suyun səviyyəsinin artmaqda davam etməsi və üst mərtəbələri və çardağı su basma təhlükəsi olduğu kimi vacib hallarda məsləhətdir. Bu zaman etibarlı üzmə vasitəsi olmalı və hərəkət istiqaməti təyin edilməlidir. Müstəqil hərəkət zamanı fəlakət haqqında siqnal verməkdə davam etmək və suda üzən və batan insanlara yardım etmək lazımdır.

Yüklə 29,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin