4-Təbii fəlajət,istehsalat qəzaları və hücum zamanı yaranan zədələnmə ocaqlarında əhalinin davranış və fəaliyyət qaydaları


Torpaq sürüşməsi və sel zamanı əhalinin davranış və fəaliyyət qaydaları



Yüklə 29,7 Kb.
səhifə6/8
tarix17.04.2022
ölçüsü29,7 Kb.
#115339
növüQaydalar
1   2   3   4   5   6   7   8
MM-midt

Torpaq sürüşməsi və sel zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Yaxınlaşan sel axınının səsini eşidən kimi, yarğanın dibindən yamaclarla 50-100 m-dən yuxarı qalxmaq lazımdır.
Uğuldayan sel axınından uzaq məsafələrə həyat üçün təhlükəli olan ağır daşlar atıla bilər.
Sel baş verən zaman evin xaricində olarkən, dərhal yüksək bir yerə çıxmaq, su yatağı olan və ya çuxurlu bir yerdə olarkən, dərhal həmin ərazini tərk etmək lazımdır.
Sel bölgəsi dərhal tərk edilməlidir, lakin heç vaxt suda qarşıdan qarşıya keçməyə çalışmaq olmaz.
Sel zamanı avtomobilə gedərkən əsla su ilə dolu yoldan getməyə çalışmaq olmaz (ani olaraq sellərin meydana gətirdiyi ölümlərin yarısı avtomobil ilə əlaqəli olduğundan qətiyyən sel sularının toplandığı bölgələrdə avtomobil istifadə edilməməlidir).
Sel sularından uzaq olmaq lazımdır. Çünki, təhlükəli maddələr də selə qarışa bilər.
Müəyyən miqdarda quru qida və su, ilk kömək vasitələri və ailənizin ehtiyacı olduğu və ya istifadə etdiyi dərmanları götürmək gərəkdir;

Sürüşmə təhlükəsi haqqında məlumat alan kimi elektrik və qaz cihazlarını söndürmək, suyu bağlamaq, əvvəlcədən müəyyən edilmiş plan üzrə təcili təxliyyəyə hazırlaşmaq lazımdır. Əlaqədar təşkilatlardan verilən məlumatda göstərilənlənlərə müvafiq hərəkət etmək gərəkdir. Sürüşmənin sürəti aşağıdırsa (ayda bir metr), imkanlara müvafiq şəkildə hərəkət edilir (əvvəlcədən hazırlanmış məkana köçülür). Sürüşmənin sürəti gün ərzində 0,5 – 1,0 m–dən çoxdursa, əvvəlcədən hazırlanmış plana uyğun olaraq hərəkət edilir. Təxliyyə zamanı əhali özü ilə sənədlərini, qiymətli əşyalarını və müvafiq orqanların göstərişlərinə uyğun olaraq, isti geyim və ərzaq götürür. Təcili olaraq təhlükəsiz əraziyə təxliyə edilir. Lazım gələrsə, xilasedicilərə yardım edilir.




Yüklə 29,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin