4-Təbii fəlajət,istehsalat qəzaları və hücum zamanı yaranan zədələnmə ocaqlarında əhalinin davranış və fəaliyyət qaydaları


Qar uçqunu zamanı əhalinin davranış və fəaliyyət qaydaları



Yüklə 29,7 Kb.
səhifə7/8
tarix17.04.2022
ölçüsü29,7 Kb.
#115339
növüQaydalar
1   2   3   4   5   6   7   8
MM-midt

Qar uçqunu zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Əgər uçqun çox hündürdən gəlirsə, cəld qaçaraq uçqunun yolundan çəkilmək və təhlükəsiz bir yerə, qayaların altına sığınmaq (kiçik ağacların altında gizlənməyə dəyməz) lazımdır. Əgər uçqundan qaçmaq mümkün deyilsə, üfüqi vəziyyətdə dizləri qarına sıxaraq, gövdəni uçqunun hərəkəti istiqamətində əymək lazımdır. Burunuzu və ağzınızı əlcək, şərf, yaxalığınız ilə bağlamaq gərəkdir.
Uçqunun mümkün qədər üst hissəsinə çıxmaq vacibdir. Uçqun dayanan kimi üz və sinə ətrafında əl ilə boş zona yaratmağa çalışmaq gərəkdir; bu nəfəs almağa kömək edə bilər. İmkan olarsa, yuxarı tərəf hərəkət etməyə çalışmaq lazımdır (yuxarı istiqaməti ağızdan tökülən tüpürcək vasitəsi ilə təyin etmək mümkündür).
Qar uçqununa düşdükdə əllər və ayaqlarınızla üzmə hərəkətləri etmək olar, bu qarın səthində qalmağa kömək edər.
Uçqunun altında qalanda qışqırmaq olmaz. Çünki qar səsi keçirmir və bu kimi digər hərəkətlər yalnız gücün, oksigenin və istiliyin itirilməsinə səbəb olacaqdır. Yuxulamaq olmaz, belə ki, axtarışlar başlayacaqdır (uçqun altından 3 və hətta 5 gündən sonra xilas olunmuş insanlar var.)
Yanğın zamanı əhalinin davranış və fəaliyyət qaydaları

Yanğın bürümüş binadan çıxarkən tez hərəkət etmək lazımdır, belə ki, əsas təhlükə havanın yüksək temperaturu, tüstü, yanmış maddələrdən ayrılan təhlükəli birləşmələr və tikinti konstruksiyalarının mümkün dağılmasıdır. Yanan yerdən isladılmış yorğan, bərk parça və ya üst paltarı ilə başı örtərək keçmək, çox tüstülənmiş məkanda sürünərək və əyilmiş şəkildə hərəkət etmək lazımdır. Tüstülü məkanın qapısını ehtiyatla açmaq gərəkdir, əks təqdirdə, içəri daxil olacaq sürətli hava axını odun yenidən alovlanmasına gətirib çıxaracaqdır. İnsanlar olan məkana daxil olduqda onları çağırmaq lazımdır. Zərərçəkmişləri axtararkən yadda saxlamaq lazımdır ki, uşaqlar qorxudan çarpayıların altında, dolabda gizlənir, künclərə və d. yerlərər sıxılırlar. Yanma nəticəsində zədələnmişlərə, həmçinin insan özü-özünə ilkin yardım göstərməlidir.



Yüklə 29,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin