1
|
2
|
3
|
Qocalar və ruhi əsəb internat evlərin lazımi dərman preparatları ilə təmin edilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
|
İşləyən əlillərin həyatının bədbəxt hadisələrdən sığortasının idarə, müəssisə və təşkilatların xüsusi vəsaiti hesabına ödənilməsi
|
daimi
|
Müəssisə və təşkilatlar
|
5.3. Əlillərə əlavə sosial yardım göstərilməsi
|
|
|
Kar əlillərin asudə vaxtlarının səmərəli və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Azərbaycan Karlar Cəmiyyətinin idarələrinin müvafiq mədəniyyət evlərinə, stadionlara və idman meydançalarına və qurğularına, istirahət ocaqlarına təhkim edilməsi, bu obyektlərin lazımı texniki-surdoloji avadanlıqlarla təchiz olunması
|
II-III rüb 1994-cü il
|
Mədəniyyət Nazirliyi,
Dövlət Bədən Tərbiyəsi və
İdman Komitəsi,
Yerli icra hakimiyyəti orqanları
|
Əlillər evlərinə və pansionatlara, xüsusi uşaq internatlarına, respublikanın mədəniyyət və incəsənət müəssisələri, uşaq musiqi və incəsənət məktəblərinin təhkim olunması, hamiliyə götürülmüş sosial-səhiyyə ocaqlarında müntəzəm olaraq bayramlar, konsert və tamaşalar, görüşlər, söhbətlər, muzey, şəkil qalereyaları və kitabxana fondlarından səyyar sərgilər, habelə xeyriyyə tədbirlərinin həyata keçirilməsi
|
daimi
|
Mədəniyyət Nazirliyi
|
Kar əlillərin öz vəsaitləri hesabına payçılıq yolu ilə tikdikləri 1356 kv.m yaşayış evlərinin, bölgü ilə Karlar Cəmiyyətinə ayrılmış və qanunsuz zəbt olunmuş 18 mənzilin Azərbaycan Karlar Cəmiyyətinə qaytarılması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
Azərbaycan Karlar Cəmiyyətinin idarəetmə aparatının yerləşdirilməsi üçün münasib bina ayrılması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
1990-1991-ci illərdə Korlar Cəmiyyəti üçün payçılıq yolu ilə tikilən 1713 kv.m mənzil sahəsinin cəmiyyətə verilməsi məlum hadisələr zamanı boşalmış, cəmiyyətə məxsus 44 erməni mənzillərinin gözdən şikəst əlillərə paylanması üçün Azərbaycan Korlar Cəmiyyətinə qaytarılması, Bakı şəhər İcra hakimiyyətinin 28.10.92-ci il tarixli 1747 nömrəli sərəncamı ilə cəmiyyətə ayrılmış sahədə 6 bloklu 9 mərtəbəli yaşayış binasının tikintisinin təmin olunması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
Əlillər, Korlar və Karlar cəmiyyətlərinin mərkəzi idarələrinin və onların rayonlarındakı idarələrinin nəzdindəki alqı-satqı kommersiya, istehsal və digər xarakterli müəssisələrin yaradılması və bu məqsədlər üçün bina, torpaq sahəsi, texniki avadanlıqlar, maliyyə yardımı və faizsiz kredit ayrılması
|
1994-cü ildən başlayaraq
|
Yerli icra hakimiyyəti orqanları,
Sənaye-İnvestisiya və Aqrar-Sənaye Səhmdar Kommersiya bankları
|
|