1
|
2
|
3
|
5.2. Əlillərin sosial müdafiəsi
|
|
|
Minimum əmək haqqının yeni səviyyəsi müəyyən edilərkən əlillərin pensiyalarının ona uyğunlaşdırılmasının təmin edilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dövlət Sosial Müdafiə Fondu
|
Əhalinin pul gəlirləri indeksləşdirildikdə əlillərin pensiyalarının indeksləşdirilməsini, pensiyaların artırıldığı halda əlillərin pensiyalarının yenidən hesablanmasının vaxtında həyata keçirilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dövlət Sosial Müdafiə Fondu
|
1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri, Əfqanıstanda xidmətlə əlaqədar əlillər üçün diş protezlərinin (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanması və pulsuz təmir olunması
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Müvəqqəti əmək qabiliyyətini itirmiş işləyən əlillərin xəstəlik vərəqələri üzrə günlərin ümumi iş stajından asılı olmayaraq orta aylıq əmək haqqının 1,5 misli həcmində ödənilməsi
|
daimi
|
Dövlət Sosial Müdafiə Fondu,
Müəssisə və təşkilatlar
|
Bütün kateqoriyalardan olan əlillərin yaşadıq-ları Dövlət mənzil fonduna məxsus mənzillərin onların şəxsi mülkiyyətinə növbədənkənar, pulsuz (əvəzi ödənilmədən) verilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Müəssisə və təşkilatlar
|
“Əlillərin Sosial Müdafiəsi haqqında” Qanuna müvafiq olaraq, rabitə xidməti sahəsində nəzərdə tutulmuş güzəştlərə sözsüz əməl olunmasının təmin edilməsi
|
daimi
|
Rabitə Nazirliyi
|
Əlillərin mənzil-tikinti kooperativlərinə, kollektiv qarajların və nəqliyyat vasitələri üçün dayanacaqların tikilməsi, istismarı və onlara texniki xidmət üzrə kooperativlərə, bağçılıq yoldaşlıqlarına ilk növbədə qəbul olunmasının, hazır bağ evləri və ya onları tikmək üçün materiallarla təchizatının təşkil olunması
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Material Ehtiyatları Nazirliyi,
“Azərtikintimaterialsənaye”
Dövlət Konserni
|
Bütün kateqoriyalardan olan əlilləri üçün fərdi mənzil tikintisinə növbədənkənar torpaq və bağ sahələri ayrılması
|
1994-cü ildən başlayaraq
|
Yerli icra hakimiyyəti orqanları
|
Əlillərin dövlət fərdi avtomobil
dayanacaqlarından pulsuz istifadə
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları
|
Xüsusi məktəblərdə təhsil alan eşitmə və görmə qabiliyyəti qüsurlu, dayaq-hərəkət funksiyaları pozulmuş uşaqlara dövlət hesabına fərdi eşitmə aparatları, eynəklər, müvafiq hərəkət vasitələrinin verilməsi və protezlərin düzəlməsinin təmin edilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
|
Əlillər üçün nəzərdə tutulmuş xüsusi mağazaların az tapılan ərzaq (yağ, ət, süd, düyü, kartof, soğan çay, meyvə, şəkər və tozu, yumurta) və sənaye (mebel, uşaq, qadın, kişi paltarları ayaqqabı) malları ilə təchiz olunmasının yaxşılaşdırılması
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
|
|