Tədbirlər
|
İcra müddəti
|
Məsul idarə və təşkilatlar
|
1
|
2
|
3
|
5.1. Əmək məşğulluğunun təmin edilməsi
|
|
|
Əlillərin aktiv məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq istehsal müəssisələrində əlil işçilərin kvotasının müəyyən edilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Əlillər cəmiyyətləri,
Həmkarlar ittifaqları
|
Müəssisələrdə işçilərin və ya ştatın ixtisarı vaxtı bütün kateqoriyalardan olan əlillərə öz peşələri üzrə işdə qalmaq hüququ, müəssisə fəaliyyətini dayandırdıqda və ya ləğv etdikdə əlillərin işə düzəlməsinə üstünlük verilməsi
|
daimi
|
Nazirliklər, komitələr, şirkətlər, konsernlər, baş idarələr, müəssisə və təşkilatlar *
|
Əlillərin fərdi əmək fəaliyyətinə cəlb edilməsinin genişləndirilməsi
|
daimi
|
Müəssisə və təşkilatlar,
Yerli icra hakimiyyəti orqanları, Respublika Baş Məşğulluq İdarəsi
|
İşçilərin sayının 30 faizdən çoxu əlillər olan müəssisələrin xammalda təchizatının ilk növbədə və tam həcmdə təmin edilməsi
|
daimi
|
İqtisadiyyat Nazirliyi, Material Ehtiyatları Nazirliyi, ”Xalq üçün mallar” Dövlət Konserni və digər təchizat təşkilatları
|
Müəssisələrin sərbəst vəsaitinin kollektivlərin razılığı ilə ilk növbədə əlillərin işlə təmin olunacaqları yeni sexlərin tikilməsinə, mövcud istehsalatların yenidən qurulmasına sərf edilməsi
|
daimi
|
Müəssisə və təşkilatlar
|
Gözdən əlil məktəbyaşlı uşaqların uçotunun dəqiqləşdirilməsi ehtiyac olduğu hallarda onlara Brayl yazı sisteminin öyrədilməsi və xüsusi təhsil müəssisələrində təlimə cəlb edilməsi üzrə təşkilatı tədbirlərin görülməsi
|
1994-1995-ci tədris ilindən başlayaraq
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
Xüsusi musiqi təhsili olan I və II qrup gözdən əlil vətəndaşların müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin edilməsi
|
1994-cü ildən başlayaraq
|
Mədəniyyət Nazirliyi
|
Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmiş I və II qrup gözdən əlil gənclərin müvafiq səhiyyə müəssisələrində işlə təmin edilməsi
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Gəncə, Qazax, Mingəçevir, Naxçıvan, Salyan Şəki, Lənkəran və s. şəhərlərdə mərkəzi kitabxanaların nəzdində kor oxucular üçün şöbələr təşkil edilməsi, bu şöbələr üçün korlar əlifbası ilə yazılmış və səsli kitablar alınması üçün lazımi vəsait ayrılması
|
II-III rüb
1994-cü il
|
Mədəniyyət Nazirliyi,
Təhsil Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları,
Maliyyə Nazirliyi
|
Azərbaycan Korlar və Karlar cəmiyyətlərinin müəssisələrində əlillərin işlə daimi təmin edilməsi üçün Rusiyadan Baltikyanı və digər
ölkələrdən “A”, “B”, “Q” tipli karton, perfokart, dəmir qapaqların hazırlanması üçün rezin halqalar, polistirol, süni saplar (kapron, elastik), tikiş sapları, müxtəlif markalı dəmir və məftillər və s. kimi xammal və materialların alınması üçün valyuta ayrılması
|
1994-cü il
|
İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi,
Respublika Milli Bankı,
Səhmdar Kommersiya Sənaye-İnvestisiya Bankı
|
1
|
2
|
3
|
5.2. Əlillərin sosial müdafiəsi
|
|
|
Minimum əmək haqqının yeni səviyyəsi müəyyən edilərkən əlillərin pensiyalarının ona uyğunlaşdırılmasının təmin edilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dövlət Sosial Müdafiə Fondu
|
Əhalinin pul gəlirləri indeksləşdirildikdə əlillərin pensiyalarının indeksləşdirilməsini, pensiyaların artırıldığı halda əlillərin pensiyalarının yenidən hesablanmasının vaxtında həyata keçirilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dövlət Sosial Müdafiə Fondu
|
1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri, Əfqanıstanda xidmətlə əlaqədar əlillər üçün diş protezlərinin (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanması və pulsuz təmir olunması
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Müvəqqəti əmək qabiliyyətini itirmiş işləyən əlillərin xəstəlik vərəqələri üzrə günlərin ümumi iş stajından asılı olmayaraq orta aylıq əmək haqqının 1,5 misli həcmində ödənilməsi
|
daimi
|
Dövlət Sosial Müdafiə Fondu,
Müəssisə və təşkilatlar
|
Bütün kateqoriyalardan olan əlillərin yaşadıq-ları Dövlət mənzil fonduna məxsus mənzillərin onların şəxsi mülkiyyətinə növbədənkənar, pulsuz (əvəzi ödənilmədən) verilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Müəssisə və təşkilatlar
|
“Əlillərin Sosial Müdafiəsi haqqında” Qanuna müvafiq olaraq, rabitə xidməti sahəsində nəzərdə tutulmuş güzəştlərə sözsüz əməl olunmasının təmin edilməsi
|
daimi
|
Rabitə Nazirliyi
|
Əlillərin mənzil-tikinti kooperativlərinə, kollektiv qarajların və nəqliyyat vasitələri üçün dayanacaqların tikilməsi, istismarı və onlara texniki xidmət üzrə kooperativlərə, bağçılıq yoldaşlıqlarına ilk növbədə qəbul olunmasının, hazır bağ evləri və ya onları tikmək üçün materiallarla təchizatının təşkil olunması
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Material Ehtiyatları Nazirliyi,
“Azərtikintimaterialsənaye”
Dövlət Konserni
|
Bütün kateqoriyalardan olan əlilləri üçün fərdi mənzil tikintisinə növbədənkənar torpaq və bağ sahələri ayrılması
|
1994-cü ildən başlayaraq
|
Yerli icra hakimiyyəti orqanları
|
Əlillərin dövlət fərdi avtomobil
dayanacaqlarından pulsuz istifadə
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları
|
Xüsusi məktəblərdə təhsil alan eşitmə və görmə qabiliyyəti qüsurlu, dayaq-hərəkət funksiyaları pozulmuş uşaqlara dövlət hesabına fərdi eşitmə aparatları, eynəklər, müvafiq hərəkət vasitələrinin verilməsi və protezlərin düzəlməsinin təmin edilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
|
Əlillər üçün nəzərdə tutulmuş xüsusi mağazaların az tapılan ərzaq (yağ, ət, süd, düyü, kartof, soğan çay, meyvə, şəkər və tozu, yumurta) və sənaye (mebel, uşaq, qadın, kişi paltarları ayaqqabı) malları ilə təchiz olunmasının yaxşılaşdırılması
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
|
1
|
2
|
3
|
Qocalar və ruhi əsəb internat evlərin lazımi dərman preparatları ilə təmin edilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
|
İşləyən əlillərin həyatının bədbəxt hadisələrdən sığortasının idarə, müəssisə və təşkilatların xüsusi vəsaiti hesabına ödənilməsi
|
daimi
|
Müəssisə və təşkilatlar
|
5.3. Əlillərə əlavə sosial yardım göstərilməsi
|
|
|
Kar əlillərin asudə vaxtlarının səmərəli və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Azərbaycan Karlar Cəmiyyətinin idarələrinin müvafiq mədəniyyət evlərinə, stadionlara və idman meydançalarına və qurğularına, istirahət ocaqlarına təhkim edilməsi, bu obyektlərin lazımı texniki-surdoloji avadanlıqlarla təchiz olunması
|
II-III rüb 1994-cü il
|
Mədəniyyət Nazirliyi,
Dövlət Bədən Tərbiyəsi və
İdman Komitəsi,
Yerli icra hakimiyyəti orqanları
|
Əlillər evlərinə və pansionatlara, xüsusi uşaq internatlarına, respublikanın mədəniyyət və incəsənət müəssisələri, uşaq musiqi və incəsənət məktəblərinin təhkim olunması, hamiliyə götürülmüş sosial-səhiyyə ocaqlarında müntəzəm olaraq bayramlar, konsert və tamaşalar, görüşlər, söhbətlər, muzey, şəkil qalereyaları və kitabxana fondlarından səyyar sərgilər, habelə xeyriyyə tədbirlərinin həyata keçirilməsi
|
daimi
|
Mədəniyyət Nazirliyi
|
Kar əlillərin öz vəsaitləri hesabına payçılıq yolu ilə tikdikləri 1356 kv.m yaşayış evlərinin, bölgü ilə Karlar Cəmiyyətinə ayrılmış və qanunsuz zəbt olunmuş 18 mənzilin Azərbaycan Karlar Cəmiyyətinə qaytarılması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
Azərbaycan Karlar Cəmiyyətinin idarəetmə aparatının yerləşdirilməsi üçün münasib bina ayrılması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
1990-1991-ci illərdə Korlar Cəmiyyəti üçün payçılıq yolu ilə tikilən 1713 kv.m mənzil sahəsinin cəmiyyətə verilməsi məlum hadisələr zamanı boşalmış, cəmiyyətə məxsus 44 erməni mənzillərinin gözdən şikəst əlillərə paylanması üçün Azərbaycan Korlar Cəmiyyətinə qaytarılması, Bakı şəhər İcra hakimiyyətinin 28.10.92-ci il tarixli 1747 nömrəli sərəncamı ilə cəmiyyətə ayrılmış sahədə 6 bloklu 9 mərtəbəli yaşayış binasının tikintisinin təmin olunması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
Əlillər, Korlar və Karlar cəmiyyətlərinin mərkəzi idarələrinin və onların rayonlarındakı idarələrinin nəzdindəki alqı-satqı kommersiya, istehsal və digər xarakterli müəssisələrin yaradılması və bu məqsədlər üçün bina, torpaq sahəsi, texniki avadanlıqlar, maliyyə yardımı və faizsiz kredit ayrılması
|
1994-cü ildən başlayaraq
|
Yerli icra hakimiyyəti orqanları,
Sənaye-İnvestisiya və Aqrar-Sənaye Səhmdar Kommersiya bankları
|
1
|
2
|
3
|
Korlar Cəmiyyətinin 1980-cı ildə Zabrat qəsəbəsində tikintisi başlamış istehsalat məişət kompleksinin hazırlayıcı-ştamplama sexinin və yataqxanasının tikintisinin başa çatdırılması
|
1994-1995-ci illər
|
“Azərsənayetikinti”
Dövlət Şirkəti
|
1990-1991-ci illərdə Karlar Cəmiyyəti üçün Zərdabi küçəsi 2591 kvartalındakı tikintisi başlamış yaşayış binasının və 3593 kvartalındakı mədəniyyət evinin tikintisinin başa çatdırılması
|
1994-1995-ci illər
|
Bakı şəhər İcra hakimiyyəti
|
Dayaq-hərəkət funksiyaları pozulmuş əlillərin ümumi istifadədə olan obyektlərdən (idman qurğuları, ictimai binalar, səhiyyə, mədəni-kütləvi və istirahət ocaqları, aeroport, dəmir yolu vağzalı, dəniz limanı və s.) maneəsiz istifadə etmələri üçün şərait yaradılması
|
daimi
|
Müəssisə və təşkilatlar
Yerli icra hakimiyyəti orqanları
|
Şəhər nəqliyyatında dayaq hərəkət funksiyaları pozulmuş və eləcə də velo-araba ilə hərəkət edən əlillər üçün dayanacaqların, xüsusi qrafiklə hərəkət edən uyğunlaşdırılmış avtobus marşrutlarının təşkil edilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları
|
Protez ortopedik bərpaetmə mərkəzinin tikintisinin başa çatdırılması
|
1994-cü ilin
I yarımilliyi
|
“Azərsənayetikinti”
Dövlət Şirkəti
|
Araba ilə hərəkət edən əlillər üçün münasib hündürlükdə telefon avtomatlarının quraşdırılması
|
II-III rüb 1994-cü il
|
Rabitə Nazirliyi
|
Əlillər üçün xüsusi apteklərin,
yanacaqdoldurma stansiyalarında ayrıca bölmələrin təşkil edilməsi
|
1994-cü il
|
Səhiyyə Nazirliyi,
Dövlət Yanacaq Komitəsi
|
Əl ilə idarə edilən avtonəqliyyat üçün xüsusi dayanacaqların yaradılması, onlara xidmət üçün texniki stansiyaların təşkili
|
1994-cü il
|
Dövlət Yol Polisi,
Yerli icra hakimiyyəti orqanları,
AvtoVAZ
|
İntensiv küçə hərəkəti zonalarında korlar üçün səsli svetafor siqnallarının və bu yollarda sürücülərin diqqətli olması üçün əlavə yol işarələrinin qoyulması
|
1994-cü il
|
Dövlət Yol Polisi
|
Dayaq-hərəkət funksiyaları pozulmuş əlillərə onların mənzillərində məişət xidmətinin təşkil edilməsi (bərbər, dərzi və s.)
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
“Xidmət” Konserni
|
5.4. Əlillərin gəlirlərinin müntəzəm artmasının təmin edilməsi
|
|
|
İşçilərinin sayının 30 faizdən çoxunu əlillər təşkil edən müəssisələrin məhsulların idxal və ixracı zamanı gömrük xərclərindən azad edilmələri və xaricə çıxış formalarının sadələşdirilməsi məsələlərinə baxılıb müvafiq təkliflərin hazırlanması və aidiyyəti orqanlar qarşısında məsələ qaldırılması
|
1994-cü il
|
Korlar, Karlar, Əlillər Cəmiyyətləri,
Gömrük Komitəsi, müəssisə
|
Korlar, Karlar və Əlillər cəmiyyətlərinin üzvlərinin bütün muzeylərə pulsuz girişinin təmin edilməsi
|
daimi
|
Maliyyə Nazirliyi
|
1
|
2
|
3
|
Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi
|
1994-cü ildən başlayaraq
|
Müəssisə və təşkilatlar
|
5.5. İdman və səhiyyə
|
|
|
Bütün kateqoriyalardan olan əlillər üçün müalicə-profilaktika müəssisələrinin və apteklərin xidmətindən növbədənkənar istifadənin təmin edilməsi
|
1994-cü ildən başlayaraq daimi
|
Səhiyyə Nazirliyi
|
Bütün kateqoriyalardan olan əlillər üçün pensiyaya çıxdıqda ya iş yerinin dəyişdirdikdə əvvəllər təhkim olunduqları poliklinikaların xidmətindən istifadə etmək hüquqlarının saxlanılması
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Əlillik və onun qarşısının alınmasında irsi xəstəliklərlə mübarizə tədbirlərinin gücləndi-rilməsi, xüsusi bərpa proqramının hazırlanması
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Əlillərin kütləvi erkən diaqnostikasının aparılması, xüsusi bərpa proqramı üzrə müalicənin təşkili
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Bütün kateqoriyalardan olan əlillərin müvafiq reabilitasiya vasitələri ilə təmin edilməsi
|
daimi
|
Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
Bakı şəhərində vaxtı ilə bağlanmış surdoloji mərkəzin bərpası və respublikanın digər iri şəhərlərində belə mərkəzlərin açılması, bu mərkəzlərdə işləmək üçün karların mimikasını bilən xüsusi həkim və kiçik tibb personal-larının hazırlanması
|
1994-cü il
|
Səhiyyə Nazirliyi
|
Zərərli əmək amillərinin təsirini azaltmaq məqsədilə sənaye müəssisələrində psixoloji gərginliyi azaltma otaqlarının, idman meydançalarının yaradılması, idman qurğuları, üzgüçülük hovuzları, sanatoriya- profilaktori-yalar və istirahət evləri, habelə sahələrarası sağlamlıq müəssisələrinin təşkili
|
1994-cü ildən başlayaraq
|
Müəssisə və təşkilatlar,
Yerli icra hakimiyyəti orqanları
|
Müəssisə və təşkilatlarda, tədris müəssisələrin-də əmək və təlim şəraitinin sanitariya qayda və normalarına, təhlükəsizlik texnikası tələblərinə uyğunlaşdırılması, ağır fiziki əməklə məşğul olan fəhlələrin (xüsusilə, qadınların) sayının və əlverişsiz istehsal amilləri olan iş yerlərinin azaldılması tədbirlərinin hazırlanması və həyata keçirilməsi
|
1994-cü ildən başlayaraq
|
Müəssisə və təşkilatlar
|
Karlar arasında keçirilən ümumdünya, Avropa yarışlarında kar və zəif eşidən Azərbaycan idmançılarının iştirakının və bu məqsədlə onların xüsusi idman bazalarında hazırlanma-sının, habelə nəqliyyat, ezamiyyə və hazırlıq xərclərinin ödənilməsinin təmin edilməsi
|
daimi
|
Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi, Karlar Cəmiyyəti
|
1
|
2
|
3
|
5.6. Təhsil
|
|
|
Əqli və fiziki inkişafında qüsurlar olan məktə-bəqədər və məktəbyaşlı uşaqların aşkara çıxarılması, diaqnostikası, təhsil və müalicə müəssisələrinə göndərilməsi işinin təşkili, valideynlərə məsləhət və tövsiyələr verilməsi, köməklik göstərilməsi məqsədilə tibbi-pedaqoji-psixoloji məsləhətxanaların (TPPM) yaradılması
|
daimi
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Maliyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
Əqli və ya fiziki cəhətdən qüsurlu uşaq və yeniyetmələrin peşə hazırlığını təşkil etmək məqsədilə onların oxuduqları xüsusi təhsil müəssisələrində lazımi maddi-tədris bazasının yaradılması, belə müəssisələrin xammal və zəruri avadanlıqlarla, kadrlarla təmin edilməsi, məqsədəuyğun sayılan hallarla texniki-peşə məktəblərində həmin uşaqlardan ibarət qrupların təşkil olunması
|
1994-cü ildən başlayaraq
|
Təhsil Nazirliyi,
Material Ehtiyatları Nazirliyi,
Sənaye-Ticarət Dövlət Konserni,
“Xalq üçün mallar” Dövlət Konserni,
Yerli icra hakimiyyəti orqanları
|
Fiziki inkişafı qüsurlu uşaqlar üçün məktəb-lərin maddi-texniki bazasının möhkəmləndiril-məsi və bu məktəblər üçün pedaqoji kadrların hazırlanması
|
daimi
|
Təhsil Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
2-8 yaşlı anadangəlmə kar və zəif eşidən uşaqların öz valideynləri ilə təmasda olmaq şərti ilə tərbiyə olunması, eşitmə üzvlərinin bərpası, məktəbə hazırlıq məqsədi ilə respublikanın bütün rayonlarında mövcud uşaq bağçalarının nəzdində belə uşaqlar üçün xüsusi qrupların açılması, onların lazımi surdoloji avadanlıqlar və surdo-pedaqoqlarla təmin olunması
|
1994-cü il
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
Əqli və ya fiziki inkişafca qüsurlu uşaqların sayı nəzərə alınmaqla, imkan və şərait olan bölgələrdə, xüsusi məktəb və internat məktəb-lərin açılması barədə təkliflərin hazırlanıb respublika hökumətinə təqdim edilməsi
|
1994-1995-ci tədris ili
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
Kar və zəif eşidən əlillərin respublikanın orta ixtisas və ali təhsil məktəblərində təhsil alması üçün lazımi şərait yaradılması və həmin əlillərin Kiyevdə, Moskvada və Sankt-Peterburqda təhsil almaları üçün lazımi maliyyə vəsaiti ayrılması
|
1994-1995-ci tədris ilindən
başlayaraq daimi
|
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi
|
Görməyən və zəif görən məktəbyaşlı uşaqların valideynlərinin arzusu nəzərə alınmaqla onların evdə fərdi təhsil alması üçün lazımi şərait yara-dılması, bu qəbildən olan uşaqların kitab, dəftər və başqa dərs vəsaitlərilə təmin edilməsi, kor uşaqlar üçün respublika internat məktəblərinin 9-cu sinfini müvəffəqiyyətlə bitirmiş gənclərin normal şagirdlər üçün nəzərdə tutulmuş məktəblərdə, litseylərdə, kolleclərdə və s. təhsil almasının təşkil edilməsi
|
1994-1995-ci tədris ilindən
başlayaraq
|
Təhsil Nazirliyi
|
1
|
2
|
3
|
Yüksək ixtisaslı təcrübəli-daktiloloqların hazırlanması məqsədi ilə Azərbaycan Karlar Cəmiyyətinin nəzdində daimi fəaliyyət göstərən qısa müddətli kurslar açılması və bu kurslarda dərs demək üçün pedaqoji kadrların dəvət olunması məqsədilə maliyyə vəsaitinin ayrılması
|
1994-1995-ci tədris ili
|
Təhsil Nazirliyi,
Karlar Cəmiyyəti,
Maliyyə Nazirliyi
|
Kar, kor, zəif görən uşaqlar üçün xüsusi dərsliklərin və dərs vəsaitlərinin vaxtlı-vaxtında çap edilməsi
|
daimi
|
Mətbuat və İnformasiya Nazirliyi,
Maliyyə Nazirliyi
|
Əlil uşaqların evdə tədrisi üzrə 219 №-li orta məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu cür məktəblərin sayının artırılması
|
1994-cü il
|
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi
|
*) bundan sonra “müəssisə və təşkilatlar”.