Dövlət Dumasında yaranmış«Mütərəqqi blok»İngiltərənin dəstəyi ilə bu işə rəhbərlik edirdi. İngiltərənin Rusiyadakı səfiri Byukenin, Fransanın səfiri Paleoloq bu sahədədaha çox canfəşanlıq edirdilər. Lazım gələrsə, II Nikolayı öldürməyi məsləhət görürdülər. АBŞ səfiri Frensis də qəsdin iştirakçılarından idi. Lakin bu qəsddən qabaq Rusiyada 1917-ci il fevralın 27-də burjua-demokratik inqilabı baş verdi.Rusiyada çarizm devrildi, iki hakimiyyətlilik yaranmış oldu. Bunlardan biri real hakimiyyət olan və sinfi tərkibi fəhlə və əsgər şineli geymiş kəndliləri təmsil edən sоvetlər,digəri isə rəsmi hakimiyyət olan, sinfi tərkibi burjuaziya və burjualaşmış mülkədarlardan təşkil olunan Müvəqqəti hökumət idi. Ölkədə xırda burjuaziyanın çoxluğu iki hakimiyyətliliyin yaranmasına imkan yaratmış oldu.
Аntanta və АBŞ-ın diplomatları fasiləsiz Rusiyanın daxili işlərinə qarışmaqda davam edirdilər. 1917-ci ilin martın 22-də İngiltərə və Fransa Rusiyada qurulmuş Müvəqqəti hökuməti rəsmən tanıdıqlarını elan etdilər.
Bu zaman Xarici İşlər naziri Milyukov olur. Sovetlərin təkidi ilə Milyukov 1917-ci ilin aprelin 9-da «Müvəqqəti hökumətin rus vətəndaşlarına müraciəti»ni elan etdi.
Bu sənəddə müttəfiqlər qarşısında Rusiya götürdüyü öhdəlikləri yerinə yetirməklə yanaşı belə bir fraza da işlədildi ki, Rusiya digər xalqlar üzərində ağalığa çalışmır, azad olmaq istəyir və Rusiya başqa əraziləri tutmaq ididasında deyildir. Millətlərin öz müqəddəratını təyin etmək əsasında qurulmuş dünya tərəfdarıdır.