5. Fevral Burjua inqilabı Müvvəqəti Hökumətin fəaliyyəti



Yüklə 38,67 Kb.
səhifə15/19
tarix01.01.2022
ölçüsü38,67 Kb.
#107286
1   ...   11   12   13   14   15   16   17   18   19
Belge

Mühazirə 8 .

Rusiya sovet rejiminin bərqərar olması SSRİ-nin təşkili.

PLAN
1. Oktyabr çevrilişi və bolşevik hökumətini qurulması

2. Rusiyada Vətəndaş müharibəsi

3. SSRİ-nin təşkili



  1. Oktyabr çevrilişi, bolşevik hökumətiniн qurulması


Sol siyasi partiyalar, xüsusilə bolşeviklər hakimiyyətin fəhlə və əsgər deputatları sovetlərinə verilməsi uğrunda mübarizə aparırdılar Birinci dünya müharibəsinin ağırlığı və Müvəqqəti hökumətin qətiyyətsiz daxili siyasəti ölkəni getdikcə çevrilişə doğru aparırdı. Ümummilli böhran getdikcə dərinləşirdi. "Sülh, torpaq və çörək" tələbləri nəticə vermirdi.. Bundan istifadə edən bolşeviklər Vladimir İliç Lenin başda olmaqla hakimiyyəti ələ keçirməyə çalışırdılar.
1917-ci il sentyabrın əvvəllərindən etibarən onlar silahlı üsyan yolu ilə dövlət çevrilişi etməyə hazırlaşırlar. 1917-ci il oktyabrın 25-də partiya daxilindəki fikir ayrılıqlarına baxmayaraq bolşeviklər, kütlələrin Müvəqqəti hökumətin daxili və xarici siyasətdə qətiyyətsiz fəaliyyətindən narazı hissələrinə arxalanaraq "sülh, torpaq və çörək" şüarı altında dövlət çevrilişi etdilər.

Beləliklə, Rusiyanın daxili vəziyyətinin gərgin olması 1917-ci ildə oktyabr çevrilişinə, Müvəqqəti hökumətin dеvrilməsinə səbəb oldu.Burjua diktaturası devrildi və proletariat diktaturası - Sovet höküməti yaradıldı.
Hakimiyyətə gəlmiş bolşeviklər ilk addım olaraq özlərinə «hərbi arxa» yaratmağa başladılar. Nəticədə təcili olaraq Qırmızı Ordunun quruculuğu başlandı, proletar milisi, əksinqilabi mübarizə üçün fövqəladə komissiya yaradıldı. Bolşeviklər öz ideoloji təbliğatını daha da genişləndirmək üçün yalnız öz mətbuat qurumlarının çıxmasına icazə verdilər.


Yüklə 38,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin