Oktyabr çevrlişindən keçən 74 ildən sonra özünü kəskin göstərmiş dərin böhran halları, sosial və milli qarşıdurmalar bu çevrilişin uğursuz taleyinin nəticələridir.
2. Rusiyada Vətəndaş müharibəsi
Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş qarşıdurması yeni mərhələyə qədəm qoydu, Hakimıyyətə gəlmiş bolşevıklərlə - qırmızılarla devrilmiş qüvvələr - ağlar arasında mübarizə başladı. 1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçkilər keçirildi. Seçkinin nəticələri heç də bolşeviklərin xeyrinə olmadığından Müəssislər Məclisi elə fəaliyyətinin ilk günündəcə buraxıldı. Bununla əhalinin orta təbəqələri də fəallaşdılar.
Müharibə zamanı əsir düşmüş 40 min dən çox çex və slovaklardan ibarət Korpusun qiyamı vətəndaş müharibəsini daha da kəskinləşdirdi. Onlar keçdiklərı yerlərdə(Volqaboyunda, Uralda, Sibir və Uzaq Şərqdə) Sovet rejimini devirdilər.
Bundan sonra Sovet hakımıyyətinə qarşı müqavimət hərəkatı daha da fəallaşdı. Sibirdə admiral Kolçak Rusiyanın ali hökmdarı elan edildi. Kolçak hökuməti formalaşdı.(18 noyabr 1918-5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərin (İngiltərə,Fransa) yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumətdir.
Cənubda general Denikin hərbi diktatura yaratdı. Şımalda Miller hərbi qubernatorluq təşkil etdi. Sovet hökumətinin nəzarət etdiyi ərazilərdə də narazı qüvvələr bolşeviklrə qarşı ağ teror siyasətinə keçdilər. 1918-ci il avqustun 30-da Sovet hökumətinin başçısı Y.İ.Leninə qarşı sui-qəsd təşkil edərək onu yaraladılar.
Belə ki, 30 avqust 1918-ci ildə Lenin Moskvanın cənubundakı Mixelson silah fabrikində çıxış edirdi.Lenin binadan çıxıb maşına minməzdən əvvəl Fanya Kaplan ona səslənir. Lenin ona tərəf dönəndə Kaplan tapança ilə üç dəfə atəş açır. Güllənin biri Leninin paltosuna tuş gəlir, digər ikisi isə yaralayır.Ağır yaralanmış olsa da, Lenin qurtulur. Bununla belə, Leninin səhhəti artıq əvvəlki kimi deyildi və bir daha tam bərpa olunmur. Deyilənlərə görə, 1924-cü ildə Leninin ölümündə bu sui-qəsdin nəticələri böyük rol oynamışdır.
Kaplanın isə heç bir sui-qəsd iştirakçısının adını çəkməyəcəyi məlum olduqda 3 sentyabr 1918-ci ildə Aleksandr bağında başından vurulan güllə ilə öldürülür.
Sərəncam, cəmi altı həftə əvvəl çarın və ailəsinin edam edilməsini əmr edən Yakov Sverdlov tərəfindən verilir.
Bolşevizm quruluşunu istəməyən boyük dövlətlər də ona qarşı hərbi mudaxüə təşkil etdılər.Brest sülhünü pozan almanlar Ukraynaya Gürcüstana, ingilis və fransızlar Arxangelskə, fransızlar Odessaya ingilislər Cənubi Qafqaza Yaponlar və amerikalılar Uzaq Şərqə qoşun çıxardılar . Vətəndaş müharibəsi şəraitində Rusiya imperiyası məkanında milli azadlıq hərəkatın da gücləndi
Oktyabr çevrişindən sonra Sovet hökumətinin elan etdiyi "Rusiya xalqlarının huquq bəyannaməsi "nə müvafiq olaraq 1917 ci ilin noyabrında Polşa, dekabrında Finlandıya müstəqillik əldə etdilər. 1918-ci ildə Şimali Qafqazda Dağlılar respublikası, Cənubi Qafqazda Gürcüstan Azərbaycan və Errmənıstan respublikaları yarandı.
Dağlılar Respublikası-1917-1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlətdir (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çərkəz muxtar vilayətləri daxil idi.
1920 ci ilin aprelində Üzaq Şərq Respublikası , təşkil olundu . Lakin bunun ömrü cox olmadı Tezliklə Qırmızı ordu tərəfindən bu müstəqil respublikalar ləğv olundu. Həmin ərazilərdə Sovet rejimi bərqərar oldu
Sovet hökuməti özünü qorumaq və əleyhdarlarına qarşı mübarizə aparmaq üçün güclü ordu yaratmağa başladı. Artıq, vətəndaş , müharibəsinin əvvəlində 1918- 1919 cu illərdə belə bir ordu yaradıldı . Qırmızı Ordu Hisssələri 1919- cu ildə Şərqdə Kolçakın qüvvələrini . payızda Cənubda Denikinin "Könülü ordusunu darmadağın etdi 1920 ci ildə Krımda General Vrangeli məğlub edildi. 1920 ci ildə Arxangelsk və Murmansk azad olundu Bolşeviklərin cəbhəlkərdəki qələbəlrinə şübhə etməyən xarici müdaxiləçilər də çəkilib öz ölklərinə getdilər . Yalnız Yaponlar Uzaq Şərqdə 1922 ci ilə qədər qaldılar
Dostları ilə paylaş: |