Qırmızı terror. Hərbi Kommunizm siyasəti. Vətəndaş müharibəsi illərində bolşeviklər düşmənlərinin ağ terroruna qarşı qırmızı terror elan etdilər. RSFSR XKS-i Leninə sui-qəsd edıldikdən sonra - 1918-ci il sentyabrın əvvəllərində qırmızı terror barədə denret qəbul etdi. Bu dekretə əsasən 1918-ci ildə Petroqradda 500 nəfərə qədər adam güllələndi. Natamam məlumata gorə1918-1919-cu illərdə 10 minə yaxın adam qırmızı terrorun qurbanı olmuşdu. Qırmızı terrorun ən dəhşətli,acımasız fəaliyyətindən biri, 1918-ci il iyulun 16-da çar II Nikolay başda olmaqla bütün ailə üzvlərinin Yekaterinburqda güllələnməsi idi.
Çar II Nikolay və ailəsi Georgi Lvovun sədrliyi ilə müvəqqəti hökumət dövründə Tsarskoye Seloda nəzarətdə saxlanılır. Onun ailəsi ilə birlikdə İngiltərəyə göndərilməsi planlaşdırılsa da daha sonra bu qərardan vaz keçilir. Bolşevik inqilabından bir qədər əvvəl isə çar təhlükəsizlik tədbiri çərçivəsində ailəsi ilə birlikdə Qərbi Sibirə – Tobolska göndərilir. Bolşevik inqilabı baş verdikdən sonra isə çar və ailəsi 1918-ci ilin aprelində Yekaterinburqa gətirilir. Bolşeviklərə qarşı mübarizə aparan Ağ Ordu qüvvələrinə bağlı Çex legionunun bölgəyə yaxınlaşması və çarı xilas etmə ehtimalı baş qaldırdıqda isə bolşevik liderlərin gizli qəbul etdikləri qərarla iyulun 16-dan 17-ə keçən gecə II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetirilirlər. Daha sonra cəsədlər meşəyə aparılaraq basdırılır.
O dövrdə bolşeviklərin liderlərindən olan Yakov Yurovskinin SSRİ-nin son illərinə qədər məxfi saxladığı sənədlər əsasında 1991-ci ildə II Nikolayın basdırıldığı yeri müəyyən etmək mümkün olur. Sovet İttifaqının süqutundan sonra 1998-ci ildə keçirilən dövlət mərasimi ilə II Nikolayın meyiti Peterburqda dəfn edilir. Çar ailəsi 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilir. 2008-ci il oktyabr ayının 1-də isə Rusiya Ali Məhkəməsi çar ailəsinin öldürülməsinin haqsız siyasi təzyiq nəticəsində olduğuna, dolayısı ilə cinayətə qurban getdiyinə qərar verir. Beləliklə, 1918-ci ildə qətlə yetirilən çar 2008-ci ildə bəraət alır.
Vətəndaş müharibəsinin siyası və sosıai-ıqtısadi tədbirlər sisteminin tərkib hissələrindən bırı də hərbi Kommunizm siyasəti idi. Bu siyasətə gorə bütün istehsal sahələri (sənaye, torpaq və s.) dövlətin əlində mərkəzləşdirilirdi; istehsal və bölgü üzərində möhKəm nəzarət qoyulurdu; Kəndlilərə ərzaq sapalağı tətbiq olunurdu; "işləməyən, dişləməz prinsipi əsasında ümumi əmək mükəlləfiyyətı həyata keçirilirdi; əmək haqqı natura ilə, zəruri məhsullar almaq, ümumi yeməkxanalardan istifadə etmək uçun talonlar verilməsi ilə əvəz olunurdu; mənzil, nəqliyyat və bır sıra Kommunal xidmətləri pulsuz həyata keçirilirdi; əmtəə-pul münasibətləri aradan qaldırılırdı və s. Bütün bu tədbirlər sistemi hərbi Kommunizm siyasəti adlanırdı.
Dostları ilə paylaş: |