5. Fevral Burjua inqilabı Müvvəqəti Hökumətin fəaliyyəti


Proletariatın adından çıxış edən bolşeviklər



Yüklə 38,67 Kb.
səhifə7/19
tarix01.01.2022
ölçüsü38,67 Kb.
#107286
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Belge

Proletariatın adından çıxış edən bolşeviklər və onlara qoşulan qrup və təşkilatlar burjua demokratik inqilabının gözləmədən böyüyüb sosialist inqilabına keçməsi xəttini irəli sürürdülər. Bu keçid onların fikrincə kəskin sinfi mübarizə və qarşıdurma şəraitində baş verməli idi. Bolşeviklərin fikrincə, Rusiyada guya sosialist inqilabı üçün tam obyektiv və subyektiv şərait var idi; şəraitə uyğun olaraq dinc və ya silahlı üsyan yolu ilə sosialist inqilabı edib sovetlər formasında proletariat diktaturası yaratmaq və sənaye sahəsində - ictimai istehsal və məhsulların bölgüsü üzərində nəzarət qoyulması; ölkənin bütün banklarının vahid milli bank halında dərhal birləşdirilməsi; aqrar sahədə - mülkədar torpaqlarının müsadirə olunması və bunun əsasında ölkədəki bütün torpaqların milliləşdirilməsi kimi sosialist tədbirlərini həyata keçirmək lazım idi. Bolşeviklər müharibəni demokratik sülhlə başa çatdırmaq vəzifəsini irəli sürməklə yanaşı, onu hakimiyyət məsələsi ilə sıx əlaqələndirirdilər.Siyasi partiyalar 1917-ci ilin aprelindən oktyabrınadək həmin strateji məqsədlər uğrunda mübarizə aparırdılar. Liberal və xırda burjua partiyaları Müvəqqəti hökuməti saxlayıb möhkəmləndirməyə, ölkədə etibarlı sabitlik yaratmağa çalışırdılar. Eser-menşevik sovetləri də bu işdə onlara kömək edirdilər.

Yüklə 38,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin