Hərbi diktaturaya hələ iyulun 18-də Baş Komandan təyin edilmiş general Kornilov başçılıq etməli idi.Fəhlə və kəndlilər adından çıxış edən bolşeviklər iri burjuaziyanın diktaturasına qarşı proletariat diktaturası alternativini irəli sürürdülər.
1917-ci ilin payızında Müvəqqəti hökumətə qarşı iki siyasi alternativ yaranmışdı: hərbi diktatura və proletariat diktaturası. Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təhlükəsi sovuşmuşdu. Kornilovçuluq ləğv olunmuşdu. Qiyam ləğv edildikdən sonra kütlələr arasında bolşeviklərin və onların tərəfdarlarının nüfuzu artmışdı. Onların güclü hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən Sovetlərə verilməsi təklifləri geniş yayılmışdı.
Müharibə ölkədə inqilabi yüksəliş yaratdı. Ölkədəki bürokratik rejim, iqtisadi və texniki gerilik, üstəgəl müharibə Rusiyada siyasi vəziyyət gərginləşdirdi. Bu vəziyyətdən çıxmaq üçün yuxarı dairələr 1915-1916-cıillərdə saray çevrilişi hazırlamağa başladılar. II Nikolayı qardaşı Mixaillə əvəz etməyi planlaşdırdılar.